Tam (11 illik) və ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin qabiliyyət tələb edən ixtisaslarına qəbul üzrə keçirilən qabiliyyət imtahanları yekunlaşıb.
“Tehsil365” xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM)məlumat verilib.
Bildirilib ki, 11 illik təhsil bazası üzrə qabiliyyət imtahanlarında iştirak üçün qeydiyyatdan keçənlərin sayı ötən illə müqayisədə 39 faiz artaraq 3 332 nəfərə çatıb.
İmtahanlarda iştirak edən abituriyentlərdən 1369-u müsbət nəticə əldə edib. Müsbət nəticə göstərənlərin payı isə 2025-ci ildə qeydə alınan 34,52 faizdən 2026-cı ildə 41,1 faizə yüksəlib.
DİM-in məlumatına görə, bu göstəricilər həm qabiliyyət imtahanlarına marağın artdığını, həm də abituriyentlərin hazırlıq səviyyəsinin yüksəldiyini göstərir.

