Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin qabiliyyət tələb edən ixtisaslarına qəbul üzrə keçirilən imtahanlarda uğur göstəricisi ötən illə müqayisədə yüksəlib.
“Tehsil365” xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.
Bildirilib ki, 9 illik təhsil bazası üzrə qabiliyyət imtahanlarında iştirak üçün qeydiyyatdan keçən abituriyentlərin sayı ötən illə müqayisədə 8,8 faiz azalaraq 2 143 nəfərdən 1 954 nəfərə düşüb.
Buna baxmayaraq, imtahanda müsbət nəticə göstərənlərin payı artıb. Belə ki, 2025-ci ildə bu göstərici 53,9 faiz olduğu halda, cari ildə 55,4 faizə yüksəlib.
DİM-in məlumatına görə, nəticələr iştirakçı sayının azalmasına baxmayaraq, abituriyentlərin uğur göstəricisinin yaxşılaşdığını nümayiş etdirir.

