Təhsil 365 - Logo Mobile

Özəl universitetdən dövlət universitetinə kimlər köçürülə bilər?

14306.08.2026 - 14:09
Özəl universitetdən dövlət universitetinə kimlər köçürülə bilər?

Özəl ali təhsil müəssisəsində təhsil alan tələbələr müəyyən şərtlər daxilində dövlət universitetlərinə köçürülə bilərlər.

“Tehsil365”-in məlumatına görə, tələbələrin köçürülməsi prosesi Elm və Təhsil Nazirliyinin Kollegiyasının 21 fevral 2024-cü il tarixli qərarı ilə təsdiq edilmiş qaydalara əsasən həyata keçirilir.

Qaydalara görə, köçürülmə yay tətili dövründə ildə bir dəfə aparılır. Köçürülən tələbələr təhsillərini, bir qayda olaraq, ödənişli əsaslarla davam etdirirlər. Yalnız dövlət hesabına və ya dövlət sifarişi ilə təhsil alıb eyni ixtisas üzrə təhsil müəssisəsini və təhsilalma formasını dəyişən tələbələr üçün istisna tətbiq olunur.

Köçürülmə zamanı tələbənin əvvəllər qazandığı kreditlər nəzərə alınır. Bununla yanaşı, kreditlərin ən azı yarısını toplamayan tələbələrin köçürülməsinə icazə verilmir.

Tələbənin qəbul zamanı topladığı bal köçürülmək istədiyi ixtisas üzrə minimal keçid balından yüksək olmalıdır. Xüsusi qabiliyyət tələb edən ixtisaslara köçürülmə zamanı isə həm buraxılış, həm də qabiliyyət imtahanlarının nəticələri nəzərə alınır.

Qaydalara əsasən, tələbələr yalnız eyni ixtisas qrupu daxilində ixtisaslarını dəyişə bilərlər. Magistratura səviyyəsində isə tələbələrin yalnız ali təhsil müəssisəsini dəyişməsinə icazə verilir, ixtisas və ya ixtisaslaşmanın dəyişdirilməsi mümkün deyil.

Tədris dilinin dəyişdirilməsinə də ümumilikdə yol verilmir. Yalnız ingilis dilindən ümumi təhsil aldığı dilə və ya əksinə keçid hallarında istisna tətbiq edilir.

Bundan başqa, təhsilalma formasının dəyişdirilməsi yalnız həmin ixtisas üzrə müvafiq təhsilalma formasına qəbul aparıldığı halda mümkündür.

Normativ təhsil müddətindən artıq müddətdə təhsil alan tələbələrin köçürülməsinə icazə verilmir. Eyni zamanda, subbakalavr kimi ali təhsil müəssisəsinə qəbul olunan şəxslər yalnız təhsilalma formasını dəyişə bilər, onların başqa ali məktəbə köçürülməsi mümkün deyil.

Beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqə və yarışların qalibləri, həmçinin beynəlxalq səviyyədə akkreditasiya olunmuş təhsil proqramlarının məzunları yalnız müəyyən edilmiş ixtisaslara köçürülə bilərlər.

Xüsusi təyinatlı ali təhsil müəssisələrində təhsil alan tələbələrin köçürülməsi isə yalnız həmin təhsil müəssisəsinin nizamnaməsində belə imkan nəzərdə tutulduğu halda həyata keçirilir.

Qeyd edək ki, köçürülmə ilə bağlı müraciətlər elektron qaydada portal.edu.az vasitəsilə qəbul edilir və baxılır.

Ləman Rəhimli

Xəbər Lenti

Bakıda bu dahilərin heykəlləri yoxdur - Nazirə müraciət edildi06.08.2026 - 15:34
Azərbaycanda sabah 39 dərəcə isti olacaq06.08.2026 - 14:40
DİM: 1317 taksi sürücüsü imtahandan uğurla keçib06.08.2026 - 14:33
BDU-da Afrika üzrə regionşünaslıq ixtisasında kadrlar hazırlanacaq06.08.2026 - 14:28
BMU məzunu “Chevening” təqaüd proqramının qalibi olub06.08.2026 - 14:27
Azərbaycan Rəssamlıq Akademiyası süni intellekti yaradıcı prosesə dəstək vasitəsi kimi tətbiq edir06.08.2026 - 14:24
Rezidenturaya qəbul imtahanının ikinci mərhələsində 996 namizəd iştirak edəcək06.08.2026 - 14:21
MİQ-də növbəti vakansiya seçimi06.08.2026 - 14:12
Məleykə Abbaszadə ixtisas seçən abituriyentlərə müraciət etdi06.08.2026 - 14:07
Gənc alimlər beynəlxalq əqli mülkiyyət müsabiqəsinə dəvət olunublar06.08.2026 - 07:36
DİN-in tabeliyindəki 3 uşaq bağçası BŞTİ-nin tabeliyinə verilib06.08.2026 - 07:22
Xurşidbanu Natəvanın anadan olmasından 194 il ötür06.08.2026 - 07:08
UNEC aliminin Qarabağla bağlı araşdırması beynəlxalq platformada dərc olunub06.08.2026 - 07:03
DİM: 9 illik baza üzrə qabiliyyət imtahanlarında nəticələr yaxşılaşıb06.08.2026 - 06:50
Qlobal əhali azalsa, iqlim və təbiət üçün müsbət nəticələr yarana bilər06.08.2026 - 06:48
Orta ixtisas təhsili müəssisələrinə qabiliyyət imtahanları başa çatıb06.08.2026 - 06:43
DİM incəsənət məktəblərinə işə qəbul imtahanı keçirəcək06.08.2026 - 06:40
Zaqatala Dövlət İdarəetmə və Texnologiya Kolleci Türkiyə universiteti ilə əməkdaşlığa başlayır06.08.2026 - 06:22
Direktor olmaq istəyən namizədlər üçün müsahibə mərhələsi başlayır06.08.2026 - 06:13
Ölkə ərazisində hava əsasən yağmursuz keçib, bəzi dağlıq rayonlarda qısamüddətli yağış yağıb06.08.2026 - 06:07
Həm pozitiv inanclı olmaq, həm də paralel olaraq çalışmaq ən gözəl addımlardan birisidir-Psixoloq Helin Şadfar06.08.2026 - 05:59
İqtisadiyyat və Sosial Elmlər Sahəsində Tədqiqatçıların III Beynəlxalq Konfransı (ICRESS-2026) keçiriləcəkdir06.08.2026 - 05:48
Avqustun 6-sı Beynəlxalq “Dünya həkimləri sülh uğrunda” Günüdür06.08.2026 - 05:37
Abituriyentlərin nəzərinə!06.08.2026 - 05:28
Xəzər Universitetinin müəllimi Azərbaycan–Çin əməkdaşlığına həsr olunan görüşdə06.08.2026 - 05:17
Xəzər Universitetinin məzunu Edinburq Universitetinə qəbul olunub və Dövlət Proqramının qalibi seçilib06.08.2026 - 05:05
Dosentin yeni elmi monoqrafiyası06.08.2026 - 04:56
Sərgi başa çatıb06.08.2026 - 04:48
Şəkidə “Yay məktəbi” layihəsi uğurla yekunlaşıb06.08.2026 - 04:38
Sumqayıt Dövlət Universiteti qiymətləndirmə sahəsində strateji əməkdaşlığını genişləndirir06.08.2026 - 04:25
OYU fakültə dekanı vəzifələri üzrə vakansiya elan edir06.08.2026 - 04:16
ADPU "Sosial iş" ixtisası üzrə təkrar ali təhsilə qəbul elan edir06.08.2026 - 04:09
BDU-nun həmtəşkilatçılığı ilə Arxeoloji Yay Məktəbi keçirilir06.08.2026 - 04:03
Qarabağ və Şərqi Zəngəzurun dirçəlişinə həsr olunmuş sənədli film hazırlanır05.08.2026 - 16:39
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib05.08.2026 - 16:26
Şəmkirdə arxeoloji yay məktəbi təşkil olunub05.08.2026 - 15:18
Bakıda 108 küçə və prospektdə təmir aparılır05.08.2026 - 15:15
Dövlət Proqramı çərçivəsində Türkiyədə təhsil hüququ qazanan tələbələrlə görüş təşkil olunub05.08.2026 - 15:12
Azərbaycan Mərakeşdə fəxri ölkə seçilib05.08.2026 - 15:09
Şəhid Hacıyev Rafiq Kərəm oğlu - FOTO05.08.2026 - 15:04
Əkrəm Həsənov: "Elm insana güc verir, mənəviyyat isə həmin gücün hansı məqsədlə istifadə olunacağını müəyyən edir"05.08.2026 - 14:46
Sabir Rüstəmxanlı: "Milli təhsil vətənpərvər və ayıq şüurlu vətəndaş yetişdirməyə xidmət etməlidir"05.08.2026 - 14:33
Qoşqar Məhərrəmov: "Universitetlərlə sənaye arasında ciddi qopuqluq var – çıxış yolu əməkdaşlıqdadır"05.08.2026 - 14:28
Fazil Əhmədli: "Təhsil yalnız təlimlə kifayətlənməməli, tərbiyə və etik dəyərləri də əhatə etməlidir"05.08.2026 - 14:23
“Heydər Əliyev məktəbi” layihəsinin üçüncü mərhələsinə yekun vurulub05.08.2026 - 14:19
Bakı metrosunun daşıma qabiliyyəti 88 milyon sərnişin artırılacaq05.08.2026 - 14:16
Yayda sağlam qalmaq üçün: Qida zəhərlənmələri və viruslardan necə qorunmalı?-Həkimdən açıqlama 05.08.2026 - 13:40