Təhsil 365 - Logo Mobile

BMU-da beynəlxalq iqlim hakatonunun qalibləri mükafatlandırılıb

14307.08.2026 - 04:09
BMU-da beynəlxalq iqlim hakatonunun qalibləri mükafatlandırılıb

Bakı Mühəndislik Universitetində (BMU) Koreya Respublikasının İNHA Universitetinin İqlim Böhranına Cavab Layihə Qrupu ilə imzalanmış “Qlobal iqlim böhranına cavab vermək üçün əməkdaşlığın qurulması” sazişi çərçivəsində keçirilən hakatonun iştirakçıları ilə görüş keçirilib.

“Tehsil365” xəbər verir ki, görüşdə bildirilib ki, keçən il sazişə əsasən ilk hakaton təşkil olunub. Layihənin ötənilki mərhələsində qaliblər sırasında yer alan BMU tələbəsi cari ilin may ayında Cənubi Koreyaya səfər edərək ekoloji təlimlərdə iştirak edib.

Bu il keçirilən hakatonda isə koreyalı və azərbaycanlı tələbələrdən ibarət 4 komanda formalaşdırılıb. Hər komanda üç nəfərdən - 1 koreyalı tələbə, 1 BMU tələbəsi və 1 Azərbaycan Dillər Universitetinin (ADU) tələbəsindən ibarət olub. Komandalar iqlim dəyişikliyi ilə bağlı birgə layihələr hazırlayıblar. Sonda layihələrin təqdimatı keçirilib. İNHA Universiteti və ADU-nun professor-müəllim heyətinin də təmsil olunduğu münsiflər heyəti tərəfindən ən uğurlu layihələr müəyyənləşdirilib.

Yarışmada iştirak edən müəllimləri və tələbələri BMU-nun rektoru adından salamlayan universitetin beynəlxalq əlaqələr üzrə prorektoru Ətrabə Gül BMU ilə İNHA Universiteti arasında 6 ildir uğurla davam edən əməkdaşlığın və ikili diplom proqramının xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. O bildirib ki, proqramın uğurlu nəticələri nəzərə alınaraq Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında” 22 iyul 2025-ci il tarixli Sərəncamı ilə onun icra müddəti 2030-cu ilədək uzadılıb.

İqlim dəyişikliyinin bəşəriyyət qarşısında duran ən aktual qlobal problemlərdən biri olduğunu önə çəkən Ətrabə Gül bildirib ki, bu sahədə elmi biliklərin, innovativ texnologiyaların və beynəlxalq əməkdaşlığın rolu getdikcə artır. O vurğulayıb ki, iqlim dəyişikliyi ilə mübarizədə gənc tədqiqatçıların və gələcəyin mühəndislərinin fəal iştirakı xüsusi əhəmiyyət daşıyır. Prorektor qeyd edib ki, bu kimi beynəlxalq layihələr və akademik mübadilə proqramları tələbələrdə elmi-tədqiqat potensialının, innovativ düşüncə tərzinin, multidissiplinar əməkdaşlıq bacarıqlarının və sosial məsuliyyət hissinin formalaşmasına, həmçinin onların müxtəlif ölkələrin akademik mühiti ilə yaxından tanış olmasına mühüm töhfə verir.

Sonda Ətrabə Gül İNHA Universitetinin nümayəndələrinə, layihənin təşkilatçılarına və hakaton iştirakçılarına təşəkkürünü bildirib.

Tədbirdə çıxış edən koreyalı müəllimlər yenidən BMU-da olmaqdan məmnunluqlarını ifadə ediblər, Azərbaycan və universitet haqqında xoş təəssüratlarını bölüşüblər.

Daha sonra hakatonun nəticələri açıqlanıb, qalib komandaların üzvlərinə sertifikatlar təqdim edilib. Layihə çərçivəsində I və II yerə layiq görülən komandaların hər bir üzvünə pul mükafatları verilib.

Nuray Babayeva

Xəbər Lenti

“Psixoloji dəstək almaq problemli olmaq demək deyil, insanın öz psixi sağlamlığına dəyər verdiyini göstərir.”- psixoloq Nizami Orucov07.08.2026 - 06:18
"Yatmazdan əvvəl imtahanın uğurla keçəcəyini təsəvvür etmək kimi müsbət vizuallaşdırma üsulları özünəinamı və motivasiyanı artıra, həyəcanın azalmasına kömək edə bilər"-Psixoloq Fuad Əsədov07.08.2026 - 05:58
Yeni tədris ilindən AzTU-da yeni ixtisas07.08.2026 - 05:48
Orta ixtisas təhsil müəssisələrinə qəbul olmaq üçün keçirilən qabiliyyət imtahanları haqqında statistik məlumatlar07.08.2026 - 05:41
Həvəsləndirmə tədbirlərinin tətbiq olunduğu ümumi təhsil müəssisələri üzrə vakansiya seçimi mərhələsinə başlanılır07.08.2026 - 05:31
ADPU-nu seç, gələcəyinə "UĞUR"la başla!07.08.2026 - 05:22
ATU-nun Əczaçılıq fakültəsinin nümayəndə və tələbələri əczaçılıq zavoduna səfər ediblər07.08.2026 - 05:04
İnfeksion nəzarət - ictimai səhiyyənin təməli olan bir ixtisasdır07.08.2026 - 04:55
ADNSU doktorantının məqaləsi nüfuzlu Q1 jurnalında dərc olunub07.08.2026 - 04:47
ADU tələbələri beynəlxalq iqlim hakatonunda uğur qazanıblar07.08.2026 - 04:39
“Qlobal iqlim böhranına qarşı mübarizə” adlı beynəlxalq layihənin açılış mərasimi keçirilib07.08.2026 - 04:30
BDU-da abituriyentlər üçün “Açıq qapı” günləri başa çatıb07.08.2026 - 04:22
BMU məzunu dünyaca məşhur Chevening təqaüdünün qalibi olub07.08.2026 - 04:15
İstanbulda XI Beynəlxalq Təhsil, Sosial və Davranış Elmləri Konqresi keçiriləcək07.08.2026 - 04:03
Bakıda bu dahilərin heykəlləri yoxdur - Nazirə müraciət edildi06.08.2026 - 15:34
Azərbaycanda sabah 39 dərəcə isti olacaq06.08.2026 - 14:40
DİM: 1317 taksi sürücüsü imtahandan uğurla keçib06.08.2026 - 14:33
BDU-da Afrika üzrə regionşünaslıq ixtisasında kadrlar hazırlanacaq06.08.2026 - 14:28
BMU məzunu “Chevening” təqaüd proqramının qalibi olub06.08.2026 - 14:27
Azərbaycan Rəssamlıq Akademiyası süni intellekti yaradıcı prosesə dəstək vasitəsi kimi tətbiq edir06.08.2026 - 14:24
Rezidenturaya qəbul imtahanının ikinci mərhələsində 996 namizəd iştirak edəcək06.08.2026 - 14:21
MİQ-də növbəti vakansiya seçimi06.08.2026 - 14:12
Özəl universitetdən dövlət universitetinə kimlər köçürülə bilər?06.08.2026 - 14:09
Məleykə Abbaszadə ixtisas seçən abituriyentlərə müraciət etdi06.08.2026 - 14:07
Gənc alimlər beynəlxalq əqli mülkiyyət müsabiqəsinə dəvət olunublar06.08.2026 - 07:36
DİN-in tabeliyindəki 3 uşaq bağçası BŞTİ-nin tabeliyinə verilib06.08.2026 - 07:22
Xurşidbanu Natəvanın anadan olmasından 194 il ötür06.08.2026 - 07:08
UNEC aliminin Qarabağla bağlı araşdırması beynəlxalq platformada dərc olunub06.08.2026 - 07:03
DİM: 9 illik baza üzrə qabiliyyət imtahanlarında nəticələr yaxşılaşıb06.08.2026 - 06:50
Qlobal əhali azalsa, iqlim və təbiət üçün müsbət nəticələr yarana bilər06.08.2026 - 06:48
Orta ixtisas təhsili müəssisələrinə qabiliyyət imtahanları başa çatıb06.08.2026 - 06:43
DİM incəsənət məktəblərinə işə qəbul imtahanı keçirəcək06.08.2026 - 06:40
Zaqatala Dövlət İdarəetmə və Texnologiya Kolleci Türkiyə universiteti ilə əməkdaşlığa başlayır06.08.2026 - 06:22
Direktor olmaq istəyən namizədlər üçün müsahibə mərhələsi başlayır06.08.2026 - 06:13
Ölkə ərazisində hava əsasən yağmursuz keçib, bəzi dağlıq rayonlarda qısamüddətli yağış yağıb06.08.2026 - 06:07
Həm pozitiv inanclı olmaq, həm də paralel olaraq çalışmaq ən gözəl addımlardan birisidir-Psixoloq Helin Şadfar06.08.2026 - 05:59
İqtisadiyyat və Sosial Elmlər Sahəsində Tədqiqatçıların III Beynəlxalq Konfransı (ICRESS-2026) keçiriləcəkdir06.08.2026 - 05:48
Avqustun 6-sı Beynəlxalq “Dünya həkimləri sülh uğrunda” Günüdür06.08.2026 - 05:37
Abituriyentlərin nəzərinə!06.08.2026 - 05:28
Xəzər Universitetinin müəllimi Azərbaycan–Çin əməkdaşlığına həsr olunan görüşdə06.08.2026 - 05:17
Xəzər Universitetinin məzunu Edinburq Universitetinə qəbul olunub və Dövlət Proqramının qalibi seçilib06.08.2026 - 05:05
Dosentin yeni elmi monoqrafiyası06.08.2026 - 04:56
Sərgi başa çatıb06.08.2026 - 04:48
Şəkidə “Yay məktəbi” layihəsi uğurla yekunlaşıb06.08.2026 - 04:38
Sumqayıt Dövlət Universiteti qiymətləndirmə sahəsində strateji əməkdaşlığını genişləndirir06.08.2026 - 04:25
OYU fakültə dekanı vəzifələri üzrə vakansiya elan edir06.08.2026 - 04:16
ADPU "Sosial iş" ixtisası üzrə təkrar ali təhsilə qəbul elan edir06.08.2026 - 04:09