Təhsil 365 - Logo Mobile

İnfeksion nəzarət - ictimai səhiyyənin təməli olan bir ixtisasdır

13207.08.2026 - 04:55
İnfeksion nəzarət - ictimai səhiyyənin təməli olan bir ixtisasdır

İnfeksiyaların profilaktikası və nəzarəti (İPN) İctimai səhiyyənin mühüm tərkib hissəsi olub, yoluxucu xəstəliklərin yayılmasının qarşısının alınmasına, pasiyentlərin, səhiyyə işçilərinin və cəmiyyətin sağlamlığının qorunmasına yönəlib.

“Tehsil365” xəbər verir ki, İPN epidemiologiya, mikrobiologiya, klinik tibb, ətraf mühit sağlamlığı və əmək sağlamlığı kimi bir sıra sahələrlə sıx əlaqədə fəaliyyət göstərir. Bu sahələr arasında epidemiologiya infeksiyaların yayılma qanunauyğunluqlarının öyrənilməsi, epidemioloji nəzarətin aparılması, risk amillərinin müəyyənləşdirilməsi və profilaktik tədbirlərin effektivliyinin qiymətləndirilməsi üçün elmi əsas yaradır. Bu multidissiplinar əməkdaşlıq pasiyent təhlükəsizliyinin artırılmasına, səhiyyə xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılmasına və infeksiyaların effektiv profilaktikasına imkan verir. 

Azərbaycan Tibb Universitetinin İctimai səhiyyə fakültəsinin məzunları üçün bu magistr ixtisası infeksiyaların profilaktikası və nəzarəti sahəsində yüksək ixtisaslı mütəxəssis kimi formalaşmaq və geniş karyera imkanları əldə etmək üçün əlverişli imkan yaradır.

İPN təhlükəsiz və keyfiyyətli tibbi xidmətin əsas komponentlərindən biridir. Xəstəxanalarda immun sistemi zəifləmiş, invaziv tibbi cihazlardan istifadə olunan və müxtəlif infeksiyalara həssas pasiyentlərin müalicəsi səhiyyə xidmətləri ilə əlaqəli infeksiyaların yayılma riskini artırır. Eyni zamanda, antimikrob rezistentliyin artması, yeni (COVID-19, Ebola, meymunçiçəyi) və yenidən yayılan (qızılca, suçiçəyi, qrip və s.) infeksiyalar İPN proqramlarının gücləndirilməsini zəruri edir.

Müasir İPN məlumatlara və rəqəmsal epidemioloji nəzarət sistemlərinə əsaslanır ki, bu da infeksiya alovlanmalarının erkən aşkarlanmasına və operativ tədbirlərin görülməsinə imkan yaradır. Süni intellekt və digər innovativ texnologiyaların tətbiqi gələcəkdə İPN-in effektivliyini daha da artıracaq. 

İnfeksiyaların profilaktikası və nəzarət üzrə mütəxəssisi iş yerində:

▪️İPN üzrə rəhbərlik və səhiyyə işçilərinə peşəkar dəstək göstərir. 

▪️İPN təlimat və standart əməliyyat prosedurlarını hazırlayır və tətbiq edir. 

▪️Səhiyyə xidmətləri ilə əlaqəli infeksiyalar üzrə epidemioloji nəzarəti təşkil edir və infeksiyaların monitorinqini aparır. 

▪️Epidemioloji məlumatları təhlil edir, hesabatlar hazırlayır və profilaktik tədbirlər təklif edir.

▪️İnfeksiya alovlanmalarını araşdırır və nəzarət tədbirlərini həyata keçirir. 

▪️Əl gigiyenası və digər İPN profilaktik qaydalarına əməl olunmasına nəzarət edir. 

▪️Səhiyyə işçiləri üçün İPN üzrə təlimlər keçirir. 

▪️Antimikrob rezistentliyi və antibiotik istifadəsinin monitorinqində iştirak edir. 

▪️Pasiyent təhlükəsizliyi və səhiyyə xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılmasına töhfə verir.

▪️İnfeksiya risklərini qiymətləndirir və onların azaldılması üçün tədbirlər hazırlayır.

Karyera imkanları

İnfeksiyaların profilaktikası və nəzarəti ixtisası məzunlar üçün geniş karyera imkanları yaradır. İnfeksiyaların profilaktikası və nəarət üzrə mütəxəssislər üçün fəaliyyət sahəsi genişdir:

Dövlət sektoru

▪️Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi 

▪️Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) xəstəxanaları və tibb müəssisələri

▪️Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA)

▪️Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu                 

▪️İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi      

▪️Respublika Gigiyena və Epidemiologiya Mərkəzi və regional mərkəzlər    

▪️Ali təhsil və elmi-tədqiqat müəssisələri   

▪️İctimai səhiyyə və islahatlar mərkəzi (İSİM)

▪️Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzi

▪️Respublika QİÇS-lə Mübarizə Mərkəzi

▪️Respublika Sanitariya-Karantin Mərkəzi

Özəl sektor

▪️Özəl xəstəxanalar 

▪️Özəl tibb mərkəzləri 

▪️Dializ mərkəzləri

▪️Özəl diaqnostik laboratoriyalar

▪️Beynəlxalq təşkilatlar

▪️Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan Nümayəndəliyi 

▪️CDC proqramları və nümayəndəlikləri

▪️BMT İnkişaf Proqramı (UNDP) Azərbaycan 

Qeyri-hökumət təşkilatları

▪️İctimai səhiyyə sahəsində fəaliyyət göstərən QHT-lər 

▪️Beynəlxalq donor təşkilatlarının maliyyələşdirdiyi səhiyyə layihələri

Məzunlar İPN mütəxəssisi, xəstəxana epidemioloqu, epidemioloq, pasiyent təhlükəsizliyi üzrə mütəxəssis, keyfiyyətin idarə olunması üzrə mütəxəssis, antimikrob stewardşip proqramı üzrə mütəxəssis, biotəhlükəsizlik və bioterrorizmə hazırlıq üzrə mütəxəssis üzrə mütəxəssis, risklərin qiymətləndirilməsi üzrə mütəxəssis, təlimçi və auditor kimi çalışa bilərlər. Bu ixtisas gələcəkdə doktorantura təhsili və elmi-tədqiqat fəaliyyəti üçün də geniş imkanlar yaradır.

İPN yalnız bir peşə deyil. Bu, pasiyentlərin, səhiyyə işçilərinin və cəmiyyətin sağlamlığını qoruyan, infeksiyaların qarşısını alan və səhiyyə xidmətlərinin keyfiyyətini artıran mühüm bir sahədir. İPN sahəsini seçməklə siz gələcəyin təhlükəsiz və keyfiyyətli səhiyyə sisteminin formalaşmasına töhfə verən mütəxəssis olacaqsınız

Nuray Babayeva

Xəbər Lenti

“Psixoloji dəstək almaq problemli olmaq demək deyil, insanın öz psixi sağlamlığına dəyər verdiyini göstərir.”- psixoloq Nizami Orucov07.08.2026 - 06:18
"Yatmazdan əvvəl imtahanın uğurla keçəcəyini təsəvvür etmək kimi müsbət vizuallaşdırma üsulları özünəinamı və motivasiyanı artıra, həyəcanın azalmasına kömək edə bilər"-Psixoloq Fuad Əsədov07.08.2026 - 05:58
Yeni tədris ilindən AzTU-da yeni ixtisas07.08.2026 - 05:48
Orta ixtisas təhsil müəssisələrinə qəbul olmaq üçün keçirilən qabiliyyət imtahanları haqqında statistik məlumatlar07.08.2026 - 05:41
Həvəsləndirmə tədbirlərinin tətbiq olunduğu ümumi təhsil müəssisələri üzrə vakansiya seçimi mərhələsinə başlanılır07.08.2026 - 05:31
ADPU-nu seç, gələcəyinə "UĞUR"la başla!07.08.2026 - 05:22
ATU-nun Əczaçılıq fakültəsinin nümayəndə və tələbələri əczaçılıq zavoduna səfər ediblər07.08.2026 - 05:04
ADNSU doktorantının məqaləsi nüfuzlu Q1 jurnalında dərc olunub07.08.2026 - 04:47
ADU tələbələri beynəlxalq iqlim hakatonunda uğur qazanıblar07.08.2026 - 04:39
“Qlobal iqlim böhranına qarşı mübarizə” adlı beynəlxalq layihənin açılış mərasimi keçirilib07.08.2026 - 04:30
BDU-da abituriyentlər üçün “Açıq qapı” günləri başa çatıb07.08.2026 - 04:22
BMU məzunu dünyaca məşhur Chevening təqaüdünün qalibi olub07.08.2026 - 04:15
BMU-da beynəlxalq iqlim hakatonunun qalibləri mükafatlandırılıb07.08.2026 - 04:09
İstanbulda XI Beynəlxalq Təhsil, Sosial və Davranış Elmləri Konqresi keçiriləcək07.08.2026 - 04:03
Bakıda bu dahilərin heykəlləri yoxdur - Nazirə müraciət edildi06.08.2026 - 15:34
Azərbaycanda sabah 39 dərəcə isti olacaq06.08.2026 - 14:40
DİM: 1317 taksi sürücüsü imtahandan uğurla keçib06.08.2026 - 14:33
BDU-da Afrika üzrə regionşünaslıq ixtisasında kadrlar hazırlanacaq06.08.2026 - 14:28
BMU məzunu “Chevening” təqaüd proqramının qalibi olub06.08.2026 - 14:27
Azərbaycan Rəssamlıq Akademiyası süni intellekti yaradıcı prosesə dəstək vasitəsi kimi tətbiq edir06.08.2026 - 14:24
Rezidenturaya qəbul imtahanının ikinci mərhələsində 996 namizəd iştirak edəcək06.08.2026 - 14:21
MİQ-də növbəti vakansiya seçimi06.08.2026 - 14:12
Özəl universitetdən dövlət universitetinə kimlər köçürülə bilər?06.08.2026 - 14:09
Məleykə Abbaszadə ixtisas seçən abituriyentlərə müraciət etdi06.08.2026 - 14:07
Gənc alimlər beynəlxalq əqli mülkiyyət müsabiqəsinə dəvət olunublar06.08.2026 - 07:36
DİN-in tabeliyindəki 3 uşaq bağçası BŞTİ-nin tabeliyinə verilib06.08.2026 - 07:22
Xurşidbanu Natəvanın anadan olmasından 194 il ötür06.08.2026 - 07:08
UNEC aliminin Qarabağla bağlı araşdırması beynəlxalq platformada dərc olunub06.08.2026 - 07:03
DİM: 9 illik baza üzrə qabiliyyət imtahanlarında nəticələr yaxşılaşıb06.08.2026 - 06:50
Qlobal əhali azalsa, iqlim və təbiət üçün müsbət nəticələr yarana bilər06.08.2026 - 06:48
Orta ixtisas təhsili müəssisələrinə qabiliyyət imtahanları başa çatıb06.08.2026 - 06:43
DİM incəsənət məktəblərinə işə qəbul imtahanı keçirəcək06.08.2026 - 06:40
Zaqatala Dövlət İdarəetmə və Texnologiya Kolleci Türkiyə universiteti ilə əməkdaşlığa başlayır06.08.2026 - 06:22
Direktor olmaq istəyən namizədlər üçün müsahibə mərhələsi başlayır06.08.2026 - 06:13
Ölkə ərazisində hava əsasən yağmursuz keçib, bəzi dağlıq rayonlarda qısamüddətli yağış yağıb06.08.2026 - 06:07
Həm pozitiv inanclı olmaq, həm də paralel olaraq çalışmaq ən gözəl addımlardan birisidir-Psixoloq Helin Şadfar06.08.2026 - 05:59
İqtisadiyyat və Sosial Elmlər Sahəsində Tədqiqatçıların III Beynəlxalq Konfransı (ICRESS-2026) keçiriləcəkdir06.08.2026 - 05:48
Avqustun 6-sı Beynəlxalq “Dünya həkimləri sülh uğrunda” Günüdür06.08.2026 - 05:37
Abituriyentlərin nəzərinə!06.08.2026 - 05:28
Xəzər Universitetinin müəllimi Azərbaycan–Çin əməkdaşlığına həsr olunan görüşdə06.08.2026 - 05:17
Xəzər Universitetinin məzunu Edinburq Universitetinə qəbul olunub və Dövlət Proqramının qalibi seçilib06.08.2026 - 05:05
Dosentin yeni elmi monoqrafiyası06.08.2026 - 04:56
Sərgi başa çatıb06.08.2026 - 04:48
Şəkidə “Yay məktəbi” layihəsi uğurla yekunlaşıb06.08.2026 - 04:38
Sumqayıt Dövlət Universiteti qiymətləndirmə sahəsində strateji əməkdaşlığını genişləndirir06.08.2026 - 04:25
OYU fakültə dekanı vəzifələri üzrə vakansiya elan edir06.08.2026 - 04:16
ADPU "Sosial iş" ixtisası üzrə təkrar ali təhsilə qəbul elan edir06.08.2026 - 04:09