600 bal və daha yüksək nəticə ilə ADPU-nu seçən ilk 10 tələbə ilk tədris ilinin birinci semestri ərzində aylıq 200 AZN dəyərində xüsusi “UĞUR” təqaüdü qazanır.
“Tehsil365” xəbər verir ki, “UĞUR” xüsusi təqaüd proqramı ən yüksək balla ADPU-ya qəbul olunaraq “Firudin bəy Köçərli” təqaüdü (1 il ərzində, aylıq 125 AZN) alan tələbədən sonrakı, 600 bal və daha yüksək nəticə ilə universitetə qəbul olunan ilk 10 nəfər tələbəyə şamil edilir.

