Respublika Gözdən Əlillər Kitabxanasında yeni təyinat həyata keçirilib.
“Tehsil365” xəbər verir ki, Əli Ələkbərov Respublika Gözdən Əlillər Kitabxanasının mətbuat katibi vəzifəsinə təyin edilib.
Qeyd edək ki, Əli Ələkbərov eyni zamanda “Tehsil365” İnformasiya Agentliyinin direktoru vəzifəsini də icra edir.
Yeni təyinat çərçivəsində kitabxananın ictimaiyyətlə əlaqələrinin, media ilə əməkdaşlığının və informasiya siyasətinin daha da inkişaf etdirilməsi istiqamətində fəaliyyət göstərəcək.

