Təhsil 365 - Logo Mobile

Xalq rəssamı Toğrul Nərimanbəyovun anadan olmasından 96 il ötür

15907.08.2026 - 06:13
Xalq rəssamı Toğrul Nərimanbəyovun anadan olmasından 96 il ötür

Xalq rəssamı, Dövlət mükafatı laureatı Toğrul Nərimanbəyov özünəməxsus yaradıcılığı ilə sənətin ən yüksək zirvələrini fəth edərək xalqının qəlbində əbədi abidə ucaldıb. Fitri istedadı və tükənməz zəhməti sayəsində Azərbaycan rəssamlıq məktəbində yeni bir mərhələnin əsasını qoyan böyük sənətkar hər kəsin rəğbətini və sevgisini qazanıb, insanlarda təsviri sənətə sonsuz maraq oyadıb. Rənglərin ahəngini ruhunun ayrılmaz hissəsinə çevirən Toğrul Nərimanbəyov mənalı ömür sürərək üzərinə düşən mənəvi missiyanı şərəflə tamamlayıb.

O, dünyaya Buzovnanın, İçərişəhərin, Abşeronun gözü ilə baxıb, Göyçay narına tablolarda əbədi həyat bəxş edib. Harada olmasından asılı olmayaraq hər zaman Azərbaycanı ləyaqətlə təmsil edib. Məhz bu Vətən sevgisi ilə dünyanı dolaşan fırça ustası sənəti ilə şəxsiyyətini bütövləşdirərək kamil bir insan və unudulmaz sənətkar ömrü yaşayıb.

“Tehsil365” xəbər verir ki, bu gün Xalq rəssamı Toğrul Nərimanbəyovun anadan olmasının 96-cı ildönümü tamam olur.

Repressiyaların kölgəsində keçən uşaqlıq

T.Nərimanbəyovun babası şuşalı hüquqşünas Əmirbəy Nərimanbəyov çar II Nikolay dövründə mühacirətdə olub və Kiyevdə dərs deyib. Azərbaycan Xalq Cümhuriyyəti qurulandan sonra Vətənə qayıdıb və Bakıda qubernator olub. Əmirbəyin oğlu Fərman (Toğrulun atası) da Şuşada doğulub. Tuluza Universitetinin Mühəndis–elektrik fakültəsində oxuyub. Təhsil aldığı müddətdə fransız dilini mükəmməl öyrənən, Avropa mədəni dəyərlərini mənimsəyən Fərman Nərimanbəyov İrma Lya Rude adlı fransız modelyerlə evlənib.Fransada yaşayan ailənin ilk övladı Vidadi də elə orada dünyaya gəlib. 1929-cu ildə Fərman Nərimanbəyov xanımı və oğlu ilə birlikdə Bakıya qayıdıb. 1930-cu il avqustun 7-də Nərimanbəyovlar ailəsinin ikinci oğlu - Toğrul dünyaya gəlib.

Avropada təhsil almış valideynlərinin zəngin mənəvi aləmi Toğrulun tərbiyəsinə, erkən yaşlarından hərtərəfli, mükəmməl formalaşmasına təsir edir.

Tezliklə Nərimanbəyovlar ailəsinin başının üstünü qara buludlar alır. Toğrulun atası Avropada təhsil almış bir çox azərbaycanlılar kimi repressiyaya məruz qalır. Onu həbs edib Sibirə sürgünə göndərirlər.

1941-ci ildə Toğrulun anası, Fransa vətəndaşlığından çıxmayan İrma Lya Rude Bakıda həbs edilir, onu öz balalarından ayıraraq Səmərqəndə sürgün edirlər. Toğrulun anası 1961-ci ilədək sürgündə yaşayır.

Sınaqlara sinə gərən bənzərsiz yaradıcılıq yolu

Təzadlı illərdə inamını itirməyən Nərimanbəyovlar yaşamaq uğrunda mücadiləni davam etdirirlər. Toğrul Nərimanbəyov əvvəlcə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə daxil olur. 1950-ci ildə isə Litva İncəsənət İnstitutunda Monumental və dəzgah rəssamlığı fakültəsində təhsil alır. Eyni vaxtda Vilnüs Konservatoriyasında klassik vokalı öyrənir. Toğrul anası ilə yalnız tələbəlik illərində Səmərqənddə görüşür. Onun müxtəlif orqanlara çoxsaylı müraciəti və gərgin mübarizəsi sayəsində anasına bəraət verilir və İrma Lya Rude Bakıya qayıtmağa müvəffəq olur.Bir müddət sonra amnistiyaya düşən atası Fərman Nərimanbəyov da Sibir sürgünündən Vətənə qayıdır.

Uşaqlıqdan çəkdiyi əziyyətlər, rastlaşdığı ədalətsizliklər Toğrulun əzmkarlığını daha da artırır və o, yaradıcılıq yolunda ən yüksək zirvələri fəth edə bilir.

Görkəmli rəssamın mənzərə, portret, monumental boyakarlıq, illüstrasiya və teatr rəssamlığı kimi müxtəlif sahələrdə yaratdığı parlaq əsərlər mövzu və janr rəngarəngliyi, estetik kamilliyi və özünəməxsus üslubu ilə fərqlənir. T.Nərimanbəyovun iç dünyasını təcəssüm etdirən bənzərsiz lövhələri Azərbaycan müasir təsviri sənətinin simasını formalaşdıraraq mədəniyyətimizin nadir inciləri xəzinəsinə daxil olub.

Nar onun rəsmlərində Göyçaydan Bakıya, oradan da Parisə, Nyu-Yorka, İstanbula, Londona, Moskvaya və neçə-neçə uzaq şəhərlərə gedib çıxıb. Qəribə və qeyri-adi yaradıcılıq qabiliyyətinə malik Xalq rəssamı Toğrul Nərimanbəyov təkcə doğma vətənində deyil, dünyanın əksər ölkələrində yaxşı tanınır. Onun əsərləri dünyanın bir çox incəsənət muzeylərində, fondlarda saxlanılır. Çexiya, Rusiya, Hindistan, Fransa, Litva, ABŞ və digər ölkələrdə görkəmli rəssamın fərdi sərgiləri keçirilib.Toğrul Nərimanbəyov təkcə rəssam deyil, həm də opera ifaçısı idi. Onun gözəl, məxməri bariton səsi var idi. Klassik operalardan, xüsusilə İtaliya bəstəkarlarının əsərlərindən ariyaları peşəkar səviyyədə ifa edirdi.

O, müsahibələrindən birində deyib: “Rəssam olmasaydım, yəqin ki, heykəltaraş, ya bəlkə də vokalist olardım. Rəssamlıqda hər şey əvvəldən məlumdur. Başlanğıc da, iş prosesi də, sonluq da. Vokal isə tamam başqa bir aləmdir. Mən hər səhərimi torağay kimi mahnı ilə açıram”.

Fırçanın bəxş etdiyi əbədi şöhrət

T.Nərimanbəyovun zəhməti heç də hədər getməyib. O, 30 yaşında Əməkdar, 33 yaşında isə Xalq rəssamı adına layiq görülüb. 1974-cü ildə dünyaşöhrətli bəstəkar Fikrət Əmirovun "Nəsimi dastanı", 1980-ci ildə isə "Min bir gecə" əsərlərinə verdiyi səhnə tərtibatına görə Dövlət mükafatı alıb.

Toğrul Nərimanbəyov Fransa Müasir İncəsənət Ensiklopediyasında haqqında məlumat verilən yeganə azərbaycanlıdır. Maraqlıdır ki, bu məsələdən rəssamın özünün də uzun müddət xəbəri olmayıb.2000-ci ildə T.Nərimanbəyov Azərbaycanın "İstiqlal" ordeni, 2010-cu ildə isə "Şərəf" ordeni ilə təltif edilib. Rəssamın müstəqil Azərbaycanın bu ali mükafatlarına layiq görülməsi doğma vətənində onun sənətinə və şəxsiyyətinə ehtiramın ifadəsidir.

Prezident İlham Əliyevin 2010-cu il 22 iyun tarixli Sərəncamı ilə görkəmli rəssamın 80 illik yubileyi dövlət səviyyəsində keçirilib. Yubiley tədbirləri nəinki doğma vətənində, hətta ölkəmizin sərhədlərindən kənarda da qeyd edilib.

Dünyaşöhrətli fırça ustası 2013-cü il iyunun 2-də Parisdə vəfat edib, Passi qəbiristanlığında dəfn olunub.

Fidan Məmmədli

Xəbər Lenti

İnkişafyönümlü əyani təlimlər başa çatıb07.08.2026 - 10:40
Arxeoloji tapıntı: Türkiyədə 1800 illik nəhəng heykəl üzə çıxıb07.08.2026 - 10:35
“IRS-Heritage” jurnalının ingilisdilli yeni sayı nəşr olunub07.08.2026 - 10:30
Rəfiqə Axundova - Azərbaycan balet sənətinin görkəmli siması07.08.2026 - 10:25
Azərbaycanla Tacikistan arasında təhsil sahəsində sənəd imzalanıb07.08.2026 - 10:20
Azərbaycan Rəssamlıq Akademiyasında seçmə fənlər bloku yenilənəcək07.08.2026 - 10:15
Ağstafa və Gədəbəydə rəqəmsal arxeologiya təlimləri keçirilir07.08.2026 - 10:10
Türk xalqlarının İslamaqədərki fəlsəfi irsinə dair yeni elmi tədqiqat aparılıb07.08.2026 - 10:05
Proqram mühəndisliyi üzrə elmi əsərlərin xülasələr toplusu işıq üzü görüb07.08.2026 - 10:00
Dənizdə batan tələbənin bir aydır ki axtarışları davam etdirilir07.08.2026 - 09:55
Media və Yayım Şurası yaradılıb, strukturu təsdiqlənib07.08.2026 - 09:50
Bu günə olan hava proqnozu07.08.2026 - 09:45
Tailand məktəbində silahlı hücumun qurbanlarının sayı artıb07.08.2026 - 09:40
İxtisas seçimində iştirak edənlərin sayı məlum olub07.08.2026 - 09:35
Rumıniyada təqaüdlə təhsil hüququ qazananların siyahısı açıqlanıb07.08.2026 - 09:30
Süni intellektdən sui-istifadənin qarşısını almaq üçün şifahi müdafiə tətbiq edilir07.08.2026 - 09:25
BMU-da 3 ikili diplom proqramı və yeni ixtisaslar istifadəyə verilir07.08.2026 - 09:20
Alimlər süni intellektdən istifadə etməklə yeni viruslar hazırlayıblar07.08.2026 - 09:15
Naxçıvan məktəbləri yeni kompüterlərlə təmin olunub07.08.2026 - 09:10
Bakıda 7 təhsil müəssisəsində təmir işləri aparılır07.08.2026 - 09:05
Sabaha olan hava proqnozu07.08.2026 - 09:00
Şəkidə gənc alimlər üçün “Kəndə gəl” yay düşərgəsi təşkil olunacaq07.08.2026 - 08:04
BMU məzunu Dövlət Proqramı ilə ABŞ-də magistr təhsili alacaq07.08.2026 - 07:58
Respublika Gözdən Əlillər Kitabxanasına yeni mətbuat katibi təyin edilib07.08.2026 - 07:53
Regionun ən böyük kitab festivalı qayıdır07.08.2026 - 07:42
Azərbaycan filmi Rotterdam Beynəlxalq Film Festivalından qrant qazandı07.08.2026 - 07:40
ADPU-da 600+ bal toplayan tələbələrə yeni “Uğur” təqaüdü07.08.2026 - 07:33
“Psixoloji dəstək almaq problemli olmaq demək deyil, insanın öz psixi sağlamlığına dəyər verdiyini göstərir.”- psixoloq Nizami Orucov07.08.2026 - 06:18
“Hər məsciddə kitabxana” layihəsi çərçivəsində penitensiar müəssisələrə dəstək07.08.2026 - 06:15
Kolleclərə ixtisas seçimi avqustun 9-dək davam edəcək07.08.2026 - 06:12
"Yatmazdan əvvəl imtahanın uğurla keçəcəyini təsəvvür etmək kimi müsbət vizuallaşdırma üsulları özünəinamı və motivasiyanı artıra, həyəcanın azalmasına kömək edə bilər"-Psixoloq Fuad Əsədov07.08.2026 - 05:58
Yeni tədris ilindən AzTU-da yeni ixtisas07.08.2026 - 05:48
Orta ixtisas təhsil müəssisələrinə qəbul olmaq üçün keçirilən qabiliyyət imtahanları haqqında statistik məlumatlar07.08.2026 - 05:41
Həvəsləndirmə tədbirlərinin tətbiq olunduğu ümumi təhsil müəssisələri üzrə vakansiya seçimi mərhələsinə başlanılır07.08.2026 - 05:31
ADPU-nu seç, gələcəyinə "UĞUR"la başla!07.08.2026 - 05:22
ATU-nun Əczaçılıq fakültəsinin nümayəndə və tələbələri əczaçılıq zavoduna səfər ediblər07.08.2026 - 05:04
İnfeksion nəzarət - ictimai səhiyyənin təməli olan bir ixtisasdır07.08.2026 - 04:55
ADNSU doktorantının məqaləsi nüfuzlu Q1 jurnalında dərc olunub07.08.2026 - 04:47
ADU tələbələri beynəlxalq iqlim hakatonunda uğur qazanıblar07.08.2026 - 04:39
“Qlobal iqlim böhranına qarşı mübarizə” adlı beynəlxalq layihənin açılış mərasimi keçirilib07.08.2026 - 04:30
BDU-da abituriyentlər üçün “Açıq qapı” günləri başa çatıb07.08.2026 - 04:22
BMU məzunu dünyaca məşhur Chevening təqaüdünün qalibi olub07.08.2026 - 04:15
BMU-da beynəlxalq iqlim hakatonunun qalibləri mükafatlandırılıb07.08.2026 - 04:09
İstanbulda XI Beynəlxalq Təhsil, Sosial və Davranış Elmləri Konqresi keçiriləcək07.08.2026 - 04:03
Bakıda bu dahilərin heykəlləri yoxdur - Nazirə müraciət edildi06.08.2026 - 15:34
Azərbaycanda sabah 39 dərəcə isti olacaq06.08.2026 - 14:40
DİM: 1317 taksi sürücüsü imtahandan uğurla keçib06.08.2026 - 14:33