Təhsil 365 - Logo Mobile

BMU-da 3 ikili diplom proqramı və yeni ixtisaslar istifadəyə verilir

13307.08.2026 - 09:20
BMU-da 3 ikili diplom proqramı və yeni ixtisaslar istifadəyə verilir

Bakı Mühəndislik Universitetinin (BMU) 2026/2027-ci tədris ili üçün bakalavriat səviyyəsi üzrə təsdiqlənmiş tələbə qəbulu planında bir sıra mühüm yeniliklər öz əksini tapıb. 

“Tehsil365” xəbər verir ki, yeni ixtisasların açılması, qəbul imkanlarının genişləndirilməsi və beynəlxalq əməkdaşlıq çərçivəsində ikili diplom proqramlarının tətbiqi abituriyentlərə daha geniş seçim və gələcək karyera üçün mühüm imkanlar təqdim edir- //beu.edu.az/az/admission/undergraduate.

Belə ki, BMU-nun bakalavriat səviyyəsində ixtisasların sayı 39-dan 41-ə çatdırılıb. Tədris olunacaq ixtisaslar üzrə, ümumilikdə 2929 plan yeri ayrılıb ki, bu da ötən illə müqayisədə əlavə 344 yer artımı deməkdir.  Ayrılan yerlərdən 1885-i Azərbaycan bölməsi (əyani), 135 yer qiyabi təhsil forması, 909 yer isə ingilis bölməsi (əyani) üçün nəzərdə tutulub.

Qəbul planına bakalavriat səviyyəsi üzrə əlavə edilən 2 yeni ixtisas sırasında “Proqram təminatı mühəndisliyi” və “Beynəlxalq münasibətlər” yer alır. Yeni ixtisaslara ayrılan plan yerlərinə gəldikdə “Proqram təminatı mühəndisliyi” ixtisasına Azərbaycan bölməsi üzrə əyani təhsil formasında 30, “Beynəlxalq münasibətlər” ixtisasına isə ingilis bölməsi üzrə əyani təhsil formasında 25 yer nəzərdə tutulub.

Digər mühüm yenilik isə BMU-da bakalavriat səviyyəsində 3 ayrı-ayrı istiqamətdə yeni ixtisaslar üzrə ikili diplom proqramlarının həyata keçirilməsidir. 

Bunlardan biri BMU ilə Cənubi Koreyanın İNHA Universiteti arasında 2020/2021 tədris ilindən etibarən “2019-2023-cü illər üzrə ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində icra olunan ikili diplom proqramıdır. Dövlət Proqramının müddəti Prezident İlham Əliyevin 22 iyul 2025-ci il tarixli Sərəncamı ilə 2030-cu ilədək uzadılıb. Proqramın ikinci mərhələsində yeni ixtisas istiqamətləri - “Kompüter elmləri” (Süni intellekt mühəndisliyi), “Data analitikası” (Data elmləri), “İnformasiya texnologiyaları” və “Elektrik və elektronika mühəndisliyi” üzrə qəbul aparılır. 

Digər ikili diplom proqramı isə BMU ilə Çinin Pekin Kimya Texnologiyaları Universiteti arasında 6 ixtisas - “Kimya mühəndisliyi”, “Kompüter mühəndisliyi”,  “Mexanika mühəndisliyi”, “Kimya”, “Biotexnologiya”, “Biznesin idarə edilməsi” üzrə həyata keçirilir. Bu, Azərbaycan və Çin universitetləri arasında bakalavriat səviyyəsində həyata keçirilən ilk ikili diplom proqramı kimi tarixə düşüb. Proqrama əsasən, 2+2 modeli üzrə BMU-da I və II kursları uğurla bitirən tələbələr müvafiq prosedurlardan keçdikdən sonra təhsillərinin III və IV kurslarını Çində davam etdirərək iki diploma malik olacaqlar.

Üçüncü ikili diplom proqramı isə BMU ilə Pekin Kimya Texnologiya Universiteti (PKTU) ilə birgə yaradılan və bu ildən fəaliyyətə başlayan “PKTU-BMU Mühəndislik fakültəsi” çərçivəsində icra olunacaq. Fakültədə tədris 3+1 modeli əsasında təşkil ediləcək. Müəyyən akademik tələblərə cavab verən tələbələr 3 il Azərbaycanda, 1 il isə Çində təhsil alaraq hər iki universitetin diplomuna sahib olmaq imkanı əldə edəcəklər. Fakültədə “Kompüter elmləri”, “Kimya”, “Biotexnologiya”, “Mexanika mühəndisliyi” ixtisasları üzrə kadrlar hazırlanacaq və tədris prosesi hər iki universitetin professorları tərəfindən aparılacaq.

Qəbul planında yer alan “Memarlıq”, “Dizayn (İnteryer dizaynı, qrafik dizayn, sənaye dizaynı, geyim dizaynı)” və “Dekorativ-tətbiqi sənət (bədii keramika, şüşə, xalça, bədii toxuculuq)” ixtisasları üzrə qabiliyyət imtahanı nəzərdə tutulmayıb.

Bundan başqa, qəbul planında bakalavriat səviyyəsi üzrə qiyabi təhsil forması da öz əksini tapıb. Ümumilikdə 9 ixtisas (Beynəlxalq ticarət və logistika, Biznesin idarəedilməsi, Dövlət və bələdiyyə idarəetməsi, İqtisadiyyat, Maliyyə, Marketinq, Mühasibat, Nəqliyyatda servis (avtomobil nəqliyyatı üzrə), Turizm işinin təşkili) həm də qiyabi təhsil formasında tədris ediləcək.

Amin Cavayev

Xəbər Lenti

İnkişafyönümlü əyani təlimlər başa çatıb07.08.2026 - 10:40
Arxeoloji tapıntı: Türkiyədə 1800 illik nəhəng heykəl üzə çıxıb07.08.2026 - 10:35
“IRS-Heritage” jurnalının ingilisdilli yeni sayı nəşr olunub07.08.2026 - 10:30
Rəfiqə Axundova - Azərbaycan balet sənətinin görkəmli siması07.08.2026 - 10:25
Azərbaycanla Tacikistan arasında təhsil sahəsində sənəd imzalanıb07.08.2026 - 10:20
Azərbaycan Rəssamlıq Akademiyasında seçmə fənlər bloku yenilənəcək07.08.2026 - 10:15
Ağstafa və Gədəbəydə rəqəmsal arxeologiya təlimləri keçirilir07.08.2026 - 10:10
Türk xalqlarının İslamaqədərki fəlsəfi irsinə dair yeni elmi tədqiqat aparılıb07.08.2026 - 10:05
Proqram mühəndisliyi üzrə elmi əsərlərin xülasələr toplusu işıq üzü görüb07.08.2026 - 10:00
Dənizdə batan tələbənin bir aydır ki axtarışları davam etdirilir07.08.2026 - 09:55
Media və Yayım Şurası yaradılıb, strukturu təsdiqlənib07.08.2026 - 09:50
Bu günə olan hava proqnozu07.08.2026 - 09:45
Tailand məktəbində silahlı hücumun qurbanlarının sayı artıb07.08.2026 - 09:40
İxtisas seçimində iştirak edənlərin sayı məlum olub07.08.2026 - 09:35
Rumıniyada təqaüdlə təhsil hüququ qazananların siyahısı açıqlanıb07.08.2026 - 09:30
Süni intellektdən sui-istifadənin qarşısını almaq üçün şifahi müdafiə tətbiq edilir07.08.2026 - 09:25
Alimlər süni intellektdən istifadə etməklə yeni viruslar hazırlayıblar07.08.2026 - 09:15
Naxçıvan məktəbləri yeni kompüterlərlə təmin olunub07.08.2026 - 09:10
Bakıda 7 təhsil müəssisəsində təmir işləri aparılır07.08.2026 - 09:05
Sabaha olan hava proqnozu07.08.2026 - 09:00
Şəkidə gənc alimlər üçün “Kəndə gəl” yay düşərgəsi təşkil olunacaq07.08.2026 - 08:04
BMU məzunu Dövlət Proqramı ilə ABŞ-də magistr təhsili alacaq07.08.2026 - 07:58
Respublika Gözdən Əlillər Kitabxanasına yeni mətbuat katibi təyin edilib07.08.2026 - 07:53
Regionun ən böyük kitab festivalı qayıdır07.08.2026 - 07:42
Azərbaycan filmi Rotterdam Beynəlxalq Film Festivalından qrant qazandı07.08.2026 - 07:40
ADPU-da 600+ bal toplayan tələbələrə yeni “Uğur” təqaüdü07.08.2026 - 07:33
“Psixoloji dəstək almaq problemli olmaq demək deyil, insanın öz psixi sağlamlığına dəyər verdiyini göstərir.”- psixoloq Nizami Orucov07.08.2026 - 06:18
“Hər məsciddə kitabxana” layihəsi çərçivəsində penitensiar müəssisələrə dəstək07.08.2026 - 06:15
Xalq rəssamı Toğrul Nərimanbəyovun anadan olmasından 96 il ötür07.08.2026 - 06:13
Kolleclərə ixtisas seçimi avqustun 9-dək davam edəcək07.08.2026 - 06:12
"Yatmazdan əvvəl imtahanın uğurla keçəcəyini təsəvvür etmək kimi müsbət vizuallaşdırma üsulları özünəinamı və motivasiyanı artıra, həyəcanın azalmasına kömək edə bilər"-Psixoloq Fuad Əsədov07.08.2026 - 05:58
Yeni tədris ilindən AzTU-da yeni ixtisas07.08.2026 - 05:48
Orta ixtisas təhsil müəssisələrinə qəbul olmaq üçün keçirilən qabiliyyət imtahanları haqqında statistik məlumatlar07.08.2026 - 05:41
Həvəsləndirmə tədbirlərinin tətbiq olunduğu ümumi təhsil müəssisələri üzrə vakansiya seçimi mərhələsinə başlanılır07.08.2026 - 05:31
ADPU-nu seç, gələcəyinə "UĞUR"la başla!07.08.2026 - 05:22
ATU-nun Əczaçılıq fakültəsinin nümayəndə və tələbələri əczaçılıq zavoduna səfər ediblər07.08.2026 - 05:04
İnfeksion nəzarət - ictimai səhiyyənin təməli olan bir ixtisasdır07.08.2026 - 04:55
ADNSU doktorantının məqaləsi nüfuzlu Q1 jurnalında dərc olunub07.08.2026 - 04:47
ADU tələbələri beynəlxalq iqlim hakatonunda uğur qazanıblar07.08.2026 - 04:39
“Qlobal iqlim böhranına qarşı mübarizə” adlı beynəlxalq layihənin açılış mərasimi keçirilib07.08.2026 - 04:30
BDU-da abituriyentlər üçün “Açıq qapı” günləri başa çatıb07.08.2026 - 04:22
BMU məzunu dünyaca məşhur Chevening təqaüdünün qalibi olub07.08.2026 - 04:15
BMU-da beynəlxalq iqlim hakatonunun qalibləri mükafatlandırılıb07.08.2026 - 04:09
İstanbulda XI Beynəlxalq Təhsil, Sosial və Davranış Elmləri Konqresi keçiriləcək07.08.2026 - 04:03
Bakıda bu dahilərin heykəlləri yoxdur - Nazirə müraciət edildi06.08.2026 - 15:34
Azərbaycanda sabah 39 dərəcə isti olacaq06.08.2026 - 14:40
DİM: 1317 taksi sürücüsü imtahandan uğurla keçib06.08.2026 - 14:33