Təhsil 365 - Logo Mobile

BMU-İNHA ikili diplom proqramı üzrə qəbul planı 100 faiz doldu

14508.08.2026 - 04:20
BMU-İNHA ikili diplom proqramı üzrə qəbul planı 100 faiz doldu

Bakı Mühəndislik Universiteti (BMU) ilə Koreya Respublikasının İNHA Universiteti arasında həyata keçirilən beynəlxalq ikili diplom proqramına (BMU–İNHA İDP) 2026/2027-ci tədris ili üzrə qəbulun nəticələri açıqlanıb.

“Tehsil365” xəbər verir ki, proqrama qəbul üçün 500-ə yaxın abituriyent qeydiyyatdan keçib, onlardan 363 nəfər daxili qəbul imtahanında iştirak edib. 4 avqust 2026-cı il tarixində İNHA Universiteti tərəfindən riyaziyyat, fizika və ingilis dili fənləri üzrə keçirilən yazılı daxili imtahanın nəticələrinə əsasən, 104 nəfər tələbə proqrama qəbul olunub. Hər biri üzrə 26 nəfər olmaqla “İnformasiya texnologiyaları”, “Kompüter elmləri (Süni intellekt mühəndisliyi)”, “Data analitikası” və “Elektrik və elektronika mühəndisliyi” ixtisaslarına qəbul aparılıb. Bununla da BMU-İNHA İDP üzrə ayrılmış qəbul planı 100 faiz dolub.

Qəbul olunan tələbələrin akademik göstəriciləri proqrama marağın və rəqabətin yüksək olduğunu bir daha təsdiqləyir. Belə ki, qəbul olunan 104 tələbənin 28,8 faizi 600-dən yuxarı, 57,7 faizi isə 500-dən yuxarı qəbul balı toplayıb.

Ən yüksək nəticəni 676,2 balla “Kompüter elmləri (Süni intellekt mühəndisliyi)” ixtisasına qəbul olunan Cavad Cavadzadə göstərib. Digər ixtisaslar üzrə ən yüksək ballar isə “Data analitikası” ixtisası üzrə Kənan Balakişiyevə (655,9), “İnformasiya texnologiyaları” ixtisası üzrə Yadulla Nəsirova (648,3) və “Elektrik və elektronika mühəndisliyi” ixtisası üzrə Səid Qafarova (628,1) məxsusdur.

Daxili imtahandan uğur qazanan namizədlərin siyahısı Elm və Təhsil Nazirliyinə təqdim olunub və onlar Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən avtomatik qeydiyyata alınıblar. Bu səbəbdən həmin namizədlərin DİM-in ixtisas seçimi (kodlaşdırma) mərhələsində ayrıca iştirak etmələrinə ehtiyac qalmayıb.

BMU-İNHA İDP Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə təsdiq edilmiş “2019–2023-cü illər üzrə Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində 2020-ci ildən uğurla həyata keçirilir. Prezident İlham Əliyevin 22 iyul 2025-ci il tarixli sərəncamı ilə proqramın icra müddəti 2030-cu ilədək uzadılıb.

3+1 təhsil modeli əsasında icra olunan proqram çərçivəsində tələbələr təhsillərinin ilk 3 ilini BMU-da, son 1 ilini isə İNHA Universitetində davam etdirirlər. Təhsili uğurla başa vuran məzunlara hər iki universitet tərəfindən bakalavr diplomu təqdim olunur.

Qeyd edək ki, 6 ildir həyata keçirilən BMU-İNHA İDP üzrə indiyədək 256 nəfər məzun olub.

Nuray Babayeva

Xəbər Lenti

“Ünsiyyət bacarıqlarının inkişafı” mövzusunda təlim təşkil edilib08.08.2026 - 05:58
Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi davam edir08.08.2026 - 05:45
Jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün keçirilmiş qabiliyyət imtahanının nəticələri açıqlanıb08.08.2026 - 05:33
Azərbaycandan dünyanın TOP universitetinə uzanan uğur hekayəsi-VİDEO08.08.2026 - 05:23
Epidemiologiya – ictimai sağlamlığın keşiyində duran gələcəyin peşəsi08.08.2026 - 05:14
Xəzər Universitetinin İnformasiya Texnologiyaları Departamentinin direktoru "Xalq qəzeti"ndə süni intellektin qlobal iqtisadiyyata təsiri barədə məqalə ilə çıxış edib08.08.2026 - 05:05
ADNSU tələbəsi regional robototexnika yarışında hakim kimi iştirak edib08.08.2026 - 04:56
ADNSU-da şirkət rəhbərləri tələbə və məzunlarla biznesin gələcəyini müzakirə ediblər08.08.2026 - 04:47
Avqustun 7-də Sumqayıt Dövlət Universitetinin rektoru, texnika elmləri doktoru, professor Nurəli Yusifbəyli növbəti vətəndaş qəbulunu keçirib.08.08.2026 - 04:38
BDU-nun həmtəşkilatçılığı ilə Arxeoloji Yay Məktəbi davam edir08.08.2026 - 04:29
“UNECfest” tələbələrin yay tətilinə rəng qatdı08.08.2026 - 04:11
Özəl məktəbəqədər təhsil müəssisələrinin nümayəndələri ilə maliyyələşmə müsabiqəsi ilə bağlı görüş keçirilib08.08.2026 - 04:03
İnkişafyönümlü əyani təlimlər başa çatıb07.08.2026 - 10:40
Arxeoloji tapıntı: Türkiyədə 1800 illik nəhəng heykəl üzə çıxıb07.08.2026 - 10:35
“IRS-Heritage” jurnalının ingilisdilli yeni sayı nəşr olunub07.08.2026 - 10:30
Rəfiqə Axundova - Azərbaycan balet sənətinin görkəmli siması07.08.2026 - 10:25
Azərbaycanla Tacikistan arasında təhsil sahəsində sənəd imzalanıb07.08.2026 - 10:20
Azərbaycan Rəssamlıq Akademiyasında seçmə fənlər bloku yenilənəcək07.08.2026 - 10:15
Ağstafa və Gədəbəydə rəqəmsal arxeologiya təlimləri keçirilir07.08.2026 - 10:10
Türk xalqlarının İslamaqədərki fəlsəfi irsinə dair yeni elmi tədqiqat aparılıb07.08.2026 - 10:05
Proqram mühəndisliyi üzrə elmi əsərlərin xülasələr toplusu işıq üzü görüb07.08.2026 - 10:00
Dənizdə batan tələbənin bir aydır ki axtarışları davam etdirilir07.08.2026 - 09:55
Media və Yayım Şurası yaradılıb, strukturu təsdiqlənib07.08.2026 - 09:50
Bu günə olan hava proqnozu07.08.2026 - 09:45
Tailand məktəbində silahlı hücumun qurbanlarının sayı artıb07.08.2026 - 09:40
İxtisas seçimində iştirak edənlərin sayı məlum olub07.08.2026 - 09:35
Rumıniyada təqaüdlə təhsil hüququ qazananların siyahısı açıqlanıb07.08.2026 - 09:30
Süni intellektdən sui-istifadənin qarşısını almaq üçün şifahi müdafiə tətbiq edilir07.08.2026 - 09:25
BMU-da 3 ikili diplom proqramı və yeni ixtisaslar istifadəyə verilir07.08.2026 - 09:20
Alimlər süni intellektdən istifadə etməklə yeni viruslar hazırlayıblar07.08.2026 - 09:15
Naxçıvan məktəbləri yeni kompüterlərlə təmin olunub07.08.2026 - 09:10
Bakıda 7 təhsil müəssisəsində təmir işləri aparılır07.08.2026 - 09:05
Sabaha olan hava proqnozu07.08.2026 - 09:00
Şəkidə gənc alimlər üçün “Kəndə gəl” yay düşərgəsi təşkil olunacaq07.08.2026 - 08:04
BMU məzunu Dövlət Proqramı ilə ABŞ-də magistr təhsili alacaq07.08.2026 - 07:58
Respublika Gözdən Əlillər Kitabxanasına yeni mətbuat katibi təyin edilib07.08.2026 - 07:53
Regionun ən böyük kitab festivalı qayıdır07.08.2026 - 07:42
Azərbaycan filmi Rotterdam Beynəlxalq Film Festivalından qrant qazandı07.08.2026 - 07:40
ADPU-da 600+ bal toplayan tələbələrə yeni “Uğur” təqaüdü07.08.2026 - 07:33
“Psixoloji dəstək almaq problemli olmaq demək deyil, insanın öz psixi sağlamlığına dəyər verdiyini göstərir.”- psixoloq Nizami Orucov07.08.2026 - 06:18
“Hər məsciddə kitabxana” layihəsi çərçivəsində penitensiar müəssisələrə dəstək07.08.2026 - 06:15
Xalq rəssamı Toğrul Nərimanbəyovun anadan olmasından 96 il ötür07.08.2026 - 06:13
Kolleclərə ixtisas seçimi avqustun 9-dək davam edəcək07.08.2026 - 06:12
"Yatmazdan əvvəl imtahanın uğurla keçəcəyini təsəvvür etmək kimi müsbət vizuallaşdırma üsulları özünəinamı və motivasiyanı artıra, həyəcanın azalmasına kömək edə bilər"-Psixoloq Fuad Əsədov07.08.2026 - 05:58
Yeni tədris ilindən AzTU-da yeni ixtisas07.08.2026 - 05:48
Orta ixtisas təhsil müəssisələrinə qəbul olmaq üçün keçirilən qabiliyyət imtahanları haqqında statistik məlumatlar07.08.2026 - 05:41
Həvəsləndirmə tədbirlərinin tətbiq olunduğu ümumi təhsil müəssisələri üzrə vakansiya seçimi mərhələsinə başlanılır07.08.2026 - 05:31