Qəbul zamanı vətəndaşların müraciətləri diqqətlə dinlənilib, onları narahat edən məsələlər ətrafında ətraflı fikir mübadiləsi aparılıb.
“Tehsil365” xəbər verir ki, daxil olan müraciətlərin bir qismi operativ şəkildə öz həllini tapıb, əlavə araşdırma tələb edən məsələlərlə bağlı isə qanunvericiliyin tələblərinə uyğun tədbirlərin görülməsi məqsədilə aidiyyəti struktur bölmələrinə müvafiq tapşırıqlar verilib. Eyni zamanda müraciətlərin obyektiv, şəffaf və vaxtında araşdırılmasının təmin olunması üçün zəruri göstəriş və tövsiyələr səsləndirilib.
Qeyd edək ki, Sumqayıt Dövlət Universitetində vətəndaş qəbulları mütəmadi əsaslarla təşkil olunur. Bu görüşlər vətəndaş müraciətlərinə operativ və obyektiv baxılmasının təmin edilməsi, vətəndaş məmnunluğunun yüksəldilməsi, eləcə də universitet rəhbərliyi ilə ictimaiyyət arasında açıq dialoqun və qarşılıqlı etimada əsaslanan səmərəli ünsiyyətin daha da möhkəmləndirilməsi məqsədi daşıyır.

