Xəzər Universitetinin İnformasiya Texnologiyaları Departamentinin direktoru Fərid Musayevin müəllifi olduğu "Süni intellekt qlobal iqtisadiyyatda da inqilab yaradır" adlı məqalə 2026-cı il avqustun 7-də ölkənin aparıcı rəsmi nəşrlərindən biri olan "Xalq qəzeti"ndə dərc olunub.
“Tehsil365” xəbər verir ki, Məqalədə süni intellektin qlobal iqtisadiyyatın inkişafına təsiri, rəqəmsal transformasiya prosesləri, dünya təcrübəsi və Azərbaycanın bu istiqamətdə həyata keçirdiyi təşəbbüslər geniş şəkildə təhlil edilir. Müəllif süni intellekt texnologiyalarının müxtəlif sahələrdə məhsuldarlığın artırılması, yeni iqtisadi imkanların yaradılması və innovativ ekosistemin formalaşmasındakı rolunu vurğulayır.
Yazıda, həmçinin Azərbaycanın rəqəmsal inkişaf strategiyası, generativ süni intellekt texnologiyalarının perspektivləri və milli rəqəmsal infrastrukturun gücləndirilməsinin əhəmiyyəti barədə fikirlər yer alır. Məqalədə süni intellektin yalnız texnoloji deyil, həm də iqtisadi inkişafın əsas hərəkətverici qüvvələrindən birinə çevrildiyi qeyd olunur.
Xəzər Universiteti əməkdaşlarının elmi və ekspert fəaliyyəti ilə ölkənin informasiya texnologiyaları və rəqəmsal inkişaf sahəsində ictimai müzakirələrə verdiyi töhfələr universitetin elm və innovasiyaya verdiyi önəmin daha bir göstəricisidir.
Məqalənin tam mətni ilə aşağıdakı keçid vasitəsilə tanış ola bilərsiniz:

