Təhsil 365 - Logo Mobile

"Yay Fest 2026"nın iştirakçıları müasir şəhərlər və texnologiyalar barədə məlumatlandırılıb

14409.08.2026 - 04:52
"Yay Fest 2026"nın iştirakçıları müasir şəhərlər və texnologiyalar barədə məlumatlandırılıb

Gənclər Fondunun dəstəyi ilə həyata keçirilən "Yay Fest 2026"nın "Müasir Şəhərlər və Texnologiya" düşərgəsi başa çatıb.

“Tehsil365” Report-a istinadən xəbər verir ki, Şamaxı rayonunda təşkil olunan və festivalın sayca dördüncü düşərgəsinin əsas məqsədi gənclərin müasir şəhərsalma, memarlıq, rəqəmsal transformasiya, süni intellekt, innovasiya və dayanıqlı inkişaf istiqamətlərində bilik və bacarıqlarının inkişaf etdirilməsi, yaradıcı düşüncə tərzinin formalaşdırılması, liderlik və komanda ruhunun gücləndirilməsi olub.

Düşərgə çərçivəsində müvafiq dövlət qurumlarının və özəl sektorun nümayəndələrinin iştirakı ilə gənclər üçün "Şəhərsalmada yeni baxış: Təcrübə, innovasiya və inklüzivlik", "Qayıdışdan gələcəyə: Təhlükəsizlik və davamlı inkişaf", "AI for Digital City" və "Ağıllı robotlar, ağıllı gələcək" mövzularında görüşlər keçirilib.

"Yay Fest" iştirakçıları Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa və yenidənqurma işləri, müasir şəhərsalma təcrübəsi, mina təhlükəsi, təhlükəsiz qayıdışın təmin olunması, süni intellektin gələcəyin şəhərlərinin planlaşdırılması və idarə olunmasındakı rolu, ağıllı şəhər həlləri, robot texnologiyaları və gələcəyin peşələri barədə məlumat əldə ediblər.

Eyni zamanda, IDEA İctimai Birliyinin təqdimatında iştirakçılar üçün "Urbanizasiya dövründə ekoloji çağırışlar və innovativ həllər" mövzusunda interaktiv sessiya təşkil olunub. Düşərgə müddətində siyasi və dövlət xadimi, diplomat, alim və tarix elmləri doktoru Həsən Həsənovun Azərbaycanın tarixi və dövlətçilik ənənələri mövzusunda gənclərlə görüşü də baş tutub.

Maarifləndirici proqramla yanaşı, gənclərin həm əyləncəli, həm də öyrədici zaman keçirməsi üçün "Sənin ideyan: Gələcəyin şəhəri!" ideyatonu, "KOD Qarabağ" intellektual oyunu, "DİRÇƏLİŞ" Urban Art vörkşopu, airsoft taktiki oyunu, Rəsədxana muzeyinə ekskursiya, idman yarışları və komanda quruculuğu fəaliyyətləri təşkil olunub. "Yay Fest" axşamları gənclərin sevimli mahnılarının ritmində rəqslər və tonqal ətrafında edilən səmimi söhbətlərlə yadda qalıb.

Beş gün davam edən "Müasir Şəhərlər və Texnologiya" düşərgəsi gənclərin müasir çağırışlara uyğun olaraq bilik və bacarıqlarının inkişaf etdirilməsi, gələcəyin şəhərlərinə dair innovativ baxışlarının formalaşdırılması və gənclərin bir-biri ilə şəbəkələşməsi baxımından uğurla başa çatıb.

Nuray Babayeva

Xəbər Lenti

“Universitet seçimi və ixtisas müəyyənləşdirmə mərhələsi gəncin həyatında ən məsuliyyətli dövrlərdən biridir” - Psixoloq Mirsadiq Muxtarov09.08.2026 - 13:05
“Şəhidin səsi”nin növbəti buraxılışı şəhid Yalçın Cavadovun xatirəsinə həsr olunacaq09.08.2026 - 10:00
UNEC Dövlət Proqramı qaliblərinin sayına görə universitetlər arasında liderdir!09.08.2026 - 05:58
Bu ölkənin vətəndaşı olmaq üçün imtahan verməlisiniz09.08.2026 - 05:36
Bu gün hava çox isti olacaq09.08.2026 - 05:27
Bu gün Beynəlxalq Yerli Xalqlar Günüdür09.08.2026 - 05:14
Azərbaycanın qızlardan ibarət basketbol millisi Estoniyaya qalib gəlib09.08.2026 - 05:03
Gəncədə "Ganja Cup 2026" üzgüçülük yarışı keçirilib09.08.2026 - 04:44
Tarixdə bu gün-Torontoda ilk dəfə işıqfor quraşdırılmışdır.09.08.2026 - 04:35
Müəllimlərin faktiki yaşayış rayonuna uyğun vakansiya seçimi başlayıb09.08.2026 - 04:23
Milli Kitabxanada yazıçı Əlisa Nicatın 90 illik yubileyinə həsr edilmiş kitab sərgisi təqdim olunub09.08.2026 - 04:12
MDU ilə Azərbaycan Texniki Universiteti birgə kadr hazırlığına başlayır09.08.2026 - 04:03
Bu gün Milli Qəhrəman Hökumə Əliyevanın doğum günüdür08.08.2026 - 06:50
“Ünsiyyət bacarıqlarının inkişafı” mövzusunda təlim təşkil edilib08.08.2026 - 05:58
Orta təhsil müəssisələrinə ixtisas seçimi davam edir08.08.2026 - 05:45
Jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün keçirilmiş qabiliyyət imtahanının nəticələri açıqlanıb08.08.2026 - 05:33
Azərbaycandan dünyanın TOP universitetinə uzanan uğur hekayəsi-VİDEO08.08.2026 - 05:23
Epidemiologiya – ictimai sağlamlığın keşiyində duran gələcəyin peşəsi08.08.2026 - 05:14
Xəzər Universitetinin direktoru çıxış edib08.08.2026 - 05:05
ADNSU tələbəsi regional robototexnika yarışında hakim kimi iştirak edib08.08.2026 - 04:56
ADNSU-da şirkət rəhbərləri tələbə və məzunlarla biznesin gələcəyini müzakirə ediblər08.08.2026 - 04:47
Sumqayıt Dövlət Universitetinin rektoru, texnika elmləri doktoru, professor Nurəli Yusifbəyli növbəti vətəndaş qəbulunu keçirib08.08.2026 - 04:38
BDU-nun həmtəşkilatçılığı ilə Arxeoloji Yay Məktəbi davam edir08.08.2026 - 04:29
BMU-İNHA ikili diplom proqramı üzrə qəbul planı 100 faiz doldu08.08.2026 - 04:20
“UNECfest” tələbələrin yay tətilinə rəng qatdı08.08.2026 - 04:11
Özəl məktəbəqədər təhsil müəssisələrinin nümayəndələri ilə maliyyələşmə müsabiqəsi ilə bağlı görüş keçirilib08.08.2026 - 04:03
İnkişafyönümlü əyani təlimlər başa çatıb07.08.2026 - 10:40
Arxeoloji tapıntı: Türkiyədə 1800 illik nəhəng heykəl üzə çıxıb07.08.2026 - 10:35
“IRS-Heritage” jurnalının ingilisdilli yeni sayı nəşr olunub07.08.2026 - 10:30
Rəfiqə Axundova - Azərbaycan balet sənətinin görkəmli siması07.08.2026 - 10:25
Azərbaycanla Tacikistan arasında təhsil sahəsində sənəd imzalanıb07.08.2026 - 10:20
Azərbaycan Rəssamlıq Akademiyasında seçmə fənlər bloku yenilənəcək07.08.2026 - 10:15
Ağstafa və Gədəbəydə rəqəmsal arxeologiya təlimləri keçirilir07.08.2026 - 10:10
Türk xalqlarının İslamaqədərki fəlsəfi irsinə dair yeni elmi tədqiqat aparılıb07.08.2026 - 10:05
Proqram mühəndisliyi üzrə elmi əsərlərin xülasələr toplusu işıq üzü görüb07.08.2026 - 10:00
Dənizdə batan tələbənin bir aydır ki axtarışları davam etdirilir07.08.2026 - 09:55
Media və Yayım Şurası yaradılıb, strukturu təsdiqlənib07.08.2026 - 09:50
Bu günə olan hava proqnozu07.08.2026 - 09:45
Tailand məktəbində silahlı hücumun qurbanlarının sayı artıb07.08.2026 - 09:40
İxtisas seçimində iştirak edənlərin sayı məlum olub07.08.2026 - 09:35
Rumıniyada təqaüdlə təhsil hüququ qazananların siyahısı açıqlanıb07.08.2026 - 09:30
Süni intellektdən sui-istifadənin qarşısını almaq üçün şifahi müdafiə tətbiq edilir07.08.2026 - 09:25
BMU-da 3 ikili diplom proqramı və yeni ixtisaslar istifadəyə verilir07.08.2026 - 09:20
Alimlər süni intellektdən istifadə etməklə yeni viruslar hazırlayıblar07.08.2026 - 09:15
Naxçıvan məktəbləri yeni kompüterlərlə təmin olunub07.08.2026 - 09:10
Bakıda 7 təhsil müəssisəsində təmir işləri aparılır07.08.2026 - 09:05
Sabaha olan hava proqnozu07.08.2026 - 09:00