Təhsil 365 - Logo Mobile

“Şəhidin səsi”nin növbəti buraxılışı şəhid Yalçın Cavadovun xatirəsinə həsr olunacaq

15007.08.2026 - 10:45
“Şəhidin səsi”nin növbəti buraxılışı şəhid Yalçın Cavadovun xatirəsinə həsr olunacaq

“Şəhidin səsi” proqramının növbəti buraxılışı Vətən müharibəsində şəhid olan Yalçın Cavadovun əziz xatirəsinə həsr olunacaq.

“Tehsil365” xəbər verir ki, proqramın növbəti buraxılışı 10 avqust saat 18:00-da yayımlanacaq. Buraxılışın aparıcısı “Tehsil365” İnformasiya Agentliyinin “Könüllü müxbir” layihəsində könüllü müxbir kimi fəaliyyət göstərən Fəridə Sadıqzadə olacaq.

Cavadov Yalçın Aydın oğlu 1985-ci il mayın 19-da Şamaxı rayonunun Sabir qəsəbəsində anadan olub. 1992-2002-ci illərdə A. Alxanov adına qəsəbə tam orta məktəbində təhsil alıb.

Yalçın Cavadov 2003-2005-ci illərdə Dövlət Sərhəd Xidmətinin Naxçıvan şəhərində yerləşən “N” saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmət keçib. 2017-ci ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi xidmət edib.

Azərbaycan Ordusunun çavuşu olan Yalçın Cavadov 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. O, oktyabrın 9-da Füzuli döyüşləri zamanı şəhid olub.

Şəhid Yalçın Cavadov Şamaxı şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib. Ailəli olan şəhidimizin 1 qızı və 2 oğlu yadigar qalıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin Sərəncamlarına əsasən Yalçın Cavadov ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

“Şəhidin səsi”nin növbəti buraxılışında şəhid Yalçın Cavadovun həyat yolu, hərbi xidməti, Vətən müharibəsində göstərdiyi qəhrəmanlıq və onun ailəsinə yadigar qalan xatirələrdən söz açılacaq.

Qeyd edək ki, “Şəhidin səsi” proqramı 10 avqust saat 18:00-da yayımlanacaq.

Amin Cavayev

Xəbər Lenti

Kimya İnstitutunun doktorantı ECCS 2026-da elmi tədqiqatını təqdim edib23.09.2026 - 14:20
İlahiyyatçı Fazil Əhməd: "Məktəblərdə hicab qadağası islamofobiyanın tərkib hissəsi kimi başa düşüləcək" 22.09.2026 - 11:50
20 Sentyabr – Azərbaycan Dövlət Suverenliyinin Təsdiqi Günü20.09.2026 - 07:09
Türk Dünyası İqtisad fakültəsində I kurs tələbələri ilə görüş keçirilib19.09.2026 - 04:02
Bu gün Milli Musiqi Günüdür18.09.2026 - 06:58
Bu günün hava PROQNOZU18.09.2026 - 06:25
BMU rektoru şəhid ailələrinin üzvü olan tələbələrlə görüşüb18.09.2026 - 05:57
ADNSU-da “ENGINEXT 2026- Mühəndislik düşərgəsi” başa çatıb18.09.2026 - 05:24
BDU-nun 4 tələbəsi Küveytdə ərəb dili üzrə təhsil proqramını uğurla başa vurub18.09.2026 - 04:57
Rəqəmsal İqtisadiyyat fakültəsinin I kurs tələbələrinin 38,3 faizi 600-dən yüksək bal toplayıb18.09.2026 - 04:36
UNEC rektoru AMEA-nın “Aziz Sancar döş nişanı” ilə təltif olunub18.09.2026 - 04:02
ADMİU-nun dosenti Türkiyənin universitetlərində rəsmi görüşlər keçirib17.09.2026 - 06:57
AZSET proqramının ilk tələbələri ilə görüş keçirilib17.09.2026 - 06:31
Xankəndi İncəsənət Məktəbi fəaliyyətə başlayacaq17.09.2026 - 05:58
Bu gün 35 dərəcə isti olacaq17.09.2026 - 05:35
ADNSU Azərbaycan–Özbəkistan beynəlxalq elmi müsabiqəsinin qalibləri sırasında yer alıb17.09.2026 - 05:03
BMU-nun əcnəbi tələbəsi yüksək akademik göstəricilərinə görə təltif olunub17.09.2026 - 04:41
BDU “QS Biznes Magistr Proqramları Reytinqi”ndə ilk dəfə iki istiqamət üzrə təmsil olunur17.09.2026 - 04:24
LDU-da Respublika Elmi-Praktik Konfrans keçiriləcək17.09.2026 - 04:02
Bu günün hava PROQNOZU16.09.2026 - 06:58
"ADU Radio"nun açılışı olub16.09.2026 - 06:26
AzTU-da Bilik Gününə həsr olunan tədbir keçirilib16.09.2026 - 05:58
“SABAH.city”də BDU-nun tədris və tədqiqat infrastrukturu formalaşdırılacaq16.09.2026 - 05:37
BDU-nun nəzdində “Gənc istedadlar” liseyində Bilik Günü16.09.2026 - 05:12
BMU-da yeni tədris ilinin açılış mərasimi keçirilib16.09.2026 - 04:43
ADNSU tələbələri ölkənin ən böyük innovasiya festivalı olan "Baku ID"də iştirak edəcəklər16.09.2026 - 04:34
ADNSU-ya süni intellekt üzrə metodoloji vəsaitlər təqdim edilib16.09.2026 - 04:26
UNEC tələbələri "GameTech Bootcamp" hakatonunda çempion olub16.09.2026 - 04:15
Yeni tədris ilində UNEC Elmi Şurasının ilk iclası keçirilib16.09.2026 - 04:02
Bu gün Azərbaycanda ilk dərs günüdür - FOTOLAR15.09.2026 - 07:00
Doktorantların departamentdaxili müdafiəsi və yeni tədris ili ilə bağlı iclas15.09.2026 - 06:58
Cənubi Koreya Azərbaycan vətəndaşları üçün təqaüd proqramına qəbul elan edib15.09.2026 - 06:45
AzTU-nun prorektoru Özbəkistanda beynəlxalq seminarda çıxış edib15.09.2026 - 06:25
AzTU nümayəndələri Pekində beynəlxalq sammitdə iştirak edib15.09.2026 - 05:57
Bu gün Azərbaycanda 34 dərəcə isti olacaq15.09.2026 - 05:44
Strateji İnkişaf Planının hazırlanması ilə bağlı növbəti iclas keçirilib15.09.2026 - 05:35
ADNSU-nun 6 tələbəsi “Engineering Bootcamp” proqramını uğurla başa vurub15.09.2026 - 05:26
BMU-nun prorektoru Fəxri fərmanla təltif edilib15.09.2026 - 05:17
ADNSU-nun əcnəbi tələbəsi yüksək akademik göstəricilərinə görə təltif edilib15.09.2026 - 05:08
ADNSU-da rəhbər heyətin mülki müdafiə məşqi keçirilib15.09.2026 - 04:59
ADNSU-nun “SABAH.city” Mərkəzində Süni İntellekt İnstitutu və 4 laboratoriya fəaliyyət göstərəcək15.09.2026 - 04:50
Özbəkistanın ISFT İnstitutunun tələbələri payız semestrində BDU-da təhsil alacaqlar15.09.2026 - 04:41
BDU-nun 7 tələbəsi Çinin Anhui Universitetində ikili diplom proqramı əsasında təhsil alacaq15.09.2026 - 04:32
UNEC ilə Baku Medical Plaza səhiyyə idarəçiliyi üzrə əməkdaşlıq edəcək15.09.2026 - 04:24
BDU-da yeni tədris ili başlayıb15.09.2026 - 04:15
UNEC-ə yeni qəbul olan tələbələr üçün Oriyentasiya Günü keçirilib15.09.2026 - 04:09
Sentyabrın 15-i Azərbaycanda Bilik Günüdür15.09.2026 - 04:02
“Gənclər təşkilatları və gənclər üçün inkişaf, innovasiya və sosial təşəbbüslər üzrə qrant müsabiqəsi”nin qalibləri ilə görüş keçirilib12.09.2026 - 07:23