Təhsil 365 - Logo Mobile

“Universitet seçimi və ixtisas müəyyənləşdirmə mərhələsi gəncin həyatında ən məsuliyyətli dövrlərdən biridir” - Psixoloq Mirsadiq Muxtarov

29507.08.2026 - 10:50
“Universitet seçimi və ixtisas müəyyənləşdirmə mərhələsi gəncin həyatında ən məsuliyyətli dövrlərdən biridir” - Psixoloq Mirsadiq Muxtarov

“Universitet seçimi və ixtisas müəyyənləşdirmə mərhələsi gəncin həyatında ən məsuliyyətli dövrlərdən biridir. Bu prosesdə valideynlərin övladları üçün yüksək gözləntilərə sahib olması təbiidir. Hər bir valideyn övladının uğurlu və cəmiyyətdə nüfuz sahibi olmasını arzulayır. Bununla belə bu gözləntilər övladınnın maraqları, bacarıqları və şəxsiyyət xüsusiyyətləri nəzərə alınmadan formalaşdıqda, bu bir sıra psixoloji çətinliklər və ailədaxili münaqişələr yarada bilər”.

Bu sözləri “Tehsil365”ə açıqlamasında Xəzər Universitetinin Psixologiya Departamentinin əməkdaşı, psixoloq Mirsadiq Muxtarov bildirib.

Psixoloq bildirib ki, reallıq ondan ibarətdir ki, hər bir abituriyent valideyninin arzuladığı peşəni seçə bilməz.

“Reallıq ondan ibarətdir ki, hər bir abituriyent valideyninin arzuladığı peşəni seçə bilməz. Ona görə ki, peşə seçimi yalnız yüksək bal toplamaq və ya cəmiyyət tərəfindən prestijli hesab olunan sahəyə yönəlmək deyil, həm də insanın maraqlarına, dəyərlərinə, qabiliyyətlərinə və gələcək həyat məqsədlərinə uyğun qərar verməsidir. Öz istəyi ilə deyil, yalnız valideyn təzyiqi ilə seçilən ixtisas gənclərdə sonradan motivasiya itkisinə, emosional tükənməyə və hətta bir sıra ciddi psixoloji problemlərə səbəb ola bilər”.

Onun sözlərinə görə, valideynlərin yüksək gözləntiləri ilə sağlam şəkildə baş etməyin ilk yolu açıq ünsiyyətdir.

“Valideynlərin yüksək gözləntiləri ilə sağlam şəkildə baş etməyin ilk yolu açıq ünsiyyətdir. Gənclər öz maraqlarını, gələcək planlarını və seçimlərinin səbəblərini sakit şəkildə valideynlərinə izah etməyə çalışmalıdırlar. Valideynlərlə mübahisədən çox səbəblərə əsaslanan söhbətlər, seçilən peşənin imkanlarını göstərmək, gələcək perspektivlərini vurğulamaq daha faydalı yol hesab edilir. Eyni zamanda, gənclər anlamalıdırlar ki, valideynlərin narahatlığının arxasında əksər hallarda onların gələcəyi ilə bağlı qayğı dayanır. Təəssüflə qeyd edirik ki, bəzi hallarda valideynlər övladlarının hisslərini və düşüncələrini tam anlaya bilmirlər. Belə vəziyyətlərdə gənclər öz fikirlərini aqressiya ilə deyil, açıq və sakit şəkildə ifadə etməli, lazım gəldikdə məktəb psixoloqu və ya fərdi peşəkar psixoloq kimi mütəxəssislərin dəstəyindən istifadə etməlidir. Ona görə ki, təcrübədən də bilindiyi kimi bəzən üçüncü tərəfin iştirakı valideynlə övlad arasında qarşılıqlı anlaşmanın yaranmasına kömək edir”.

Psixoloq vurğulayıb ki, digər mühüm məsələ valideynlərin övladlarını davamlı olaraq yaşıdları və ya digər gənclərlə müqayisə etməsidir.

“Digər mühüm məsələ valideynlərin övladlarını davamlı olaraq yaşıdları və ya digər gənclərlə müqayisə etməsidir. Psixologiyada məlumdur ki, bu cür müqayisələr əksər hallarda motivasiyanı artırmır, əksinə, gəncdə özünəinamın azalmasına və özünü dəyərsiz hesab etməsinə səbəb ola bilir. Ona görə ki, davamlı müqayisə olunan gənc zamanla öz potensialını qiymətləndirmək əvəzinə, diqqətini başqalarının uğurlarına yönəldir. Halbuki hər bir insanın fərdi inkişafı, qabiliyyətləri və maraqları fərqlidir. Buna görə də ən sağlam yanaşma gəncin inkişafını başqaları ilə deyil, onun öz əvvəlki vəziyyətinə nisbətdə qiymətləndirməkdir. Son olaraq valideynlər də unutmamalıdırlar ki, uğurlu karyera yalnız nüfuzlu hesab edilən peşədən deyil, insanın sevdiyi işi peşəkarlıqla yerinə yetirməsindən başlayır. Övladın maraqlarını dinləmək, onun seçim prosesində yanında olmaq və qərar verməsinə dəstək göstərmək uzunmüddətli periodda həm psixoloji sağlamlıq, həm də peşə uğuru baxımından daha müsbət nəticələr verir. Öz seçimini edə bilən və ailəsinin dəstəyini hiss edən gənc gələcəkdə daha uğurlu və sağlam şəxs kimi formalaşır”.

Amin Cavayev

Xəbər Lenti

Çində ahıllar üçün “birsaatlıq övlad” xidməti15.10.2026 - 19:59
Xəzər Universitetində beynəlxalq əməkdaşlığ15.10.2026 - 19:58
Teleqramda yeni funksiya15.10.2026 - 19:58
Xəzər Universitetində kiberhücumundan danışılıb15.10.2026 - 19:57
Xəzər Universitetində dərs muzeydə keçirilib15.10.2026 - 19:56
Müğənninin səhhəti qəfil pisləşib15.10.2026 - 19:55
Qarabağ Universitetində əcnəbi tədqiqatçılarla görüş baş tutub 15.10.2026 - 19:40
Qarabağ Universitetində vergi görüşü15.10.2026 - 19:35
ADU-da elmi seminar keçirilib15.10.2026 - 19:30
Dermatoloq Tünzalə Əzizli: Keyfiyyətsiz və düzgün yuyulmayan geyimlər məktəblilərdə dəri problemlərinə səbəb ola bilər”15.10.2026 - 19:25
Yaponiya səfiri ADU-da olub15.10.2026 - 19:20
SABAH City-də konfrans kecirildi15.10.2026 - 19:15
Ağa Hacıbəyli: ”Azərbaycan uzun illər dini tədrisi Bakı İslam Universiteti və regionlardakı mədrəsələr vasitəsilə davam etdirdi”15.10.2026 - 18:50
ADU-da yanlış xəbərlərə qarşı görüş keçirilib15.10.2026 - 18:25
"Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı" proqramı üzrə 100 nəfər nəfər qalib olub15.10.2026 - 18:10
“Rəqəmsal rabitə “İnformasiya sistemi haqqında əsasnamə qəbul edilib15.10.2026 - 17:52
Bəzi rəsmi qurumları saytlarında problemlər yaranıb15.10.2026 - 17:48
ADNSU tələbələri istehsalat prosesini real mühitdə öyrəniblər15.10.2026 - 17:40
Türkiyədən Azərbaycan dünyəvi dövlət modelinə dəstək nümayiş etdirildi15.10.2026 - 17:39
ADPU-nun Şamaxı filialında Xalq şairi Vahid Əzizlə görüş keçirilib.15.10.2026 - 17:31
Azərbaycan-Özbəkistan İkinci Rektorlar Forumu keçiriləcək15.10.2026 - 17:30
Yaponiyanın məşhur "VIVANT" serialında Azərbaycan mədəniyyəti15.10.2026 - 17:28
“44” filminin saundtreki ABŞ və Böyük Britaniyada ərsəyə gəlib 15.10.2026 - 17:15
Tələbələr “Keşikçidağ” Qoruğunda mağaralar kompleksi ilə tanış oldu 15.10.2026 - 17:10
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verilib15.10.2026 - 17:02
Qız tələbələr üçün “Vergi Akademiyası” proqramına qəbul başlayıb15.10.2026 - 16:40
UNEC alimlərinin məqaləsi nüfuzlu beynəlxalq jurnalda dərc olunub15.10.2026 - 16:20
UNEC alimlərinin məqaləsi nüfuzlu beynəlxalq jurnalda dərc olunub15.10.2026 - 16:20
AzTU-da süni intellektin yanlış məlumatlarını aşkarlamaq üçün yeni yanaşma hazırlanır15.10.2026 - 16:16
Mənsum İbrahimov: Ramiz Quliyev xalqımızın qəlbində özünə əbədi abidə ucaltmış sənətkardır15.10.2026 - 15:57
Gənc yazıçıların tanınması üçün hansı imkanlar yaradılmalıdır? – İradə Ayteldən açıqlama15.10.2026 - 14:47
Türkmənistanda MAMA "Ana təbiət" beynəlxalq sərgisi açılacaq15.10.2026 - 14:43
Xalq artisti Ramiz Quliyevin vəfatının ildönümündə məzarı ziyarət olunub, qəbirüstü abidəsi açılıb15.10.2026 - 14:40
Qarsda “Azərbaycan incəsənət həftəsi”: Konsert və moda nümayişi15.10.2026 - 14:37
Qars Qafqaz Universitetində “Azərbaycan Günü”: Təhsil ocağında Mirzə Fətəli Axundzadə guşəsi açılıb15.10.2026 - 14:36
Fəxrəddin Manafov: Ramiz Quliyev milli musiqimizin inkişafına mühüm töhfələr verib15.10.2026 - 14:33
Gender bərabərliyinə həsr olunmuş seminar keçirilib15.10.2026 - 14:27
Vyetnamın vitse-prezidenti ADNSU-da olub15.10.2026 - 14:24
Peşə təhsili üzrə beynəlxalq təlim iştirakçıları LDU-da olub15.10.2026 - 14:19
Sabah hava çiskinli olacaq15.10.2026 - 14:16
Sabah jurnalistlərin IX qurultayı keçiriləcək15.10.2026 - 14:13
Tələbələr üçün startap və innovasiya imkanları təqdim olunub15.10.2026 - 14:09
LDU-da strateji hədəflər müzakirə olunub15.10.2026 - 14:07
Bakı Slavyan Universiteti XII Bakı Beynəlxalq Kitab Sərgisində iştirak edəcək15.10.2026 - 14:02
Azərbaycan Universitetinin 16 tələbəsi PTE sertifikatını əldə edib15.10.2026 - 14:00
Pakistanda məktəb damı uçdu: 28 uşaq və 1 müəllimə ölüb 15.10.2026 - 14:00
Paytaxtda 8 marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək15.10.2026 - 13:59
Şagird kosmetikaya görə dərsə buraxılmadı: Atası münaqişə yaratdı 15.10.2026 - 13:58