Təhsil 365 - Logo Mobile

Xalq artisti Qəndab Quliyevanın anadan olmasının 77-ci ildönümüdür

15410.08.2026 - 08:57
Xalq artisti Qəndab Quliyevanın anadan olmasının 77-ci ildönümüdür

Azərbaycan muğam sənətinin görkəmli nümayəndələrindən biri, Xalq artisti Qəndab Quliyeva özünəməxsus ifa tərzi, güclü və təsirli səsi ilə milli musiqi mədəniyyətimizin inkişafında mühüm iz qoyub. Onun yaradıcılığı Azərbaycan muğamının zəngin ənənələrinin qorunması və gələcək nəsillərə ötürülməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

“Tehsil365” xəbər verir ki, bu gün muğam ifaçısı, Xalq artisti Qəndab Quliyevanın anadan olmasının 77-ci ildönümü tamam olur.

Qəndab Quliyeva 1991–1996-cı illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alıb. İlk muğam müəllimi Nəriman Əliyev olub. Eyni zamanda, o, Vahid Abdullayevin muğam sinfində dərs alıb və onun sənətini təkmilləşdirib. 1981-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında solist kimi fəaliyyət göstərib. O, bu teatrın səhnəsində Leyli, Əsli (Üzeyir Hacıbəyov – "Leyli və Məcnun", "Əsli və Kərəm"), Ərəbzəngi (Müslüm Maqomayev – "Şah İsmayıl"), Şahcənəm (Zülfüqar Hacıbəyov – "Aşıq Qərib"), Gülbahar (Şəfiqə Axundova – "Gəlin qayası"), Xanəndə qız (Ramiz Mustafayev – "Vaqif") rollarını yaradıb.

Qəndab Quliyeva bir çox xarici ölkələrdə – Almaniya, Kanada, Yaponiya, Fransa, İsveç, Türkiyə, İran və İraqda Azərbaycan muğam sənətini layiqincə təbliğ edib.

Xanəndənin ifasında "Çahargah" muğamının səsyazısı isə Fransada "Muğam antologiyası" CD diskinə daxil edilib. Qəndab Quliyeva Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyətlə də məşğul olub.

Xalq artisti 2017-ci il iyunun 26-da vəfat edib.

Fidan Məmmədli

Xəbər Lenti

Ceki Çanın “Tanrının Zirehi: Ultimatum” filminin Bakı çəkilişləri davam edir10.08.2026 - 09:55
Alimlər çoxhədəfli ferment inhibitorlarının hazırlanması istiqamətində mühüm nəticə əldə ediblər10.08.2026 - 09:50
“Təhsil TV”dən yenilik: Yeni sayt istifadəyə verilib10.08.2026 - 09:45
İngilis dili üzrə ən uğurlu məktəblər açıqlanıb10.08.2026 - 09:40
Yeni təmayül tədris modeli üzrə müəllimlərin müsahibələri davam edir10.08.2026 - 09:38
AzTU 600+ bal toplayan abituriyentlərə 4 il aylıq 200 manat təqaüd verəcək10.08.2026 - 09:36
ADNSU tələbələrindən beynəlxalq uğur10.08.2026 - 09:35
BMU tələbələri Londonda beynəlxalq innovasiya yarışmasında iki I yer qazandılar10.08.2026 - 09:33
Subbakalavrlar üçün “Abituriyent” jurnalının xüsusi buraxılışı nəşr olunub10.08.2026 - 09:31
Universitetlərdə təhsil haqları: Ən yüksək və ən aşağı məbləğlər – SİYAHI10.08.2026 - 09:30
Rövşən Abdullaoğlu: “Müasir gənclərin kitaba marağı yoxdur demək yanlışdır”10.08.2026 - 09:26
Zaqatala məktəbliləri beynəlxalq yarışda dünya çempionu olublar10.08.2026 - 09:25
I qrupda ən az plan yeri ayrılan ixtisaslar – SİYAHI10.08.2026 - 09:20
Qarabağ Universitetində ixtisaslar üzrə plan yerləri açıqlanıb – SİYAHI10.08.2026 - 09:15
I qrupun rus bölməsi üzrə az plan yeri ayrılan ixtisaslar açıqlanıb10.08.2026 - 09:10
“IV Maarifçi” tələbə-məzun proqramının iştirakçıları Qarabağ Universitetində10.08.2026 - 09:05
Bu günə olan hava proqnozu 10.08.2026 - 09:00
NDU-nun müəllimi vəfat edib10.08.2026 - 08:55
Misirdə 6 min ildən çox yaşı olan yaşayış məskəni və qədim şəhərin qalıqları aşkarlanıb10.08.2026 - 08:49
Azərbaycan Rəssamlıq Akademiyası tələbələrin beynəlxalq yaradıcılıq imkanlarını genişləndirir10.08.2026 - 08:09
Azərbaycanda 40 dərəcəyədək isti, bəzi rayonlara leysan yağıb10.08.2026 - 07:57
Azərbaycanın mədəni irsinin qlobal auditoriyaya çatdırılmasına töhfə verilib10.08.2026 - 07:33
500 və daha yüksək bal toplayan 300 tələbə “Gələcəyin müəllimi” təqaüdü ala biləcək10.08.2026 - 06:42
BMU magistrantı Çində 30 qədim mağarada elmi tədqiqat aparıb10.08.2026 - 06:40
BSU-da Gələcəyin müəllimi olmaq istəyən oğlan abituriyentlərə xüsusi fürsət!10.08.2026 - 06:31
Tağlar mağarasında Azərbaycan-Yaponiya birgə arxeoloji tədqiqatlarının üçüncü mövsümü başlayıb10.08.2026 - 06:21
Bakının parklarında hər şənbə açıq hava konsertləri keçiriləcək10.08.2026 - 06:07
Küləkli hava şəraiti ilə bağlı09.08.2026 - 15:38
Rezidenturaya qəbul imtahanının ikinci mərhələsi keçirilib09.08.2026 - 15:26
Aqrar sığorta üzrə müstəqil ekspert sertifikatı üçün test imtahanı təşkil edilib09.08.2026 - 15:02
Tanınmış şair vəfat etdi09.08.2026 - 15:00
6 gün iş olmayacaq09.08.2026 - 14:53
Abituriyentlərin yarıdan çoxu kəndlərdən müraciət edib09.08.2026 - 14:50
Kamandan oxatma üzrə ölkə çempionatı və kubokunun qalibləri mükafatlandırılıb09.08.2026 - 14:48
Diaspor gənclərinin VII Yay Düşərgəsində incəsənət xadimləri ilə görüş keçirildi 09.08.2026 - 14:41
“Universitet seçimi və ixtisas müəyyənləşdirmə mərhələsi gəncin həyatında ən məsuliyyətli dövrlərdən biridir” - Psixoloq Mirsadiq Muxtarov09.08.2026 - 13:05
“Şəhidin səsi”nin növbəti buraxılışı şəhid Yalçın Cavadovun xatirəsinə həsr olunacaq09.08.2026 - 10:00
NDU-nun müəllimi vəfat edib09.08.2026 - 08:50
UNEC Dövlət Proqramı qaliblərinin sayına görə universitetlər arasında liderdir!09.08.2026 - 05:58
Bu ölkənin vətəndaşı olmaq üçün imtahan verməlisiniz09.08.2026 - 05:36
Bu gün hava çox isti olacaq09.08.2026 - 05:27
Bu gün Beynəlxalq Yerli Xalqlar Günüdür09.08.2026 - 05:14
Azərbaycanın qızlardan ibarət basketbol millisi Estoniyaya qalib gəlib09.08.2026 - 05:03
"Yay Fest 2026"nın iştirakçıları müasir şəhərlər və texnologiyalar barədə məlumatlandırılıb09.08.2026 - 04:52
Gəncədə "Ganja Cup 2026" üzgüçülük yarışı keçirilib09.08.2026 - 04:44
Tarixdə bu gün-Torontoda ilk dəfə işıqfor quraşdırılmışdır.09.08.2026 - 04:35
Müəllimlərin faktiki yaşayış rayonuna uyğun vakansiya seçimi başlayıb09.08.2026 - 04:23