I ixtisas qrupu üzrə universitetlərdə ən az plan yerlərinin ayrıldığı ixtisaslar müəyyənləşib.
AzEdu.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) 4 nömrəli jurnalında məlumat verilib.
Bakı Dövlət Universitetində ən az plan yeri Geologiya ixtisası üzrə ayrılıb. Bu ixtisasa 15 plan yeri nəzərdə tutulub.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Cihaz mühəndisliyi, Energetika mühəndisliyi, Kimya mühəndisliyi və Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisaslarının hər biri üzrə 15 plan yeri ayrılıb.
Azərbaycan Texniki Universitetində Elektrik və elektronika mühəndisliyi, Data analitikası (tədris ingilis dilində), Elektrik və elektronika mühəndisliyi (tədris ingilis dilində), Kimya mühəndisliyi (tədris ingilis dilində), Mexatronika və robotexnika mühəndisliyi (tədris ingilis dilində), Proseslərin avtomatlaşdırılması mühəndisliyi (tədris ingilis dilində) və Radiotexnika və telekommunikasiya mühəndisliyi (tədris ingilis dilində) ixtisaslarının hər biri üzrə 15 plan yeri ayrılıb.
Kompüter mühəndisliyi (tədris ingilis dilində) ixtisası üzrə isə 10 plan yeri nəzərdə tutulub.
Azərbaycan Memarlıq və İnşaat Universitetində Yerquruluşu və daşınmaz əmlakın kadastri ixtisası üzrə 10 plan yeri ayrılıb. Energetika mühəndisliyi (tədris ingilis dilində), Elektrik və elektronika mühəndisliyi (tədris ingilis dilində) və İnformasiya təhlükəsizliyi (tədris ingilis dilində) ixtisaslarının hər biri üzrə 15 plan yeri nəzərdə tutulub.
Azərbaycan Dövlət Pedaqoji Universitetində Riyaziyyat və fizika müəllimliyi, Fizika müəllimliyi (Şamaxı filialı), Riyaziyyat müəllimliyi (Ağcabədi filialı) və Riyaziyyat və informatika müəllimliyi (Ağcabədi filialı) ixtisaslarının hər biri üzrə 15 plan yeri ayrılıb.
Fizika müəllimliyi (Ağcabədi filialı) üzrə isə 10 plan yeri nəzərdə tutulub.
Azərbaycan Dövlət İqtisad Universitetində Elektrik və elektronika mühəndisliyi (tədris ingilis dilində) ixtisası üzrə 15 plan yeri ayrılıb.
Bakı Mühəndislik Universitetində Şəhərsalma ixtisası üzrə 15 plan yeri nəzərdə tutulub.
Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Kompüter elmləri ixtisası üzrə 15 plan yeri ayrılıb.
ADA Universitetində Riyaziyyat (tədris ingilis dilində) ixtisası üzrə 10, Heyvandarlıq (tədris ingilis dilində) ixtisası üzrə isə 5 plan yeri nəzərdə tutulub.
Milli Aviasiya Akademiyasında Azərbaycan bölməsi üzrə Cihaz mühəndisliyi, Ekologiya mühəndisliyi, Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi, Materiallar mühəndisliyi, Mexanika mühəndisliyi, Mexatronika və robotexnika mühəndisliyi və Mühəndislik fizikası ixtisaslarının hər biri üzrə 15 plan yeri ayrılıb.
Azərbaycan və rus bölmələrinin birgə tədrisi üzrə qeyd olunan ixtisasların hər birinə (tədris ingilis dilində) də 15 plan yeri nəzərdə tutulub.
Azərbaycan Dövlət Dəniz Akademiyasında Elektrik və elektronika mühəndisliyi (tədris ingilis dilində) ixtisası üzrə 15 plan yeri, Dəniz naviqasiyası mühəndisliyi üzrə isə 15 plan yeri ayrılıb.
Bakı Ali Neft Məktəbində İnformasiya təhlükəsizliyi (tədris ingilis dilində) ixtisası üzrə 10plan yeri nəzərdə tutulub.
Naxçıvan Dövlət Universitetində Fizika müəllimliyi, Riyaziyyat müəllimliyi, Riyaziyyat və informatika müəllimliyi və Texnologiya müəllimliyi ixtisaslarının hər biri üzrə 15 plan yeri ayrılıb. Azərbaycan və rus bölmələrinin birgə tədrisi üzrə Riyaziyyat müəllimliyi (tədris ingilis dilində), İnformasiya təhlükəsizliyi (tədris ingilis dilində) və Kompüter mühəndisliyi (tədris ingilis dilində) ixtisaslarının hər biri üzrə 15 plan yeri nəzərdə tutulub.
Azərbaycan Dövlət Aqrar Universitetində Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi üzrə 10, Maşın mühəndisliyi üzrə 15, Aqronomluq qiyabi tədris üzrə 15, Balıqçılıq qiyabi tədris üzrə 10, Torpaqşünaslıq və aqrokimya qiyabi tədris üzrə 15və Zoomühəndislik qiyabi tədris üzrə 15 plan yeri ayrılıb. Azərbaycan və rus bölmələrinin birgə tədrisi üzrə Aqronomluq (tədris ingilis dilində) və Torpaqşünaslıq və aqrokimya (tədris ingilis dilində) ixtisaslarının hər birinə 15 plan yeri nəzərdə tutulub.
Azərbaycan Texnologiya Universitetində Maşın mühəndisliyi, Metallurgiya mühəndisliyi və Sənaye mühəndisliyi ixtisaslarının hər biri üzrə 15 plan yeri ayrılıb.
Mingəçevir Dövlət Universitetində Fizika müəllimliyi, İnformatika müəllimliyi, Riyaziyyat müəllimliyi, Texnologiya müəllimliyi və Sənaye mühəndisliyi ixtisaslarının hər biri üzrə 15 plan yeri nəzərdə tutulub.
Kompüter elmləri (tədris ingilis dilində) ixtisası üzrə də 15 plan yeri ayrılıb.
Lənkəran Dövlət Universitetində Meşəçilik qiyabi, Aqronomluq qiyabi və Torpaqşünaslıq və aqrokimya qiyabi ixtisaslarının hər biri üzrə 15 plan yeri nəzərdə tutulub.
Xəzər Universitetində Fizika müəllimliyi üzrə 10, Fizika müəllimliyi (tədris ingilis dilində) üzrə 5 plan yeri ayrılıb. Mexanika mühəndisliyi (tədris ingilis dilində) və Radiotexnika və telekommunikasiya mühəndisliyi (tədris ingilis dilində) ixtisaslarının hər biri üzrə isə 15 plan yeri nəzərdə tutulub.
“Odlar Yurdu” Universitetində İnformasiya texnologiyaları (tədris ingilis dilində), İnformasiya mühəndisliyi (tədris ingilis dilində) və Kompüter mühəndisliyi (tədris ingilis dilində) ixtisaslarının hər biri üzrə 15 plan yeri ayrılıb.

