Təhsil 365 - Logo Mobile

Rövşən Abdullaoğlu: “Müasir gənclərin kitaba marağı yoxdur demək yanlışdır”

22210.08.2026 - 09:26
Rövşən Abdullaoğlu: “Müasir gənclərin kitaba marağı yoxdur demək yanlışdır”

“İndi oxucu kitab və maraqlı kontentlər arasında mübarizə aparır.”

Bu fikirləri Rövşən Abdullaoğlu “Tehsil365”ə açıqlamasında bildirib.

“Gənclərin kitab oxuma vərdişləri barədə nə demək olar? Günümüzdə bəzən belə düşünürlər ki, müasir gənclərin kitaba marağı yoxdur və artıq kitab vərdişlərini tamamilə itirib. Bu cür demək tamamilə yanlışdır. Ona görə ki, sahədə fəaliyyət göstərən bir insan kimi deyə bilərəm ki, 2010-cu ildən bu sahədə fəaliyyət göstərirəm, 16 il ərzində ölkəmizdə həm oxucu sayı artıb həm də keyfiyyət olaraq biz artımı müşahidə edirik. Oxu vərdişi olan böyük bir kütlə var və ildən-ilədə bu say getdikcə artmaqdadır. Sadecə olaraq müasir nəsil keçmiş nəsildən fərqli olaraq maraq dairələri daha da genişlənib əvvəlki nəsilin maraq dairəsi məhdud idisə, indi oxucuların, cəmiyyətin maraq dairəsi daha da genişlənib. Qısa videolar, sosial media, internet həyatımızın ayrılmaz bir hissəsinə çevrilib və indi oxucu kitab və maraqlı kontentlər arasında mübarizə aparır və yazıçıların, naşirlərində hədəflərindən biri də budur ki, onları günümüzün diqqət çəkən vasitələrindən ayırıb kitaba yönəltmək. Ona görə də indiki gəncliyin kitaba köklənməsi daha çətindir və eyni zamanda diqqəti cəmləməklə bağlıda mübarizə aparır.

Rövşən Abdullaoğlu bildirib ki, “Bir tərəfdən də müasir gənclər arasında mən onların keyfiyyətli mətnlərə olan marağını da müşahidə edirəm. Buda artmaq üzərədir. Özünü inkişaf, fəlsəfi mövzulara, psixoloji mövzulara maraq getdikcə artmaqdadır və əvvəllər ola bilsin ki, bu qədər maraq yox idisə, günümüzün insanı daha çox özü ilə bağlı mövzuları araşdırmağa səy göstərir və bu mövzuda yazılmış kitablar da istər bədii ədəbiyyat olsun, qeyri-bədii ədəbiyyat olsun oxucuların ciddi şəkildə diqqətindədir. İndiki oxucular daha tənqididir, indiki oxucuları rahatlıqla məmnun etmək olmur, hər cür əsəri yaz və düşün ki, oxucu bunu qəbul edəcək, elə deyil.”

Günümüzün oxucusu, xüsusən də Azərbaycan oxucusu çox tənqidlə yanaşır. Bu da səbəb olur ki, yazıçıda daha dəqiq yazsın, daha öz üzərində işləsin, daha həssas olsun və oxucuların keyfiyyətinin artması yazıçıların keyfiyyətini artırır. Bu da rəqabəti çətinləşdirir. Ona görə ki, sən oxucunu cəlb etmək üçün və cəmiyyətdə oxu vərdişini yaratmaq üçün yazıçı və naşirlər daha güclü əsərlər yazmalı, daha gözəl əsərləri çap etməlidir.

Onun sözlərinə görə, önəmli olan məqamlardan biri də budur ki, bəzən biz gənclərə kitab oxumağı bir məcburiyyət kimi təqdim edirik və bu onları qaçırdır. İnsanlar anlamalıdılar ki, kitabın onların həyatında nə kimi rolu var, həyatlarının ayrılmaz bir hissəsidir, mütaliənin onlara faydasını dərk etməlidilər. Əgər bunu dərk etsələr kitab mütaliəsi bir vərdişə çevriləcək, sevgilə dolu bir prosesə çevriləcək, məcburiyyətə çevrilməyəcək. Bizim ən böyük səhvlərimizdən biri də məhz budur. Biz mütaliəni məcburiyyət kimi təqdim edirik, bir icbar kimi təqdim edirik. Ona görə də oxucular bu cür məcburiyyət altında, bir vəzifə kimi özlərini oxuya məcbur edə bilmirlər. Biz oxunun faydasını insanlara aşılamalıyıq, mütaliənin insanların həyatında olan rolunu, onların psixoloji sağlamlığında təsirini bu cür məqamları onlara başa salmalıyıq.

Birdə oxu vərdişi ailədən gələn bir şeydir. Ən asan forması ailə və məktəbdir. Ailədə və məktəbdə mütaliəni biz gənclərə, övladlarımıza sevdirməyi bacarsaq həyatın növbəti ilində bu artıq rutin bir hissəsinə çevriləcək və onları məcbur etmək olamayacaq. Mütaliə onların içindən gələcək.”

Fidan Məmmədli

Xəbər Lenti

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə dissertasiya müdafiə olunub - FOTOLAR28.09.2026 - 13:35
ASAP xarici ölkələrdə 27 Sentyabr – Anım Günü ilə bağlı silsilə tədbirlər keçirib - FOTOLAR28.09.2026 - 08:30
Prezidentin sosial media hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib26.09.2026 - 20:20
Azərbaycanda Anım Günüdür!26.09.2026 - 20:02
Anım Günü şagirdlərin təqdimatında25.09.2026 - 18:30
Bakı Avrasiya Kollecində “27 Sentyabr: Zəfərə gedən yol” adlı tədbir keçirilib - FOTOLAR25.09.2026 - 16:50
Kimya İnstitutunda Elmi Şuranın iclası keçirilib - FOTOLAR25.09.2026 - 11:10
Kimya İnstitutunun 2026-2030-cu illər üçün Strateji İnkişaf Planı təsdiqlənib - FOTO25.09.2026 - 10:50
BSU beynəlxalq reytinqdə 404 pillə irəlilədi25.09.2026 - 10:40
Tarixə çevrilən 44 Gün 24.09.2026 - 06:30
Kimya İnstitutunun doktorantı ECCS 2026-da elmi tədqiqatını təqdim edib23.09.2026 - 14:20
İlahiyyatçı Fazil Əhməd: "Məktəblərdə hicab qadağası islamofobiyanın tərkib hissəsi kimi başa düşüləcək" 22.09.2026 - 11:50
20 Sentyabr – Azərbaycan Dövlət Suverenliyinin Təsdiqi Günü20.09.2026 - 07:09
Türk Dünyası İqtisad fakültəsində I kurs tələbələri ilə görüş keçirilib19.09.2026 - 04:02
Bu gün Milli Musiqi Günüdür18.09.2026 - 06:58
Bu günün hava PROQNOZU18.09.2026 - 06:25
BMU rektoru şəhid ailələrinin üzvü olan tələbələrlə görüşüb18.09.2026 - 05:57
ADNSU-da “ENGINEXT 2026- Mühəndislik düşərgəsi” başa çatıb18.09.2026 - 05:24
BDU-nun 4 tələbəsi Küveytdə ərəb dili üzrə təhsil proqramını uğurla başa vurub18.09.2026 - 04:57
Rəqəmsal İqtisadiyyat fakültəsinin I kurs tələbələrinin 38,3 faizi 600-dən yüksək bal toplayıb18.09.2026 - 04:36
UNEC rektoru AMEA-nın “Aziz Sancar döş nişanı” ilə təltif olunub18.09.2026 - 04:02
ADMİU-nun dosenti Türkiyənin universitetlərində rəsmi görüşlər keçirib17.09.2026 - 06:57
AZSET proqramının ilk tələbələri ilə görüş keçirilib17.09.2026 - 06:31
Xankəndi İncəsənət Məktəbi fəaliyyətə başlayacaq17.09.2026 - 05:58
Bu gün 35 dərəcə isti olacaq17.09.2026 - 05:35
ADNSU Azərbaycan–Özbəkistan beynəlxalq elmi müsabiqəsinin qalibləri sırasında yer alıb17.09.2026 - 05:03
BMU-nun əcnəbi tələbəsi yüksək akademik göstəricilərinə görə təltif olunub17.09.2026 - 04:41
BDU “QS Biznes Magistr Proqramları Reytinqi”ndə ilk dəfə iki istiqamət üzrə təmsil olunur17.09.2026 - 04:24
LDU-da Respublika Elmi-Praktik Konfrans keçiriləcək17.09.2026 - 04:02
Bu günün hava PROQNOZU16.09.2026 - 06:58
"ADU Radio"nun açılışı olub16.09.2026 - 06:26
AzTU-da Bilik Gününə həsr olunan tədbir keçirilib16.09.2026 - 05:58
“SABAH.city”də BDU-nun tədris və tədqiqat infrastrukturu formalaşdırılacaq16.09.2026 - 05:37
BDU-nun nəzdində “Gənc istedadlar” liseyində Bilik Günü16.09.2026 - 05:12
BMU-da yeni tədris ilinin açılış mərasimi keçirilib16.09.2026 - 04:43
ADNSU tələbələri ölkənin ən böyük innovasiya festivalı olan "Baku ID"də iştirak edəcəklər16.09.2026 - 04:34
ADNSU-ya süni intellekt üzrə metodoloji vəsaitlər təqdim edilib16.09.2026 - 04:26
UNEC tələbələri "GameTech Bootcamp" hakatonunda çempion olub16.09.2026 - 04:15
Yeni tədris ilində UNEC Elmi Şurasının ilk iclası keçirilib16.09.2026 - 04:02
Bu gün Azərbaycanda ilk dərs günüdür - FOTOLAR15.09.2026 - 07:00
Doktorantların departamentdaxili müdafiəsi və yeni tədris ili ilə bağlı iclas15.09.2026 - 06:58
Cənubi Koreya Azərbaycan vətəndaşları üçün təqaüd proqramına qəbul elan edib15.09.2026 - 06:45
AzTU-nun prorektoru Özbəkistanda beynəlxalq seminarda çıxış edib15.09.2026 - 06:25
AzTU nümayəndələri Pekində beynəlxalq sammitdə iştirak edib15.09.2026 - 05:57
Bu gün Azərbaycanda 34 dərəcə isti olacaq15.09.2026 - 05:44
Strateji İnkişaf Planının hazırlanması ilə bağlı növbəti iclas keçirilib15.09.2026 - 05:35
ADNSU-nun 6 tələbəsi “Engineering Bootcamp” proqramını uğurla başa vurub15.09.2026 - 05:26
BMU-nun prorektoru Fəxri fərmanla təltif edilib15.09.2026 - 05:17