Azərbaycan Texniki Universiteti (AzTU) yüksək balla qəbul olunan abituriyentlər üçün müxtəlif imkanlar təqdim edir. Bu cür imkanlardan biri də xüsusi təqaüddür.
AzTU-dan “Tehsil365”ə bildirilib ki, 600 və daha yüksək bal toplayan, eləcə də respublika fənn olimpiadalarının qalibi olaraq imtahansız qəbul edilən bütün abituriyentlərə 4 il müddətində aylıq 200 manat məbləğində xüsusi təqaüd veriləcək.
Eyni zamanda, hər fakültə üzrə 500 baldan yüksək nəticə göstərən bir tələbəyə də 4 il müddətində aylıq 100 manat məbləğində xüsusi təqaüd veriləcək.
Qeyd edək ki, sözügedən xüsusi təqaüdlər dövlət tərəfindən verilən təqaüddən əlavə ödəniləcək.

