Təhsil 365 - Logo Mobile

Bu gün görkəmli rəssam Kazım Kazımzadənin doğum günüdür

12910.08.2026 - 10:05
    Bu gün görkəmli rəssam Kazım Kazımzadənin doğum günüdür

Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, Xalq rəssamı Kazım Kazımzadənin yaradıcılıq irsində qrafik əsərlər mühüm yer tutur. Onun fırçasından çıxan qrafika nümunələri rəssamın fərdi dəst-xətini və zəngin bədii təfəkkürünü aydın şəkildə nümayiş etdirir. Ayrı-ayrı bədii əsərlərə çəkdiyi illüstrasiyalar, kitablara verdiyi bədii tərtibat ən incə zövqlü şəxslər tərəfindən də rəğbətlə qarşılanır. O, Azərbaycan folkloruna və klassik ədəbiyyatına yaxşı bələd idi. “Kitabi-Dədə Qorqud” eposuna, Nizami Gəncəvi, Şah İsmayıl Xətai, Mirzə Şəfi Vazeh və başqa klassiklərin əsərlərinə sənətkarlıqla çəkdiyi illüstrasiyalar bunları bir daha sübut edir.

“Tehsil365” xəbər verir ki, bu gün Azərbaycanın Xalq rəssamı, Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı Kazım Kazımzadənin anadan olmasından 113 il ötür.

Xalq rəssamı əsasən kitab illüstrasiyası və dəzgah qrafikası sahəsində fəaliyyət göstərib. Nizaminin “İsgəndərnamə”, “Sirlər xəzinəsi”, “Leyli və Məcnun”, “Xosrov və Şirin” poemalarına, eləcə də uşaqlar üçün işlənmiş “Fitnə”, “Sehrli üzük”, “İsgəndər və çoban” kitablarına çəkdiyi illüstrasiyalar onu daha da məşhurlaşdırıb.

Yaradıcılığında siyasi plakat və karikaturalara da geniş yer ayıran rəssamın “Cəbhə yollarında” rəsmlər silsiləsində İkinci Dünya müharibəsinin fəlakətləri əks etdirilib.

Kazım Kazımzadə dünya miqyasında tanınan muzey mütəxəssisi idi. O, 1954-cü ildən Beynəlxalq Muzeylər Şurası Sovet Komitəsinin üzvü olub, 1992-ci ildə isə yeni təsis edilmiş Azərbaycan Milli Komitəsinin üzvü seçilib.

Respublikamızda muzey şəbəkəsinin inkişafına da dəyərli töhfələr bəxş edən Kazım Kazımzadə Bakı şəhərində Səməd Vurğun və Üzeyir Hacıbəylinin ev-muzeylərinin, Qazaxda Səməd Vurğun Poeziya evinin, Lənkəran Tarix-Diyarşünaslıq Muzeyinin ilk bədii tərtibatını verib. O, eyni zamanda, respublikamızda sənətşünasların və muzey kadrlarının yetişdirilməsinə böyük əmək sərf edib.

Xalq rəssamı Kazım Kazımzadə 1992-ci il oktyabrın 4-də dünyasını dəyişib.

Amin Cavayev

Xəbər Lenti

Mədəniyyət naziri Laçında vətəndaşlarla görüşəcək10.08.2026 - 10:35
“Günvurmadan necə qorunmalı?” - Ekspert Adil Qeybulladan açıqlama10.08.2026 - 10:30
DİM “Abituriyent” jurnalının 4-cü nömrəsini nəşr edib10.08.2026 - 10:25
I qrupda müəllimlik ixtisasları üzrə plan yerləri dəyişdirildi10.08.2026 - 10:20
UNEC tələbəsindən möhtəşəm uğur: Dünya çempionu oldu10.08.2026 - 10:15
Sabaha olan hava proqnozu10.08.2026 - 10:10
Ankarada Türk dünyasını bir araya gətirən festival keçirilib10.08.2026 - 10:00
Ceki Çanın “Tanrının Zirehi: Ultimatum” filminin Bakı çəkilişləri davam edir10.08.2026 - 09:55
Alimlər çoxhədəfli ferment inhibitorlarının hazırlanması istiqamətində mühüm nəticə əldə ediblər10.08.2026 - 09:50
“Təhsil TV”dən yenilik: Yeni sayt istifadəyə verilib10.08.2026 - 09:45
İngilis dili üzrə ən uğurlu məktəblər açıqlanıb10.08.2026 - 09:40
Yeni təmayül tədris modeli üzrə müəllimlərin müsahibələri davam edir10.08.2026 - 09:38
AzTU 600+ bal toplayan abituriyentlərə 4 il aylıq 200 manat təqaüd verəcək10.08.2026 - 09:36
ADNSU tələbələrindən beynəlxalq uğur10.08.2026 - 09:35
BMU tələbələri Londonda beynəlxalq innovasiya yarışmasında iki I yer qazandılar10.08.2026 - 09:33
Subbakalavrlar üçün “Abituriyent” jurnalının xüsusi buraxılışı nəşr olunub10.08.2026 - 09:31
Universitetlərdə təhsil haqları: Ən yüksək və ən aşağı məbləğlər – SİYAHI10.08.2026 - 09:30
Rövşən Abdullaoğlu: “Müasir gənclərin kitaba marağı yoxdur demək yanlışdır”10.08.2026 - 09:26
Zaqatala məktəbliləri beynəlxalq yarışda dünya çempionu olublar10.08.2026 - 09:25
I qrupda ən az plan yeri ayrılan ixtisaslar – SİYAHI10.08.2026 - 09:20
Qarabağ Universitetində ixtisaslar üzrə plan yerləri açıqlanıb – SİYAHI10.08.2026 - 09:15
I qrupun rus bölməsi üzrə az plan yeri ayrılan ixtisaslar açıqlanıb10.08.2026 - 09:10
“IV Maarifçi” tələbə-məzun proqramının iştirakçıları Qarabağ Universitetində10.08.2026 - 09:05
Bu günə olan hava proqnozu 10.08.2026 - 09:00
Xalq artisti Qəndab Quliyevanın anadan olmasının 77-ci ildönümüdür10.08.2026 - 08:57
NDU-nun müəllimi vəfat edib10.08.2026 - 08:55
Misirdə 6 min ildən çox yaşı olan yaşayış məskəni və qədim şəhərin qalıqları aşkarlanıb10.08.2026 - 08:49
Azərbaycan Rəssamlıq Akademiyası tələbələrin beynəlxalq yaradıcılıq imkanlarını genişləndirir10.08.2026 - 08:09
Azərbaycanda 40 dərəcəyədək isti, bəzi rayonlara leysan yağıb10.08.2026 - 07:57
Azərbaycanın mədəni irsinin qlobal auditoriyaya çatdırılmasına töhfə verilib10.08.2026 - 07:33
500 və daha yüksək bal toplayan 300 tələbə “Gələcəyin müəllimi” təqaüdü ala biləcək10.08.2026 - 06:42
BMU magistrantı Çində 30 qədim mağarada elmi tədqiqat aparıb10.08.2026 - 06:40
BSU-da Gələcəyin müəllimi olmaq istəyən oğlan abituriyentlərə xüsusi fürsət!10.08.2026 - 06:31
Tağlar mağarasında Azərbaycan-Yaponiya birgə arxeoloji tədqiqatlarının üçüncü mövsümü başlayıb10.08.2026 - 06:21
Bakının parklarında hər şənbə açıq hava konsertləri keçiriləcək10.08.2026 - 06:07
Küləkli hava şəraiti ilə bağlı09.08.2026 - 15:38
Rezidenturaya qəbul imtahanının ikinci mərhələsi keçirilib09.08.2026 - 15:26
Aqrar sığorta üzrə müstəqil ekspert sertifikatı üçün test imtahanı təşkil edilib09.08.2026 - 15:02
Tanınmış şair vəfat etdi09.08.2026 - 15:00
6 gün iş olmayacaq09.08.2026 - 14:53
Abituriyentlərin yarıdan çoxu kəndlərdən müraciət edib09.08.2026 - 14:50
Kamandan oxatma üzrə ölkə çempionatı və kubokunun qalibləri mükafatlandırılıb09.08.2026 - 14:48
Diaspor gənclərinin VII Yay Düşərgəsində incəsənət xadimləri ilə görüş keçirildi 09.08.2026 - 14:41
“Universitet seçimi və ixtisas müəyyənləşdirmə mərhələsi gəncin həyatında ən məsuliyyətli dövrlərdən biridir” - Psixoloq Mirsadiq Muxtarov09.08.2026 - 13:05
“Şəhidin səsi”nin növbəti buraxılışı şəhid Yalçın Cavadovun xatirəsinə həsr olunacaq09.08.2026 - 10:00
UNEC Dövlət Proqramı qaliblərinin sayına görə universitetlər arasında liderdir!09.08.2026 - 05:58
Bu ölkənin vətəndaşı olmaq üçün imtahan verməlisiniz09.08.2026 - 05:36