I ixtisas qrupu üzrə Azərbaycan Dövlət Pedaqoji Universitetinin 2025-2026-cı və 2026-2027-ci tədris illəri üzrə qəbul planlarının müqayisəsi zamanı bir sıra pedaqoji ixtisaslarda plan yerlərinin sayının azaldığı, bəzi ixtisaslar üzrə isə göstəricinin dəyişmədiyi məlum olub.
“Tehsil365” xəbər verir ki, 2025-2026-cı tədris ilində ADPU-nun qəbul planında Fizika müəllimliyi ixtisasına 90, İnformatika (rəqəmsal bacarıqlar) müəllimliyinə 100, Riyaziyyat müəllimliyinə 100, Riyaziyyat və informatika (rəqəmsal bacarıqlar) müəllimliyinə 100, Texnologiya müəllimliyinə isə 50 plan yeri ayrılmışdı.
2026-2027-ci tədris ilində Fizika müəllimliyi üzrə plan yerlərinin sayı dəyişməyərək 90 olaraq qalıb. İnformatika (rəqəmsal bacarıqlar) müəllimliyi üzrə də 100 plan yeri saxlanılıb. Riyaziyyat müəllimliyi və Riyaziyyat və informatika (rəqəmsal bacarıqlar) müəllimliyi ixtisasında plan yerləri 100-dən 90-a, Texnologiya müəllimliyində isə 50-dən 40-a endirilib.
Tədrisi ingilis dilində olan pedaqoji ixtisaslar üzrə də dəyişiklik qeydə alınıb. Fizika müəllimliyi üzrə plan yerlərinin sayı 25-dən 20-yə düşüb. İnformatika (rəqəmsal bacarıqlar) müəllimliyi və Riyaziyyat müəllimliyi üzrə isə plan yerlərinin sayı dəyişməyərək 30 olub.
ADPU-nun filiallarında da müxtəlif dəyişikliklər müşahidə edilir. Şamaxı filialında Fizika müəllimliyi üzrə 15, Riyaziyyat və informatika (rəqəmsal bacarıqlar) müəllimliyi üzrə 20 plan yeri hər iki ildə eyni qalıb. Şəki filialında Riyaziyyat və informatika (rəqəmsal bacarıqlar) müəllimliyi üzrə plan yerləri 30 olaraq dəyişməyib, İnformatika (rəqəmsal bacarıqlar) müəllimliyi üzrə 2025-2026 cı ildə olan 20 plan yeri isə 2026-2027 ci il siyahısında yer almayıb.
ADPU-nun filialları üzrə isə plan yerlərində əsasən dəyişiklik müşahidə olunmayıb. Şamaxı filialında Fizika müəllimliyi üzrə 15, Riyaziyyat və informatika (rəqəmsal bacarıqlar) müəllimliyi üzrə 20 plan yeri hər iki tədris ilində eyni qalıb.
Şəki filialında Riyaziyyat və informatika (rəqəmsal bacarıqlar) müəllimliyi üzrə plan yerləri 30 olaraq dəyişməyib, İnformatika (rəqəmsal bacarıqlar) müəllimliyi üzrə 2025-2026 cı ildə olan 20 plan yeri isə 2026-2027 ci il siyahısında yer almayıb.
Ağcabədi filialında Riyaziyyat müəllimliyi üzrə 20, Riyaziyyat və informatika (rəqəmsal bacarıqlar) müəllimliyi üzrə 30, Quba filialında isə Riyaziyyat müəllimliyi üzrə 20, Riyaziyyat və informatika (rəqəmsal bacarıqlar) müəllimliyi üzrə 25 plan yeri dəyişməyib.
2025-2026-cı tədris ili ilə müqayisədə 2026-2027-ci tədris ilində I ixtisas qrupu üzrə plan yerlərinin sayında ən çox azalma Riyaziyyat müəllimliyi, Riyaziyyat və informatika (rəqəmsal bacarıqlar) müəllimliyi, Texnologiya müəllimliyi və tədrisi ingilis dilində olan Fizika müəllimliyi ixtisaslarında qeydə alınıb.

