Təhsil 365 - Logo Mobile

Məktəblərdə "əzbərləçilik" yox, praktiki və əyləncəli təhsil olmalıdır – Psixoloq Fuad Əsədov

14110.08.2026 - 17:38
Məktəblərdə "əzbərləçilik" yox, praktiki və əyləncəli təhsil olmalıdır – Psixoloq Fuad Əsədov

Müasir dövrdə şagirdlərin diqqətinin tez yayınması və dərslərə qarşı motivasiya əskikliyi təhsil sisteminin ən aktual problemlərindən biridir. Mövzu ilə bağlı TEHSİL365-ə özəl açıqlama verən psixoloq Fuad Əsədov bildirib ki, problemin kökündə məktəblərdə psixoloji işin düzgün qurulmaması və tədrisin maraqlı təşkil edilməməsi dayanır.

​Fuad Əsədovun sözlərinə görə, ilk növbədə məktəblərdə psixoloqlar uşaqlarla sistemli şəkildə iş aparmalıdırlar:

​"Məktəb yaşları, xüsusilə yeniyetməlik dövrü uşaqların dünyanı kəşf etməyə başladıqları mərhələdir. Bu dövrdə onların diqqəti çox asanlıqla yayına bilir. Belə bir vaxtda onlara dərslərin və gələcək məqsədlərə doğru addımlamağın önəmi uşaqların öz dili ilə başa salınmalıdır. Uşaqlar uşaq olduqları üçün bəzi şeyləri müstəqil analiz edə bilmirlər, ona görə də onlara bunu düzgün yönləndirən mütəxəssis lazımdır."

​"Əzbərlətmək və cəza üsulu faydasızdır"

​Psixoloq vurğulayıb ki, uşaqlara təhsili sadəcə "Dərsi oxu, yoxsa aşağı qiymət alacaqsan, cəzalanacaqsan" prinsipi ilə sevdirmək mümkün deyil:

​"Uşaqlar başa düşməlidirlər ki, həmin dərsi nəyə görə oxuyurlar və o mövzu nə üçün maraqlıdır. Şagirdlər arasında 'Trigonometriya və ya tarix həyatda heç vaxt lazım olmayacaq' kimi düşüncələr geniş yayılıb. Elm və fənlərin nə üçün öyrənilməli olduğunu bilməyən uşağın istər-istəməz motivasiyası düşür və o, fikrini başqa şeylərə yönəldir. Bura həm psixoloqlar, həm də peşəkar müəllimlər cəlb olunmalı, elmin faydası uşaqlara düzgün izah edilməlidir."

​Təhsil interaktiv və praktiki olmalıdır

​F. Əsədov dərslərin əzbərçilikdən uzaq, əyləncəli və praktiki üsullarla keçirilməsinin vacibliyini qeyd edib:

​"Kimya və fizika fənlərində mütləq təcrübələr göstərilməli, uşaqlar o prosesləri öz gözləri ilə görməlidirlər. İnteraktiv dərs metodları, sənədli filmlərin nümayişi, fizika dərslərində imkan varsa rəsədxanaya gedilməsi və ya sadə teleskoplardan istifadə olunması uşaqda böyük maraq oyadır. Dərs həm əyləncəli, həm də praktiki olmalıdır. Əgər məktəb mühiti uşaq üçün maraqlı olarsa, daxili öyrənmə həvəsi də öz-özünə yaranacaq. Əks halda, sadəcə qiymətlə dəyərləndirmək və cəzalandırmaq üsulları tamamilə faydasızdır."

Ləman Rəhimli

Xəbər Lenti

1 Oktyabr Beynəlxalq Musiqi Günüdür01.10.2026 - 19:00
1 Oktyabr Ahıllar günüdür01.10.2026 - 18:35
Gənclərin ictimai həyatda fəallığı niyə vacibdi?01.10.2026 - 18:10
Azərbaycan və Aİ arasında əməkdaşlıq məsələləri müzakirə olunub01.10.2026 - 17:53
Masallı rayonunda şagird gözündən xəsarət aldı Araşdırma aparılır01.10.2026 - 17:40
Tacikistanlı sənətçi Azərbaycan mədəniyyətini yaşatmaq istəyir01.10.2026 - 17:31
Azərbaycanın mədəni irsi Zaqrebdə təqdim olundu01.10.2026 - 17:22
Fariz İsmayılzadə: Təhsil sistemi cəmiyyətdəki texnoloji dəyişikliklərdən geri qalır01.10.2026 - 17:15
Dövlət dəstəyi ilə seçilmiş özəl bağçalarda tədrisə başlanılıb01.10.2026 - 16:50
İssık-Kulda “Divanü Lüğat-it-Türk”ə həsr olunmuş sərginin daimi ekspozisiyası açılıb01.10.2026 - 15:35
Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası olacaq01.10.2026 - 15:25
“Sərhədsiz incəsənət” sərgisi keçirilib01.10.2026 - 15:17
Gürcüstan hökuməti Tbilisidəki Azərbaycan mədəniyyəti ocaqlarına maliyyə dəstəyini artırır01.10.2026 - 15:03
Bakıda Bülbülün vəfatının 65-ci ildönümü ilə əlaqədar tədbir keçirilib01.10.2026 - 14:57
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib01.10.2026 - 14:45
Şəhid Mahmud Əhmədovun qızı məktəbəqədər hazırlıq kursuna başladı01.10.2026 - 14:37
Xəzər Universitetində baytarlıqda dental rentgen aparatından istifadə olunur01.10.2026 - 14:30
Paytaxt üzrə 17 622 uşaq məktəbəhazırlıq qruplarına cəlb olunub01.10.2026 - 14:23
ADU-da I kurs tələbələri üçün psixoloji seminar keçirilib01.10.2026 - 14:00
ADU-da İngilis dilinin tədrisi metodikası kafedrasının müdiri magistrantlarla görüşüb01.10.2026 - 13:53
ADU-da süni intellekt üzrə ödənişsiz təlim keçiriləcək01.10.2026 - 13:46
BMU-dan müdafiə sənayesində bir sıra yeniliklər01.10.2026 - 13:08
Dövlət qulluqçularının pedaqoji fəaliyyətində dəyişiklik01.10.2026 - 13:00
Anar Cahangirli: Qarabağ Universiteti regiona həyatın qaytarılması prosesində mühüm rol oynayır01.10.2026 - 12:53
Erol Özvar Türkiyə-Azərbaycan Universitetində01.10.2026 - 12:35
Azərbaycan Basketbol Federasiyasında yeni mövsümün açılışını edib01.10.2026 - 10:15
BDU əməkdaşlarının üç layihəsi Azərbaycan Elm Fondunun əsas qrant müsabiqəsinin qalibi olub01.10.2026 - 09:30
Mustafa Şabanovun kitab sərgisi Mərkəzi Kitabxanada keçirilib30.09.2026 - 22:00
Səyyar Gənclər Xidməti növbəti dayanacağı olan Salyan ilə fəaliyyətinə davam edir - FOTOLAR29.09.2026 - 12:00
Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə dissertasiya müdafiə olunub - FOTOLAR28.09.2026 - 13:35
ASAP xarici ölkələrdə 27 Sentyabr – Anım Günü ilə bağlı silsilə tədbirlər keçirib - FOTOLAR28.09.2026 - 08:30
Prezidentin sosial media hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib26.09.2026 - 20:20
Azərbaycanda Anım Günüdür!26.09.2026 - 20:02
Anım Günü şagirdlərin təqdimatında25.09.2026 - 18:30
Bakı Avrasiya Kollecində “27 Sentyabr: Zəfərə gedən yol” adlı tədbir keçirilib - FOTOLAR25.09.2026 - 16:50
Kimya İnstitutunda Elmi Şuranın iclası keçirilib - FOTOLAR25.09.2026 - 11:10
Kimya İnstitutunun 2026-2030-cu illər üçün Strateji İnkişaf Planı təsdiqlənib - FOTO25.09.2026 - 10:50
BSU beynəlxalq reytinqdə 404 pillə irəlilədi25.09.2026 - 10:40
Tarixə çevrilən 44 Gün 24.09.2026 - 06:30
Kimya İnstitutunun doktorantı ECCS 2026-da elmi tədqiqatını təqdim edib23.09.2026 - 14:20
İlahiyyatçı Fazil Əhməd: "Məktəblərdə hicab qadağası islamofobiyanın tərkib hissəsi kimi başa düşüləcək" 22.09.2026 - 11:50
20 Sentyabr – Azərbaycan Dövlət Suverenliyinin Təsdiqi Günü20.09.2026 - 07:09
Türk Dünyası İqtisad fakültəsində I kurs tələbələri ilə görüş keçirilib19.09.2026 - 04:02
Bu gün Milli Musiqi Günüdür18.09.2026 - 06:58
Bu günün hava PROQNOZU18.09.2026 - 06:25
BMU rektoru şəhid ailələrinin üzvü olan tələbələrlə görüşüb18.09.2026 - 05:57
ADNSU-da “ENGINEXT 2026- Mühəndislik düşərgəsi” başa çatıb18.09.2026 - 05:24
BDU-nun 4 tələbəsi Küveytdə ərəb dili üzrə təhsil proqramını uğurla başa vurub18.09.2026 - 04:57