Təhsil 365 - Logo Mobile

SDU ilə SOCAR “Azərikimya” İstehsalat Birliyi arasında strateji əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub

16211.08.2026 - 04:47
SDU ilə SOCAR “Azərikimya” İstehsalat Birliyi arasında strateji əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub

Sumqayıt Dövlət Universitetinin rektoru, professor Nurəli Yusifbəylinin rəhbərlik etdiyi nümayəndə heyəti SOCAR “Azərikimya” İstehsalat Birliyində işgüzar görüş keçirib.

“Tehsil365” xəbər verir ki, Görüşdə ali təhsil müəssisələri ilə sənaye sektoru arasında əməkdaşlığın institusional əsaslarının inkişaf etdirilməsi, kimya və neft-kimya sənayesi üçün rəqabətqabiliyyətli mühəndis kadrlarının hazırlanması, istehsalat təcrübələrinin məzmununun zənginləşdirilməsi, elmi-tədqiqat fəaliyyətinin istehsalatın prioritet istiqamətləri ilə uzlaşdırılması və innovativ texnoloji həllərin tətbiqi məsələləri ətrafında geniş müzakirələr aparılıb.

Rektor Nurəli Yusifbəyli çıxışında universitet–sənaye tərəfdaşlığının insan kapitalının inkişafı və elmtutumlu iqtisadiyyatın formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib. O, Sumqayıt Dövlət Universitetində mühəndis təhsilinin müasir yanaşmalar əsasında yenilənməsi, praktiki hazırlığın gücləndirilməsi və sənayenin tələblərinə uyğun kompetensiyaların formalaşdırılması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib.

Bildirilib ki, istehsalat müəssisələri ilə sistemli əməkdaşlıq tələbələrin peşə bacarıqlarının real istehsalat mühitində inkişaf etdirilməsinə, tədris proqramlarının əmək bazarının tələblərinə uyğunlaşdırılmasına və məzunların məşğulluq imkanlarının genişlənməsinə mühüm töhfə verir. Bu çərçivədə birgə elmi və tətbiqi layihələrin həyata keçirilməsi, tələbələrin istehsalat və təcrübə proqramlarının genişləndirilməsi, müəssisənin rəhbər və aparıcı mütəxəssislərinin universitetdə ustad dərslərinə cəlb olunması, həmçinin kadr hazırlığı istiqamətində uzunmüddətli əməkdaşlıq mexanizmlərinin formalaşdırılması məsələləri nəzərdən keçirilib.

SOCAR “Azərikimya” İstehsalat Birliyinin baş direktoru Elnur Məmmədli bildirib ki, müəssisədə həyata keçirilən rəqəmsal transformasiya, istehsalat proseslərinin avtomatlaşdırılması və müasir texnoloji həllərin tətbiqi sənayenin yüksək ixtisaslı, yeni nəsil bilik və bacarıqlara malik mühəndis kadrlara olan tələbatını daha da artırır. Onun sözlərinə görə, bu şəraitdə ali təhsil müəssisələri ilə istehsalat arasında əməkdaşlığın gücləndirilməsi müasir əmək bazarının tələblərinə uyğun insan kapitalının formalaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır.

Elnur Məmmədli qeyd edib ki, Sumqayıt Dövlət Universitetində hazırlanan mütəxəssislərin müasir proqram təminatı, avtomatlaşdırılmış idarəetmə sistemləri və rəqəmsal istehsal texnologiyaları üzrə bilik və bacarıqlarının inkişaf etdirilməsi sənayenin gələcək kadr ehtiyaclarının təmin olunmasına mühüm töhfə verə bilər. Bu baxımdan universitetlə əməkdaşlığın genişləndirilməsi, kadr hazırlığı prosesinin istehsalatın real tələbləri ilə uzlaşdırılması və birgə fəaliyyət istiqamətlərinin sistemli şəkildə inkişaf etdirilməsi məqsədəuyğun hesab olunub.

Baş direktor, həmçinin tələbələrin innovasiya və startap ekosistemində fəal iştirakının təşviq edilməsinin, enerji, kimya və mühəndislik istiqamətləri üzrə təhsil alan tələbələrin müəssisədə istehsalat təcrübələrinə cəlb olunmasının, tətbiqi layihələrdə iştirakının və istehsalat mühitində praktiki bacarıqlarının inkişaf etdirilməsinin həm gənc mütəxəssislərin peşəkar formalaşmasına, həm də müəssisənin perspektiv kadr ehtiyatının gücləndirilməsinə xidmət edəcəyini vurğulayıb.

Görüş çərçivəsində tərəfdaşlığın yeni inkişaf mərhələsinə keçidini təmin edəcək çərçivə əməkdaşlıq sənədinin hazırlanması və imzalanması barədə qarşılıqlı razılıq əldə olunub. Bu sənədin ali təhsil, elm, innovasiya və istehsalat arasında qarşılıqlı əlaqələrin dərinləşdirilməsinə, sənayenin ehtiyaclarına uyğun yüksək ixtisaslı kadr hazırlığının keyfiyyətinin artırılmasına və regionun innovasiya ekosisteminin inkişafına mühüm töhfə verəcəyi vurğulanıb. 

Nuray Babayeva

Xəbər Lenti

IV ixtisas qrupunda ən çox yer ayrılan dövlət sifarişli ixtisas11.08.2026 - 11:00
Azərbaycanda ən bahalı ixtisaslar - SİYAHI11.08.2026 - 10:55
Marneulidə “Soydaşlarımız və Qarabağ” kitabının təqdimatı keçirilib11.08.2026 - 10:50
Azərbaycanda ilk: “AVAZ” Gənclərin Xor Düşərgəsi11.08.2026 - 10:45
Türkiyə-Azərbaycan Universiteti: İki ölkənin birgə təhsil layihəsi11.08.2026 - 10:40
Akademik elmi fəaliyyətin obyektiv qiymətləndirilməsinin vacibliyini vurğuladı11.08.2026 - 10:35
Cəmi 15 dəqiqə: Yaddaşı gücləndirməyin sadə yolu11.08.2026 - 10:30
İmtahanda yüksək bal toplamağın əsas şərti açıqlandı11.08.2026 - 10:25
Bu günə olan hava proqnozu11.08.2026 - 10:20
Polis hava ilə bağlı sürücülərə müraciət etdi11.08.2026 - 10:15
Müəllimlik ixtisaslarında plan yerləri azaldılıb – SİYAHI11.08.2026 - 10:10
Məzunların diqqətinə: Attestatlar artıq “myGov”da11.08.2026 - 10:05
Şimal bölgəsində 3 məktəb binasının tikintisi davam edir11.08.2026 - 10:00
Sinqapurda bütün ali məktəb tələbələri süni intellekt öyrənəcək11.08.2026 - 09:55
Polimer Materialları İnstitutu və ATU alimlərindən Q1 səviyyəli elmi uğur11.08.2026 - 09:50
Anar Eminov: “4 il sonrakı özünüzü düşünün”11.08.2026 - 09:45
Kolleclərə qəbulun nəticələri bu gün elan ediləcək? – DİM-dən AÇIQLAMA11.08.2026 - 09:40
Dövlət qulluqçularının peşəkar inkişafı üçün təlimlər keçirilir11.08.2026 - 09:35
ATU-da təhsil haqlarının azaldılmasının səbəbi açıqlandı11.08.2026 - 09:30
Hüquq təhsili: Ən bahalı və ən ucuz universitetlər - SİYAHI11.08.2026 - 09:25
BMU məzunundan möhtəşəm uğur: Dünyanın 8 universitetindən qəbul11.08.2026 - 09:20
Məktəblilərin diqqətinə: Təqaüd proqramına qeydiyyat başladı11.08.2026 - 09:15
17 mindən çox uşaq məktəbəhazırlıq qruplarına qeydiyyatdan keçib11.08.2026 - 09:10
Sabaha olan hava proqnozu11.08.2026 - 09:05
“Məktəblərdə telefondan istifadəyə dair yeni təlimatların icrasına başlanılıb” - Təhsil eksperti Məzahir Məmmədli11.08.2026 - 09:00
İxtisas Seçimi və Məsləhətlər: Xanlar Xanlarzadə11.08.2026 - 06:32
Subbakalavrlar üçün "Abituriyent" jurnalının xüsusi buraxılışı nəşr edilib11.08.2026 - 05:59
Dövlət İmtahan Mərkəzi “Abituriyent” jurnalının 4-cü nömrəsini nəşr edib11.08.2026 - 05:51
ADMİU tələbəsi Alisa Ağaverdiyeva I’NAZ jurnalının yeni buraxılışında yer alıb11.08.2026 - 05:42
ATU-da cərrahi rezidentura ixtisasları: gələcəyin cərrahları üçün karyera bələdçisi11.08.2026 - 05:33
Dərmandan laboratoriyaya, elmdən karyeraya: Əczaçılıq ixtisası abituriyentlərə nə vəd edir?11.08.2026 - 05:24
Bir anın içində var olmağın genişliyi: Regina Dürig Qardaşxan Əzizxanlı poeziyası haqqında11.08.2026 - 05:15
Böyük Britaniyanın Exeter Universitetində təhsil alan doktorantın seminarı 11.08.2026 - 05:05
ADU əməkdaşları intellektual yarışda uğur qazanıblar11.08.2026 - 04:56
Odlar Yurdu Universitetində Beynəlxalq İkili Diplom Proqramı təsdiqləndi11.08.2026 - 04:38
ADPU tələbələri üçün geniş təqaüd imkanı: 14 adlı təqaüd11.08.2026 - 04:29
UFAZ-da 2026–2027-ci tədris ili üçün bakalavriat pilləsinə qəbul başa çatıb11.08.2026 - 04:20
BDU-nun Kimya fakültəsində 3 ixtisas üzrə kadr hazırlığı aparılır11.08.2026 - 04:11
Koreya Beynəlxalq İqtisadi Siyasət İnstitutu proqram üçün ərizə qəbulu elan edir11.08.2026 - 04:02
Məktəblərdə "əzbərləçilik" yox, praktiki və əyləncəli təhsil olmalıdır – Psixoloq Fuad Əsədov10.08.2026 - 17:38
BDU-nun Hüquq fakültəsini seçmək istəyən abituriyentlərin diqqətinə10.08.2026 - 15:36
BDU-nun Biologiya fakültəsinə 6 ixtisas üzrə tələbə qəbulu aparılır10.08.2026 - 15:32
BMU-da bakalavriat səviyyəsində elektron diplomların imzalanması başa çatdırılıb10.08.2026 - 15:25
BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində 9 ixtisas üzrə kadr hazırlığı aparılır10.08.2026 - 15:21
Hüquqşünas olmaq istəyənlər üçün YENİLİK - Bu universitetlərdə plan yerləri ARTIB10.08.2026 - 14:21
MİQ üzrə müsabiqənin ümumi vakansiya seçiminə başlanılır10.08.2026 - 14:11
Mədəniyyət naziri Laçında vətəndaşlarla görüşəcək10.08.2026 - 10:35