Xəzər Universiteti Təbiət elmləri, sənət və texnologiya yüksək təhsil fakültəsi və İqtisadiyyat və menecment departamentinin təşkilatçılığı ilə 2026-cı il iyulun 31-də doktorant Əli Məmmədovun “OECD ölkələrində texnoloji eko-innovasiya və maliyyə performansı” mövzusunda seminarı keçirilmişdir.
“Tehsil365” xəbər verir ki, Məruzəçi “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə xaricdə doktorantura təhsili” proqramı çərçivəsində Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Xəzər Universiteti ilə üçtərəfli müqavilə əsasında Exeter Universitetində “Biznes və Menecment” ixtisası üzrə təhsil alır.
Seminarda məruzəçi eko-innovasiya anlayışının nəzəri inkişaf mərhələləri, bu sahədə aparılmış sistematik ədəbiyyat icmalının əsas nəticələri, OECD ölkələri üzrə empirik tədqiqatın metodologiyası və əldə olunan nəticələr haqqında ətraflı izah vermişdir. Eyni zamanda, məruzəçi yaşıl patentlərin müəssisələrin maliyyə göstəricilərinə birbaşa təsirinin statistik cəhətdən təsdiqlənmədiyini, lakin müəssisənin yaşı və ölçüsü kimi amillərin bu əlaqədə mühüm moderasiyaedici rol oynadığını vurğulamışdır.

