Azərbaycan oxucusuna təqdim olunmuş "Qadınlar və daşlar” (“Frauen und Steine”) kitabının müəllifi alman əsilli isveçrəli yazıçı Regina Dürig vətənə qayıtdıqdan sonra Xəzər Universitetinin Dillər və ədəbiyyatlar departamentinin müəllimi Qardaşxan Əzizxanlıya məktub yazıb.
“Tehsil365” xəbər verir ki, o bu ilin aprel ayında İsveçrə səfirliyinin xətti ilə ölkəmizə gələrək, bir sıra görüşlər keçirib, eyni zamanda, Xəzər Universitetində olub. Fikirlərinin fəlsəfilik və obrazlılıq yönümündən maraq doğura biləcəyi nəzərə alınaraq, Reginanın məktubunun “XəzərXəbər” jurnalının 2026- cı il sentyabr nömrəsində dərc olunması planlaşdırılır.

