Hindistanın Uttar Pradeş ştatında 2026-2027-ci tədris ili üzrə məktəb təqaüd proqramına qeydiyyat başlayıb.
“Tehsil365” xəbər verir ki, avqustun 11-dən 9–12-ci sinif şagirdləri üçün müraciətlərin qəbulu açılıb. Proqramın əsas məqsədi maddi imkanları məhdud ailələrdən olan şagirdlərə təhsil müddətində maliyyə dəstəyi göstərməkdir.
Şagirdlər elektron müraciətlərini xüsusi portal vasitəsilə təqdim edə bilərlər. Yeni müraciətlərin sentyabrın 21-dək qəbul ediləcəyi bildirilir.
Təqaüd proqramının şagirdlərin təhsillərini maliyyə çətinlikləri səbəbindən yarımçıq qoymasının qarşısını almağa xidmət etdiyi qeyd olunur.

