2026-2027-ci tədris ili üçün bakalavriat səviyyəsi üzrə ixtisaslara ayrılan təhsil haqqı məbləğləri məlum olub.
“Tehsil365” xəbər verir ki, III ixtisas qrupu üzrə hüquqşünaslıq ixtisasının builki və ötənilki təhsil haqqı məbləğləri təhlil edib.
Bakı Dövlət Universiteti:
Hüquqşünaslıq (əyani) - 4800 AZN ;
Hüquqşünaslıq (qiyabi) - 3800 AZN ;
Hüquqşünaslıq (tədris ingilis dilində) - 4800 AZN ;
Ötən illə müqayisədə hüquqşünaslıq ixtisası üzrə təhsil haqqı əyani və tədrisi ingilis dilində olan bölmələrdə 300 AZN, qiyabi təhsil bölməsində isə 200 AZN artıb.
Dövlət İdarəçilik Akademiyası:
Hüquqşünaslıq - 2500 AZN;
Ötən illə müqayisədə təhsil haqqı məbləğində dəyişiklik olmayıb.
ADA universiteti:
Hüquqşünaslıq (tədris ingilis dilində) - 8000 AZN;
Ötən illə müqayisədə təhsil haqqı məbləğində dəyişiklik olmayıb.
Milli Aviasiya Akademiyası:
Hüquqşünaslıq (əyani) - 4000 AZN;
Hüquqşünaslıq (qiyabi) - 3000 AZN;
Hüquqşünaslıq (tədris ingilis dilində) - 4500 AZN;
Ötən illə müqayisədə təhsil haqqı məbləğində dəyişiklik olmayıb.
Dövlət Gömrük Komitəsinin Akademiyası:
Hüquqşünaslıq - 3500 AZN;
Ötən illə müqayisədə hüquqşünaslıq ixtisası üzrə təhsil haqqı 500 AZN artıb.
Naxçıvan Dövlət Universiteti:
Hüquqşünaslıq (əyani) - 2500 AZN;
Hüquqşünaslıq (qiyabi) - 2200 AZN;
Hüquqşünaslıq (tədris ingilis dilində) - 2600 AZN;
Ötən illə müqayisədə hüquqşünaslıq ixtisası üzrə təhsil haqqı yalnız qiyabi bölmədə 100 AZN artıb.
Qarabağ Universiteti:
Hüquqşünaslıq - Yalnız dövlət sifarişli;
Hüquqşünaslıq (tədris ingilis dilində) - Yalnız dövlət sifarişli;
Ötən il də hüquqşünaslıq ixtisası üzrə təhsil haqqı yalnız dövlət sifarişli əsasında müəyyənləşdirilib.
Qeyd edək ki, bu il ilk dəfə olaraq Naxçıvan Dövlət Universitetində və Qarabağ Universitetində hüquqşünaslıq ixtisası ingilis dilində də tədris olunacaq.

