Təhsil 365 - Logo Mobile

Müəllimlik ixtisaslarında plan yerləri azaldılıb – SİYAHI

14311.08.2026 - 10:10
    Müəllimlik ixtisaslarında plan yerləri azaldılıb – SİYAHI

III ixtisas qrupu üzrə 2025-2026 və 2026-2027-ci tədris illərində pedaqoji ixtisaslara ayrılan plan yerlərinin müqayisəsi göstərir ki, bir sıra universitetlərdə plan yerlərinin sayı azaldılıb. Bununla yanaşı, bəzi ixtisaslarda göstəricilər əvvəlki illə eyni saxlanılıb, ayrı-ayrı ixtisaslar üzrə isə plan yerlərinin artırılması və yeni qəbulun nəzərdə tutulması müşahidə olunur.

“Tehsil365” “AzEdu.az”a istinadən xəbər verir ki, Bakı Dövlət Universitetində Azərbaycan dili və ədəbiyyatı müəllimliyi üzrə plan yerlərinin sayı 60-dan 40-a, tarix müəllimliyi üzrə 120-dən 90-a endirilib. Tədrisi ingilis dilində həyata keçirilən tarix müəllimliyi üzrə plan yerləri isə 25-dən 20-yəazaldılıb. Universitetin Qazax filialında məktəbəqədər təhsil üzrə plan yerlərinin sayı dəyişməyərək 20 olaraq saxlanılıb.

Azərbaycan Dövlət Pedaqoji Universitetində Azərbaycan dili və ədəbiyyatı müəllimliyi üzrə plan yerləri 160-dan 150-yə, dil və ədəbiyyat müəllimliyi (türk dili və ədəbiyyatı üzrə) üzrə 30-dan 25-ə, xarici dil müəllimliyi (ingilis dili üzrə) üzrə 60-dan 50-yə, xarici dil müəllimliyi (fransız dili üzrə) üzrə isə 30-dan 25-ə endirilib. İbtidai sinif müəllimliyi üzrə plan yerləri 200-dən 180-ə, məktəbəqədər təhsil üzrə 90-dan 75-ə, tarix müəllimliyi üzrə isə 75-dən 60-a azaldılıb. İbtidai sinif müəllimliyinin tədrisi ingilis dilində olan proqramında plan yerləri 60-dan 50-yə endirilib. Bunun əksinə olaraq, məktəbəqədər təhsil üzrə tədrisi ingilis dilində olan proqramda plan yerləri 15-dən 20-yə artırılıb.

ADPU-nun Şamaxı filialında Azərbaycan dili və ədəbiyyatı müəllimliyi, məktəbəqədər təhsil və tarix müəllimliyi üzrə plan yerləri dəyişməyərək hər biri 20 olaraq qalıb. Şəki filialında Azərbaycan dili və ədəbiyyatı müəllimliyi, ibtidai sinif müəllimliyi, məktəbəqədər təhsil və tarix müəllimliyi üzrə plan yerləri 20 olaraq saxlanılıb. Həmin filialda xarici dil müəllimliyi (ingilis dili üzrə) üzrə plan yerləri isə 25-dən 20-yə endirilib.

Ağcabədi filialında Azərbaycan dili və ədəbiyyatı müəllimliyi və tarix müəllimliyi üzrə plan yerləri 25-dən 20-yə, məktəbəqədər təhsil üzrə isə 20-dən 15-ə azaldılıb. Xarici dil müəllimliyi (ingilis dili üzrə) üzrə plan yerləri isə 20 olaraq dəyişməyib.

Cəlilabad filialında Azərbaycan dili və ədəbiyyatı müəllimliyi, ibtidai sinif müəllimliyi və məktəbəqədər təhsil üzrə plan yerləri dəyişməyərək hər biri 20 olaraq saxlanılıb. Quba filialında da Azərbaycan dili və ədəbiyyatı müəllimliyi, məktəbəqədər təhsil və tarix müəllimliyi üzrə plan yerləri 20 olaraq qalıb.

Azərbaycan Dillər Universitetində Azərbaycan dili və ədəbiyyatı müəllimliyi və dil və ədəbiyyat müəllimliyi (ingilis dili və ədəbiyyatı üzrə) üzrə plan yerləri 30-dan 25-ə endirilib. Dil və ədəbiyyat müəllimliyi (alman dili və ədəbiyyatı üzrə) və dil və ədəbiyyat müəllimliyi (fransız dili və ədəbiyyatı üzrə) ixtisaslarında plan yerləri dəyişməyərək müvafiq olaraq 15 olaraq saxlanılıb.

Xarici dil müəllimliyi (ingilis dili üzrə) üzrə plan yerləri 500-dən 475-ə, alman dili üzrə 40-dan 30-a, fransız dili üzrə isə 40-dan 30-a endirilib.

Bakı Slavyan Universitetində Azərbaycan dili və ədəbiyyatı müəllimliyi üzrə plan yerləri 75-dən 50-yə, xarici dil müəllimliyi (rus dili üzrə) üzrə 150-dən 130-a, xarici dil müəllimliyi (fransız dili üzrə) üzrə isə 25-dən 20-yə azaldılıb. Xarici dil müəllimliyi (ingilis dili üzrə) üzrə plan yerləri 20, alman dili üzrə isə 15 olaraq dəyişməyib. İbtidai sinif müəllimliyi və məktəbəqədər təhsil üzrə də plan yerləri hər iki tədris ilində 20 olaraq saxlanılıb.

Qarabağ Universitetində Azərbaycan dili və ədəbiyyatı müəllimliyi, xarici dil müəllimliyi (ingilis dili üzrə) və tarix müəllimliyi üzrə plan yerlərinin sayı dəyişməyərək müvafiq olaraq 60, 60 və 30 olaraq qalıb. İbtidai sinif müəllimliyi üzrə isə plan yerləri 60-dan 30-a endirilib.

Naxçıvan Dövlət Universitetində Azərbaycan dili və ədəbiyyatı müəllimliyi üzrə plan yerləri 30-dan 20-yə, xarici dil müəllimliyi (ingilis dili üzrə) üzrə 25-dən 20-yə, tarix müəllimliyi üzrə isə 20-dən 15-ə azaldılıb. Xarici dil müəllimliyi (fransız dili, alman dili və rus dili üzrə) ixtisaslarının hər birində plan yerləri dəyişməyərək 10 olaraq saxlanılıb.

Bununla yanaşı, 2025-2026-cı tədris ilində məktəbəqədər təhsil və ibtidai sinif müəllimliyi üzrə qəbul aparılmadığı halda, 2026-2027-ci tədris ilində bu ixtisasların hər biri üzrə 15 plan yeri müəyyənləşdirilib.

Gəncə Dövlət Universitetində Azərbaycan dili və ədəbiyyatı müəllimliyi və xarici dil müəllimliyi (ingilis dili üzrə) ixtisaslarının hər birində plan yerləri 30-dan 20-yə endirilib. Xarici dil müəllimliyi (rus, alman və fransız dilləri üzrə) ixtisaslarının hər birində plan yerləri 25-dən 15-ə azaldılıb. Məktəbəqədər təhsil üzrə plan yerləri 20-dən 15-ə, tarix müəllimliyi üzrə isə 25-dən 20-yə endirilib.

Sumqayıt Dövlət Universitetində Azərbaycan dili və ədəbiyyatı müəllimliyi üzrə plan yerləri 30-dan 20-yə, xarici dil müəllimliyi (ingilis dili üzrə), ibtidai sinif müəllimliyi və məktəbəqədər təhsil üzrə plan yerləri 20-dən 15-ə, tarix müəllimliyi üzrə isə 30-dan 20-yə endirilib.

Mingəçevir Dövlət Universitetində Azərbaycan dili və ədəbiyyatı müəllimliyi üzrə plan yerləri 30-dan 20-yə, dil və ədəbiyyat müəllimliyi (ingilis dili və ədəbiyyatı üzrə) və  xarici dil müəllimliyi (ingilis dili üzrə) üzrə plan yerləri 20-dən 15-ə azaldılıb. İbtidai sinif müəllimliyi və məktəbəqədər təhsil üzrə plan yerləri 30-dan 15-ə, tarix müəllimliyi üzrə isə 20-dən 15-ə endirilib.

Lənkəran Dövlət Universitetində Azərbaycan dili və ədəbiyyatı müəllimliyi üzrə plan yerləri 40-dan 25-ə, xarici dil müəllimliyi (ingilis dili üzrə) üzrə 50-dən 40-a, məktəbəqədər təhsil üzrə və tarix müəllimliyi üzrə isə 40-dan 25-ə endirilib. 2025-2026-cı tədris ilində ibtidai sinif müəllimliyi üzrə qəbul aparılmadığı halda, 2026-2027-ci tədris ilində bu ixtisas üzrə 25 plan yeri müəyyənləşdirilib.

Xəzər Universitetində Azərbaycan dili və ədəbiyyatı müəllimliyi və ibtidai sinif müəllimliyi üzrə plan yerlərinin hər biri 30-dan 20-yə, tarix müəllimliyi üzrə isə 20-dən 15-ə endirilib. Tədrisi ingilis dilində həyata keçirilən xarici dil müəllimliyi (ingilis dili üzrə) üzrə plan yerləri 50-dən 40-aazaldılıb. Tədrisi ingilis dilində olan ibtidai sinif müəllimliyi üzrə isə plan yerləri dəyişməyərək 20 olaraq saxlanılıb.

“Odlar Yurdu” Universitetində xarici dil müəllimliyi (ingilis dili üzrə) və məktəbəqədər təhsil ixtisaslarının hər birində plan yerləri 40-dan 20-yəendirilib.

Amin Cavayev

Xəbər Lenti

IV ixtisas qrupunda ən çox yer ayrılan dövlət sifarişli ixtisas11.08.2026 - 11:00
Azərbaycanda ən bahalı ixtisaslar - SİYAHI11.08.2026 - 10:55
Marneulidə “Soydaşlarımız və Qarabağ” kitabının təqdimatı keçirilib11.08.2026 - 10:50
Azərbaycanda ilk: “AVAZ” Gənclərin Xor Düşərgəsi11.08.2026 - 10:45
Türkiyə-Azərbaycan Universiteti: İki ölkənin birgə təhsil layihəsi11.08.2026 - 10:40
Akademik elmi fəaliyyətin obyektiv qiymətləndirilməsinin vacibliyini vurğuladı11.08.2026 - 10:35
Cəmi 15 dəqiqə: Yaddaşı gücləndirməyin sadə yolu11.08.2026 - 10:30
İmtahanda yüksək bal toplamağın əsas şərti açıqlandı11.08.2026 - 10:25
Bu günə olan hava proqnozu11.08.2026 - 10:20
Polis hava ilə bağlı sürücülərə müraciət etdi11.08.2026 - 10:15
Məzunların diqqətinə: Attestatlar artıq “myGov”da11.08.2026 - 10:05
Şimal bölgəsində 3 məktəb binasının tikintisi davam edir11.08.2026 - 10:00
Sinqapurda bütün ali məktəb tələbələri süni intellekt öyrənəcək11.08.2026 - 09:55
Polimer Materialları İnstitutu və ATU alimlərindən Q1 səviyyəli elmi uğur11.08.2026 - 09:50
Anar Eminov: “4 il sonrakı özünüzü düşünün”11.08.2026 - 09:45
Kolleclərə qəbulun nəticələri bu gün elan ediləcək? – DİM-dən AÇIQLAMA11.08.2026 - 09:40
Dövlət qulluqçularının peşəkar inkişafı üçün təlimlər keçirilir11.08.2026 - 09:35
ATU-da təhsil haqlarının azaldılmasının səbəbi açıqlandı11.08.2026 - 09:30
Hüquq təhsili: Ən bahalı və ən ucuz universitetlər - SİYAHI11.08.2026 - 09:25
BMU məzunundan möhtəşəm uğur: Dünyanın 8 universitetindən qəbul11.08.2026 - 09:20
Məktəblilərin diqqətinə: Təqaüd proqramına qeydiyyat başladı11.08.2026 - 09:15
17 mindən çox uşaq məktəbəhazırlıq qruplarına qeydiyyatdan keçib11.08.2026 - 09:10
Sabaha olan hava proqnozu11.08.2026 - 09:05
“Məktəblərdə telefondan istifadəyə dair yeni təlimatların icrasına başlanılıb” - Təhsil eksperti Məzahir Məmmədli11.08.2026 - 09:00
İxtisas Seçimi və Məsləhətlər: Xanlar Xanlarzadə11.08.2026 - 06:32
Subbakalavrlar üçün "Abituriyent" jurnalının xüsusi buraxılışı nəşr edilib11.08.2026 - 05:59
Dövlət İmtahan Mərkəzi “Abituriyent” jurnalının 4-cü nömrəsini nəşr edib11.08.2026 - 05:51
ADMİU tələbəsi Alisa Ağaverdiyeva I’NAZ jurnalının yeni buraxılışında yer alıb11.08.2026 - 05:42
ATU-da cərrahi rezidentura ixtisasları: gələcəyin cərrahları üçün karyera bələdçisi11.08.2026 - 05:33
Dərmandan laboratoriyaya, elmdən karyeraya: Əczaçılıq ixtisası abituriyentlərə nə vəd edir?11.08.2026 - 05:24
Bir anın içində var olmağın genişliyi: Regina Dürig Qardaşxan Əzizxanlı poeziyası haqqında11.08.2026 - 05:15
Böyük Britaniyanın Exeter Universitetində təhsil alan doktorantın seminarı 11.08.2026 - 05:05
ADU əməkdaşları intellektual yarışda uğur qazanıblar11.08.2026 - 04:56
SDU ilə SOCAR “Azərikimya” İstehsalat Birliyi arasında strateji əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub11.08.2026 - 04:47
Odlar Yurdu Universitetində Beynəlxalq İkili Diplom Proqramı təsdiqləndi11.08.2026 - 04:38
ADPU tələbələri üçün geniş təqaüd imkanı: 14 adlı təqaüd11.08.2026 - 04:29
UFAZ-da 2026–2027-ci tədris ili üçün bakalavriat pilləsinə qəbul başa çatıb11.08.2026 - 04:20
BDU-nun Kimya fakültəsində 3 ixtisas üzrə kadr hazırlığı aparılır11.08.2026 - 04:11
Koreya Beynəlxalq İqtisadi Siyasət İnstitutu proqram üçün ərizə qəbulu elan edir11.08.2026 - 04:02
Məktəblərdə "əzbərləçilik" yox, praktiki və əyləncəli təhsil olmalıdır – Psixoloq Fuad Əsədov10.08.2026 - 17:38
BDU-nun Hüquq fakültəsini seçmək istəyən abituriyentlərin diqqətinə10.08.2026 - 15:36
BDU-nun Biologiya fakültəsinə 6 ixtisas üzrə tələbə qəbulu aparılır10.08.2026 - 15:32
BMU-da bakalavriat səviyyəsində elektron diplomların imzalanması başa çatdırılıb10.08.2026 - 15:25
BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində 9 ixtisas üzrə kadr hazırlığı aparılır10.08.2026 - 15:21
Hüquqşünas olmaq istəyənlər üçün YENİLİK - Bu universitetlərdə plan yerləri ARTIB10.08.2026 - 14:21
MİQ üzrə müsabiqənin ümumi vakansiya seçiminə başlanılır10.08.2026 - 14:11
Mədəniyyət naziri Laçında vətəndaşlarla görüşəcək10.08.2026 - 10:35