Təhsil 365 - Logo Mobile

Akademik elmi fəaliyyətin obyektiv qiymətləndirilməsinin vacibliyini vurğuladı

13511.08.2026 - 10:35
    Akademik elmi fəaliyyətin obyektiv qiymətləndirilməsinin vacibliyini vurğuladı

Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının iclaslarında institutun struktur bölmələrinin 2026-cı ilin birinci yarısı üzrə kompleks fəaliyyətinə dair hesabatlar dinlənilib.

“Tehsil365” “AZƏRTAC”a istinadən xəbər verir ki, Yarımillik hesabatlarla bağlı çıxış edən AMEA-nın vitse-prezidenti, baş direktor, akademik Rasim Əliquliyev institutun fəaliyyətinin dövlət siyasəti çərçivəsində strategiya, konsepsiya və proqramlarda müəyyənləşdirilən prioritet istiqamətlərə uyğun qurulduğunu diqqətə çatdırıb. Alim bildirib ki, elmi fəaliyyətin səmərəliliyinin artırılması üçün fəaliyyət planında nəzərdə tutulan tapşırıqların icra vəziyyətinin, əldə olunan elmi nəticələrin obyektiv və şəffaf qiymətləndirilməsi, mütəmadi təhlili böyük əhəmiyyət kəsb edir.

İnstitutun baş direktoru yüksək elmi nəticələrin əldə olunması, yeni biliklərin yaradılması, dövlət tərəfindən müəyyənləşdirilmiş elmi vəzifələrin icrasında fəal iştirak, elmi-texnoloji yeniliklərin cəmiyyətə transferi və elmi fəaliyyətin səmərəliliyinin yüksəldilməsinin institutun prioritetləri sırasında olduğunu qeyd edib. Alim bu məqsədlərə nail olunmasında hər bir əməkdaşın məsuliyyətlə fəaliyyət göstərməsinin vacibliyini vurğulayıb.

Yarımillik hesabatlarda müasir informasiya texnologiyalarının elmi-nəzəri əsaslarının tədqiqi, rəqəmsal transformasiya prosesləri, informasiya cəmiyyətinin formalaşmasının elmi problemlərinin araşdırılması və inkişaf etdirilməsi istiqamətində görülmüş işlər müzakirə olunub.

İclaslarda struktur bölmələrinin 2026-cı ilin birinci yarısında elmi-tədqiqat, elmi-innovasiya və elmi-pedaqoji fəaliyyəti, ölkədə rəqəmsal siyasət sahəsində qəbul olunmuş strateji sənədlərdən irəli gələn vəzifələrin icrası, o cümlədən elm və təhsilin inteqrasiyası istiqamətində həyata keçirilən layihələr, yüksəkixtisaslı kadr hazırlığının aparılması və digər fəaliyyət istiqamətləri geniş müzakirə edilib. Eyni zamanda, rəqəmsal transformasiya proseslərinin sürətləndiyi müasir şəraitdə texnoloji biliklərin cəmiyyətdə populyarlaşdırılması istiqamətində aparılan maarifləndirmə işləri barədə məlumat verilib. Həmçinin şöbələr üzrə nüfuzlu elmi nəşrlərdə dərc olunmuş məqalələr, konfrans materialları, beynəlxalq elmi əməkdaşlığa dair məlumatlar əksini tapıb. İnstitutun və ayrı-ayrılıqda struktur bölmələrin elmmetrik göstəriciləri təqdim olunub, bu sahədə fəaliyyətin daha səmərəli təşkili ilə bağlı tövsiyələr səsləndirilib.

Akademik Rasim Əliquliyev yarımillik hesabat dövründə əldə olunan elmi nəticələri və nailiyyətləri yüksək qiymətləndirərək əməkdaşları qarşıdakı dövrdə də elmi fəaliyyətin keyfiyyətinin daha da yüksəldilməsi və İnstitutun qarşısında duran vəzifələrin icrasında fəal iştirak etməyə çağırıb.

Sonda institutun struktur bölmələrinin hesabatları Elmi şuranın üzvləri tərəfindən geniş müzakirə olunub və müvafiq qərarlar qəbul edilib. Struktur bölmələrə dövlət siyasətindən irəli gələn vəzifələrin icrasının təmin edilməsi, beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsi, eləcə də əldə olunan elmi nəticələrin nüfuzlu beynəlxalq jurnallarda dərcinin artırılması istiqamətində müvafiq tapşırıqlar verilib.

Amin Cavayev

Xəbər Lenti

Abituriyentlər üçün məsləhət mərkəzləri fəaliyyətə başladı11.08.2026 - 15:12
Tibbə qəbulda 3 universitetin MÜQAYİSƏSİ - Hansı ali məktəbdə neçə yer var?11.08.2026 - 15:09
Peşə təhsili müəssisələrinə işə qəbul üzrə imtahan keçirilib11.08.2026 - 15:05
Nazirlik 17 nəfəri xaricə oxumağa göndərir11.08.2026 - 15:03
IV ixtisas qrupunda ən çox yer ayrılan dövlət sifarişli ixtisas11.08.2026 - 11:00
Azərbaycanda ən bahalı ixtisaslar - SİYAHI11.08.2026 - 10:55
Marneulidə “Soydaşlarımız və Qarabağ” kitabının təqdimatı keçirilib11.08.2026 - 10:50
Azərbaycanda ilk: “AVAZ” Gənclərin Xor Düşərgəsi11.08.2026 - 10:45
Türkiyə-Azərbaycan Universiteti: İki ölkənin birgə təhsil layihəsi11.08.2026 - 10:40
Cəmi 15 dəqiqə: Yaddaşı gücləndirməyin sadə yolu11.08.2026 - 10:30
İmtahanda yüksək bal toplamağın əsas şərti açıqlandı11.08.2026 - 10:25
Bu günə olan hava proqnozu11.08.2026 - 10:20
Polis hava ilə bağlı sürücülərə müraciət etdi11.08.2026 - 10:15
Müəllimlik ixtisaslarında plan yerləri azaldılıb – SİYAHI11.08.2026 - 10:10
Məzunların diqqətinə: Attestatlar artıq “myGov”da11.08.2026 - 10:05
Şimal bölgəsində 3 məktəb binasının tikintisi davam edir11.08.2026 - 10:00
Sinqapurda bütün ali məktəb tələbələri süni intellekt öyrənəcək11.08.2026 - 09:55
Polimer Materialları İnstitutu və ATU alimlərindən Q1 səviyyəli elmi uğur11.08.2026 - 09:50
Anar Eminov: “4 il sonrakı özünüzü düşünün”11.08.2026 - 09:45
Kolleclərə qəbulun nəticələri bu gün elan ediləcək? – DİM-dən AÇIQLAMA11.08.2026 - 09:40
Dövlət qulluqçularının peşəkar inkişafı üçün təlimlər keçirilir11.08.2026 - 09:35
ATU-da təhsil haqlarının azaldılmasının səbəbi açıqlandı11.08.2026 - 09:30
Hüquq təhsili: Ən bahalı və ən ucuz universitetlər - SİYAHI11.08.2026 - 09:25
BMU məzunundan möhtəşəm uğur: Dünyanın 8 universitetindən qəbul11.08.2026 - 09:20
Məktəblilərin diqqətinə: Təqaüd proqramına qeydiyyat başladı11.08.2026 - 09:15
17 mindən çox uşaq məktəbəhazırlıq qruplarına qeydiyyatdan keçib11.08.2026 - 09:10
Sabaha olan hava proqnozu11.08.2026 - 09:05
“Məktəblərdə telefondan istifadəyə dair yeni təlimatların icrasına başlanılıb” - Təhsil eksperti Məzahir Məmmədli11.08.2026 - 09:00
İxtisas Seçimi və Məsləhətlər: Xanlar Xanlarzadə11.08.2026 - 06:32
Subbakalavrlar üçün "Abituriyent" jurnalının xüsusi buraxılışı nəşr edilib11.08.2026 - 05:59
Dövlət İmtahan Mərkəzi “Abituriyent” jurnalının 4-cü nömrəsini nəşr edib11.08.2026 - 05:51
ADMİU tələbəsi Alisa Ağaverdiyeva I’NAZ jurnalının yeni buraxılışında yer alıb11.08.2026 - 05:42
ATU-da cərrahi rezidentura ixtisasları: gələcəyin cərrahları üçün karyera bələdçisi11.08.2026 - 05:33
Dərmandan laboratoriyaya, elmdən karyeraya: Əczaçılıq ixtisası abituriyentlərə nə vəd edir?11.08.2026 - 05:24
Bir anın içində var olmağın genişliyi: Regina Dürig Qardaşxan Əzizxanlı poeziyası haqqında11.08.2026 - 05:15
Böyük Britaniyanın Exeter Universitetində təhsil alan doktorantın seminarı 11.08.2026 - 05:05
ADU əməkdaşları intellektual yarışda uğur qazanıblar11.08.2026 - 04:56
SDU ilə SOCAR “Azərikimya” İstehsalat Birliyi arasında strateji əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub11.08.2026 - 04:47
Odlar Yurdu Universitetində Beynəlxalq İkili Diplom Proqramı təsdiqləndi11.08.2026 - 04:38
ADPU tələbələri üçün geniş təqaüd imkanı: 14 adlı təqaüd11.08.2026 - 04:29
UFAZ-da 2026–2027-ci tədris ili üçün bakalavriat pilləsinə qəbul başa çatıb11.08.2026 - 04:20
BDU-nun Kimya fakültəsində 3 ixtisas üzrə kadr hazırlığı aparılır11.08.2026 - 04:11
Koreya Beynəlxalq İqtisadi Siyasət İnstitutu proqram üçün ərizə qəbulu elan edir11.08.2026 - 04:02
Məktəblərdə "əzbərləçilik" yox, praktiki və əyləncəli təhsil olmalıdır – Psixoloq Fuad Əsədov10.08.2026 - 17:38
BDU-nun Hüquq fakültəsini seçmək istəyən abituriyentlərin diqqətinə10.08.2026 - 15:36
BDU-nun Biologiya fakültəsinə 6 ixtisas üzrə tələbə qəbulu aparılır10.08.2026 - 15:32
BMU-da bakalavriat səviyyəsində elektron diplomların imzalanması başa çatdırılıb10.08.2026 - 15:25