Təhsil 365 - Logo Mobile

Nazirlik 17 nəfəri xaricə oxumağa göndərir

14011.08.2026 - 15:03
Nazirlik 17 nəfəri xaricə oxumağa göndərir

Mədəniyyət Nazirliyinin "Mədəni və yaradıcı sənayelər üzrə xüsusi Təqaüd Proqramı" çərçivəsində 2026-cı il üzrə keçirdiyi müsabiqənin seçim mərhələsi başa çatıb.

“Tehsil365” xəbər verir ki,bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, proqram üzrə cari il iyunun 2-dən 16-dək audiovizual sənətlər, dizayn, memarlıq, mədəni və yaradıcı sahələr üzrə menecment və digər ixtisas istiqamətlərində bakalavriat və magistratura səviyyələrində xaricdə təhsilin maliyyələşdirilməsi üçün sənəd qəbulu həyata keçirilib.

Sənəd qəbulundan ümumilikdə 51 nəfər qeydiyyatdan keçib. Onlardan 18 nəfər bakalavriat, 33 nəfər isə magistratura səviyyəsi üzrə müraciət edib.

Təqaüd Proqramının Qaydalarına uyğun olaraq, namizədlərin seçimi iki mərhələdə aparılıb. Birinci mərhələdə namizədlərin təqdim etdikləri sənədlər qiymətləndirilib, növbəti mərhələdə isə tələblərə uyğun namizədlərlə müsahibələr keçirilib, onların nəzəri bilikləri, praktiki bacarıqları və yaradıcı potensialı dəyərləndirilib. Ümumilikdə 34 namizəd müsahibə mərhələsində iştirak edib.

Mədəniyyət Nazirliyi yanında müvafiq sahələr üzrə mütəxəssislərdən ibarət "Mədəni və yaradıcı sənayelər üzrə xüsusi Təqaüd Proqramının Komissiyası"nın qiymətləndirməsinin nəticələrinə əsasən, 17 namizəd Təqaüd Proqramından yararlanmaq hüququ qazanıb.

Təqaüd Proqramı çərçivəsində təhsil xərcləri namizədlərin yekun qiymətləndirmə nəticələri nəzərə alınmaqla tam və ya qismən maliyyələşdiriləcək.

Təqaüdçülərdən 7 nəfər bakalavriat, 10 nəfər isə magistratura səviyyəsi üzrə ABŞ, Birləşmiş Krallıq, İtaliya, Kanada, Çin, Türkiyə və digər ölkələrin ali təhsil müəssisələrində təhsilini davam etdirəcək.

Qeyd edək ki, Təqaüd Proqramı "Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın Tədbirlər Planında nəzərdə tutulan "Mədəni və yaradıcı sənayelərin dinamik inkişafının təmin edilməsi və bu sahədə ixrac potensialının gücləndirilməsi" fəaliyyət istiqaməti üzrə həyata keçirilir.

Eyni zamanda, "Azərbaycan Mədəniyyəti – 2040" Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyasının 2026–2030-cu illər üzrə Tədbirlər Planında xaricdə təhsil proqramları vasitəsilə mədəniyyət sahələri üzrə peşəkar kadrların hazırlanması, əmək bazarının tələblərinə cavab verən, yaradıcı və innovativ düşüncəyə malik kadr ehtiyatının formalaşdırılması nəzərdə tutulur.

Ləman Rəhimli

Xəbər Lenti

Daha bir rektordan ixtisas seçimi edəcək abituriyentlərə MESAJ11.08.2026 - 16:53
Türkiyə-Azərbaycan Universiteti – iki ölkə, bir universitet, sonsuz imkanlar11.08.2026 - 16:27
İmtahan stresi ilə mübarizə: Məktəblərdə yeni layihə11.08.2026 - 16:24
Tarixçilər Səfəvi İmperiyasının xəritəsini yaydılar11.08.2026 - 15:42
Türkiyədə onlayn təhsilə üstünlük verənlərin sayı artır11.08.2026 - 15:41
BDU-nun Filologiya fakültəsində yeddi ixtisas üzrə kadrlar hazırlanır11.08.2026 - 15:37
TC altqrupunda plan yerləri dəyişdi11.08.2026 - 15:34
ADNSU tələbəsi və məzunu robot yarışında qızıl medal qazanıb11.08.2026 - 15:28
BMU rektoru: Tələbələrimizin IWISE innovasiya yarışmasında qazandıqları uğurlar qürurvericidir11.08.2026 - 15:19
Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq uğur qazandı11.08.2026 - 15:18
Abituriyentlər üçün məsləhət mərkəzləri fəaliyyətə başladı11.08.2026 - 15:12
Tibbə qəbulda 3 universitetin MÜQAYİSƏSİ - Hansı ali məktəbdə neçə yer var?11.08.2026 - 15:09
Peşə təhsili müəssisələrinə işə qəbul üzrə imtahan keçirilib11.08.2026 - 15:05
IV ixtisas qrupunda ən çox yer ayrılan dövlət sifarişli ixtisas11.08.2026 - 11:00
Azərbaycanda ən bahalı ixtisaslar - SİYAHI11.08.2026 - 10:55
Marneulidə “Soydaşlarımız və Qarabağ” kitabının təqdimatı keçirilib11.08.2026 - 10:50
Azərbaycanda ilk: “AVAZ” Gənclərin Xor Düşərgəsi11.08.2026 - 10:45
Türkiyə-Azərbaycan Universiteti: İki ölkənin birgə təhsil layihəsi11.08.2026 - 10:40
Akademik elmi fəaliyyətin obyektiv qiymətləndirilməsinin vacibliyini vurğuladı11.08.2026 - 10:35
Cəmi 15 dəqiqə: Yaddaşı gücləndirməyin sadə yolu11.08.2026 - 10:30
İmtahanda yüksək bal toplamağın əsas şərti açıqlandı11.08.2026 - 10:25
Bu günə olan hava proqnozu11.08.2026 - 10:20
Polis hava ilə bağlı sürücülərə müraciət etdi11.08.2026 - 10:15
Müəllimlik ixtisaslarında plan yerləri azaldılıb – SİYAHI11.08.2026 - 10:10
Məzunların diqqətinə: Attestatlar artıq “myGov”da11.08.2026 - 10:05
Şimal bölgəsində 3 məktəb binasının tikintisi davam edir11.08.2026 - 10:00
Sinqapurda bütün ali məktəb tələbələri süni intellekt öyrənəcək11.08.2026 - 09:55
Polimer Materialları İnstitutu və ATU alimlərindən Q1 səviyyəli elmi uğur11.08.2026 - 09:50
Anar Eminov: “4 il sonrakı özünüzü düşünün”11.08.2026 - 09:45
Kolleclərə qəbulun nəticələri bu gün elan ediləcək? – DİM-dən AÇIQLAMA11.08.2026 - 09:40
Dövlət qulluqçularının peşəkar inkişafı üçün təlimlər keçirilir11.08.2026 - 09:35
ATU-da təhsil haqlarının azaldılmasının səbəbi açıqlandı11.08.2026 - 09:30
Hüquq təhsili: Ən bahalı və ən ucuz universitetlər - SİYAHI11.08.2026 - 09:25
BMU məzunundan möhtəşəm uğur: Dünyanın 8 universitetindən qəbul11.08.2026 - 09:20
Məktəblilərin diqqətinə: Təqaüd proqramına qeydiyyat başladı11.08.2026 - 09:15
17 mindən çox uşaq məktəbəhazırlıq qruplarına qeydiyyatdan keçib11.08.2026 - 09:10
Sabaha olan hava proqnozu11.08.2026 - 09:05
“Məktəblərdə telefondan istifadəyə dair yeni təlimatların icrasına başlanılıb” - Təhsil eksperti Məzahir Məmmədli11.08.2026 - 09:00
İxtisas Seçimi və Məsləhətlər: Xanlar Xanlarzadə11.08.2026 - 06:32
Subbakalavrlar üçün "Abituriyent" jurnalının xüsusi buraxılışı nəşr edilib11.08.2026 - 05:59
Dövlət İmtahan Mərkəzi “Abituriyent” jurnalının 4-cü nömrəsini nəşr edib11.08.2026 - 05:51
ADMİU tələbəsi Alisa Ağaverdiyeva I’NAZ jurnalının yeni buraxılışında yer alıb11.08.2026 - 05:42
ATU-da cərrahi rezidentura ixtisasları: gələcəyin cərrahları üçün karyera bələdçisi11.08.2026 - 05:33
Dərmandan laboratoriyaya, elmdən karyeraya: Əczaçılıq ixtisası abituriyentlərə nə vəd edir?11.08.2026 - 05:24
Bir anın içində var olmağın genişliyi: Regina Dürig Qardaşxan Əzizxanlı poeziyası haqqında11.08.2026 - 05:15
Böyük Britaniyanın Exeter Universitetində təhsil alan doktorantın seminarı 11.08.2026 - 05:05
ADU əməkdaşları intellektual yarışda uğur qazanıblar11.08.2026 - 04:56