11 avqust tarixində 2026/2027-ci tədris ili üzrə dövlət peşə təhsili müəssisələrinə ixtisas fənn müəllimi və istehsalat təlimi ustası vəzifələrinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsi keçirilib.
“Tehsil365” xəbər verir ki,bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib.
İmtahanlar Bakı, Gəncə, Lənkəran və Naxçıvan şəhərlərində yerləşən 7 imtahan mərkəzində təşkil olunub.
Qeyd edək ki, onlayn formada portal.edu.az elektron müraciət portalı vasitəsilə qeydiyyatdan keçən 4885 namizəddən müsabiqənin şərtlərinə uyğun gələn 1731 nəfər test imtahanında iştirak etmək hüququ qazanmış, onlardan 1364 nəfəri imtahan mərhələsində iştirak etmişdir.
İmtahanda uğur qazanan namizədlər müsabiqənin növbəti mərhələsi olan müsahibədə iştirak etmək hüququ əldə edəcəklər.

