III ixtisas qrupu üzrə 2025-2026 və 2026-2027-ci tədris illərində TC alt qrupu üzrə “Beynəlxalq münasibətlər” və “Regionşünaslıq” ixtisaslarına ayrılan plan yerlərinin müqayisəsi zamanı müxtəlif dəyişikliklər qeydə alınıb.
“Tehsil365” xəbər verir ki,bəzi ixtisaslarda plan yerləri artırılıb və ya azaldılıb, bir sıra ixtisaslarda isə göstəricilər dəyişməyib.
Bakı Dövlət Universitetində III ixtisas qrupu üzrə TC alt qrupuna daxil olan ixtisasların plan yerlərinin müqayisəsi zamanı “Beynəlxalq münasibətlər” ixtisasında plan yerlərinin sayının hər iki tədris ilində 100 olduğu məlum olub. “Beynəlxalq münasibətlər” ixtisasının tədrisi ingilis dilində olan proqramı üzrə də plan yerlərinin sayı dəyişməyərək 30 olaraq qalıb.
“Regionşünaslıq (Qafqaz ölkələri üzrə)” və “Regionşünaslıq (Amerika üzrə)” ixtisaslarında plan yerlərinin sayı 30-dan 25-ə endirilib. Eyni ixtisasların tədrisi ingilis dilində olan proqramında isə plan yerlərinin sayı 15-dən 25-ə yüksəldilib.
“Regionşünaslıq (ərəb ölkələri üzrə)”, “Regionşünaslıq (İran üzrə)” və “Regionşünaslıq (Türkiyə üzrə)” ixtisaslarının hər birində plan yerlərinin sayı 20 olaraq dəyişməyib.
“Regionşünaslıq (İsrail üzrə)”, “Regionşünaslıq (Pakistan üzrə)”, “Regionşünaslıq (Koreya üzrə)” və “Regionşünaslıq (Yaponiya üzrə)” ixtisaslarının hər birində isə plan yerlərinin sayı 10 olaraq qalıb.
Bununla yanaşı, ötən tədris ilində qəbul aparılmayan bəzi “Regionşünaslıq” ixtisasları üzrə 2026-2027-ci tədris ili üçün plan yerləri ayrılıb. Belə ki, “Regionşünaslıq (Çin üzrə)”, “Regionşünaslıq (Afrika üzrə)”, “Regionşünaslıq (Çin üzrə, tədris ingilis dilində)” və “Regionşünaslıq (Ərəb ölkələri üzrə, tədris ingilis dilində)” ixtisaslarının hər birinə 10 plan yeri ayrılıb.
Azərbaycan Dövlət İqtisad Universitetində “Beynəlxalq münasibətlər” ixtisasına ayrılan plan yerlərinin sayı 60 olaraq dəyişməyib. Tədrisi türk dilində olan “Beynəlxalq münasibətlər” ixtisasında da plan yerlərinin sayı 30 olaraq qalıb.
Azərbaycan Dillər Universitetində “Beynəlxalq münasibətlər” ixtisasına ayrılan plan yerlərinin sayı 40, tədrisi ingilis dilində olan proqramda isə 10 olaraq dəyişməyib.
“Regionşünaslıq (Böyük Britaniya üzrə)” və Regionşünaslıq (Amerika üzrə) ixtisaslarında plan yerlərinin sayı 30, tədrisi ingilis dilində olan proqramlarında isə 10 olaraq qalıb.
“Regionşünaslıq (Almaniya üzrə)”, “Fransa üzrə”, “İsrail və Yaxın Şərq ölkələri üzrə”, “Yaponiya üzrə”, “ərəb ölkələri üzrə”, “Çin üzrə”, “Cənubi Amerika üzrə”, “Mərkəzi və Şərqi Avropa üzrə”, “Rusiya üzrə”, “Türkiyə üzrə”, “Balkan ölkələri üzrə”, “Afrika üzrə” və “Pakistan üzrə” ixtisaslarında da plan yerlərinin sayı 10 olaraq dəyişməyib.
“Regionşünaslıq (Qafqaz ölkələri üzrə)” ixtisasında plan yerlərinin sayı 50-dən 60-a yüksəldilib.
“Regionşünaslıq (Norveç üzrə)” və “Regionşünaslıq (Hindistan üzrə)” ixtisaslarında isə ötən il 10 plan yeri olduğu halda, bu il qəbul aparılmır.
Ötən il qəbul aparılmayan “Regionşünaslıq (Skandinaviya üzrə)” və “Regionşünaslıq (İndoneziya üzrə)” ixtisaslarının hər birinə bu il 10 plan yeri ayrılıb.
Bakı Slavyan Universitetində “Beynəlxalq münasibətlər” ixtisasına ayrılan plan yerlərinin sayı 40-dan 50-yə yüksəldilib. İxtisasın qiyabi təhsil forması üzrə plan yerlərinin sayı isə 10 olaraq dəyişməyib.
“Regionşünaslıq (Xəzəryanı ölkələr üzrə)” ixtisasında plan yerlərinin sayı 60 olaraq qalıb. “Regionşünaslıq (Şərqi Avropa ölkələri üzrə)” və “Regionşünaslıq (Balkan ölkələri üzrə)” ixtisaslarında plan yerləri 60-dan 75-ə, “Regionşünaslıq (Mərkəzi Asiya ölkələri üzrə)” və “Regionşünaslıq (Qərbi Avropa ölkələri üzrə)” ixtisaslarında isə 30-dan 45-ə yüksəldilib.
Bakı Mühəndislik Universitetində ötən il qəbul aparılmayan “Beynəlxalq münasibətlər (tədris ingilis dilində)” ixtisasına bu il 25 plan yeri ayrılıb.
Dövlət İdarəçilik Akademiyasında “Beynəlxalq münasibətlər” ixtisasına ayrılan plan yerlərinin sayı 30 olaraq dəyişməyib.
ADA Universitetində “Beynəlxalq münasibətlər (tədris ingilis dilində)” ixtisasına ayrılan plan yerlərinin sayı 80 olaraq dəyişməyib.
Azərbaycan Turizm və Menecment Universitetində “Beynəlxalq münasibətlər” ixtisasına ayrılan plan yerlərinin sayı 25 olaraq dəyişməyib.
Qarabağ Universitetində “Beynəlxalq münasibətlər” ixtisası üzrə bu il yalnız tədris ingilis dilində qəbul aparılacaq. Plan yeri isə 60-dır.
Naxçıvan Dövlət Universitetində “Beynəlxalq münasibətlər” ixtisasına ayrılan plan yerlərinin sayı 30-dan 25-ə endirilib. Tədrisi ingilis dilində olan “Beynəlxalq münasibətlər” ixtisasında isə plan yerlərinin sayı 15 olaraq dəyişməyib.
Azərbaycan Universitetində “Beynəlxalq münasibətlər” ixtisasına ayrılan plan yerlərinin sayı 30, “Regionşünaslıq (Avropa ölkələri üzrə)” ixtisasında isə 20 olaraq dəyişməyib.
Qərbi Kaspi Universitetində “Beynəlxalq münasibətlər” ixtisasına, o cümlədən tədrisi ingilis dilində olan proqramına ayrılan plan yerlərinin sayı 25 olaraq dəyişməyib.
“Regionşünaslıq (Amerika, Böyük Britaniya, Almaniya və Çin üzrə)” ixtisasına və tədrisi ingilis dilində olan proqramına ayrılan plan yerlərinin sayı isə 30 olaraq qalıb.
Xəzər Universitetində tədrisi ingilis dilində olan “Beynəlxalq münasibətlər” ixtisasında plan yerlərinin sayı 40-dan 50-yə yüksəldilib. “Regionşünaslıq (Amerika, Avropa, Asiya və Şərq ölkələri, tədris ingilis dilində)” ixtisasında isə plan yerlərinin sayı 40 olaraq dəyişməyib.
Bakı Avrasiya Universitetində “Beynəlxalq münasibətlər” ixtisasına, o cümlədən tədrisi ingilis dilində olan proqramına ayrılan plan yerlərinin sayı 30 olaraq dəyişməyib.
“Regionşünaslıq (ABŞ və Kanada)” ixtisasında plan yerlərinin sayı 50-dən 60-a yüksəldilib. “Regionşünaslıq (Avropa ölkələri)” və “Regionşünaslıq (Yaxın və Orta Şərq ölkələri)” ixtisaslarında isə plan yerlərinin sayı 30 olaraq qalıb.
“Odlar Yurdu” Universitetində “Beynəlxalq münasibətlər” ixtisasına ayrılan plan yerlərinin sayı 20-dən 25-ə yüksəldilib. Tədrisi ingilis dilində olan “BeynəlxaTC altqrupunda plan yerləri dəyişdilq münasibətlər” ixtisasına isə ötən il qəbul aparılmayıb, bu il 25 plan yeri ayrılıb.

