Tarixçilər Nazim Xəlilov və Elnur Nəciyev “Azərbaycan Səfəvi dövləti (Şah İsmayıl dövrü: 1501-1524)” adlı xəritə paylaşıblar.
“Tehsil365” xəbər verir ki, bu xəritə “Azərbaycan tarixi atlası”na (baş redaktor: AMEA-nın həqiqi üzvü Yaqub Mahmudov), “Azərbaycan Respublikasının Milli Atlası”na və “Azərbaycan tarixi xəritələrdə” atlasına (elmi redaktor: AMEA-nın həqiqi üzvü Yaqub Mahmudov) daxil edilib.
“Paylaşdığımız xəritənin müəllifləri AMEA-nın müxbir üzvü Oqtay Əfəndiyev və tarix elmləri doktoru Tofiq Nəcəflidir. Xəritədən aydın görünür ki, 1514-cü il Çaldıran döyüşünə qədər Azərbaycan Səfəvi dövlətinin sərhədləri şimalda Dərbənd şəhərindən cənuba doğru - Fars körfəzinə, qərbdə - Fərat çayından, şərqdə Amudərya çayına kimi uzanırdı. Həmin dövrdə imperiyanın ərazisi 3,5 milyon kv.km idi.
1555-ci il Amasya sülhündən sonra Səfəvi İmperiyasının ərazisi 2,5 milyon kv.km, 1590-cı il İstanbul sülhündən sonra 1,5 milyon kv.km, 1639-cu il Qəsri-Şirin sülhündən sonra isə 2,85 milyon kv.km olub”, - deyə tarixçilər bildiriblər.

