“İnformasiya təhlükəsizliyi” ixtisasını seçmək istəyənlər üçün UNEC-də möhtəşəm imkanlar var.
“Tehsil365” xəbər verir ki, tələbələr modern üslubda yenidən qurulmuş gözoxşayan kampusumuzun ən müasir texnoloji imkanlarla təchiz olunmuş auditoriyalarında, Kompüter laboratoriyalarında “İnformasiya təhlükəsizliyi” ixtisasının ən dərin bilik və bacarıqlarını qazanmaq şansı əldə edə bilirlər.
Dərslər xaricdə təhsil almış gənc və peşəkar müəllim heyəti tərəfindən həm nəzəri, həm praktiki cəhətdən tədris olunur.
“İnformasiya təhlükəsizliyi” ixtisasının tədrisi 3 dildə - azərbaycan, ingilis və rus aparılır.
UNEC-in ölkənin aparıcı şirkətləri ilə əməkdaşlığı çərçivəsində siz ixtisasınıza uyğun olan təlimlərə ödənişsiz qatılmaq və beynəlxalq sertifikatlar qazanmaq şansı da əldə edə, eyni zamanda karyera imkanlarınızı tələbələik dövründən inkişaf etdirə bilərsiniz. Həmçinin beynəlxalq mübadilə proqramları ilə dünyanın aparıcı universitetlərində təhsil alaraq, öz sahəniz üzrə beynəlxalq təcrübəyə sahib mütəxəssis kimi yetişmək imkanı qazanırsınız.
Tələbələrə təhsil aldıqları müddətdə UNEC-in Rəqəmsal Texnologiyalar departamentində həm təcrübə keçmək, həm də işlə təmin olunmaq imkanı da yaradılır.

