Rəqəmsal İqtisadiyyat fakültəsinin Kompüter elmləri ixtisasının IV kurs tələbəsi Aşurbəy Məmmədzadə Böyük Britaniyada keçirilən International World Innovative Student Exhibition - iWISE 2026 Dünya Finalında möhtəşəm qələbə qazanıb!
“Tehsil365” xəbər verir ki, 25 ölkədən nümayəndələrin qatıldığı yarışmanın “Robotics – Maze Solving Robot” kateqoriyasında Aşurbəyin təmsil olunduğu JoshuaTech komandası 18 rəqibini geridə qoyaraq I yerə layiq görülüb və DÜNYA ÇEMPİONU adını qazanıb!
Bu kateqoriyada iştirakçılar labirint daxilində tam avtonom hərəkət edən, sensor məlumatlarını real vaxt rejimində emal edərək optimal marşrutu təyin edən mürəkkəb robot sistemləri hazırlayırlar. IWISE yarışmasında Azərbaycan heyətinin iştirakı Gənclər və İdman Nazirliyinin dəstəyi ilə təşkil olunub.
Aşurbəyi dünya çempionu adı qazanması münasibətilə təbrik edirik, gələcək fəaliyyətlərində yeni uğurlar arzulayırıq!
UNEC yalnız iqtisadiyyat deyil, robototexnika və İT sahəsinin də gələcək liderlərini və çempionlarını yetişdirir!
Ətraflı: https://news.unec.edu.az/xeber/105-telebe/15376-bold-red-unec-telebesi-boyuk-britaniyada-kechirilen-international-world-innovative-student-exhibition-2026-finalinda-dunya-chempionu-olub-bold-red

