Təhsil 365 - Logo Mobile

Pulmonologiya üzrə ixtisaslaşma müasir səhiyyənin prioritet istiqamətlərindən biridir

13812.08.2026 - 05:06
Pulmonologiya üzrə ixtisaslaşma müasir səhiyyənin prioritet istiqamətlərindən biridir

Bronx - ağciyәr xәstәliklәri hәm dünyada, hәm dә ölkәmizdә insanlar arasında әn çox rast gәlinәn patologiyalardandır.

“Tehsil365” xəbər verir ki, ümumiyyәtlә, 800-ә yaxın bronx-ağciyәr patologiyası mövcuddur ki, onlardan da 200-ә yaxını ağciyәrlәrin sәpәlәnmiş xәstәliklәridir. İnsanlar arasında bronx-ağciyәr patologiyalarının çox rast gәlinmәsindә respirator infeksiyalarla yoluxmanın massivliyi (KRVİ, vәrәm vә s.), havanın çirklәnmәsi, tütünçәkmә (AXOX) vә s.-nin tәsiri böyükdür. 

Bronx-ağciyәr patologiyası olan xәstәlәr adәtәn ilk olaraq ümumi profilli hәkimlәrә, yәni ailә hәkimlәrinә vә hәkim - terapevtlәrә müraciәt edir. Buna görә dә, Azərbaycan Tibb Universitetindә (ATU) tәhsil alan tәlәbәlәrin ağciyәr patologiyaları haqqında zәruri biliklәrә yiyәlәnmәsi çox vacibdir. Belə ki, tədris proqramına uyğun olaraq tələbələrə tәnәffüs orqanlarının anatomik-fizioloji xüsusiyyәtlәri, bronx-ağciyәr patologiyası olan xәstәlәrin müayinә üsulları, tәnәffüs orqanlarının infeksion-iltihabi xәstәliklәri, tәnәffüs yollarının xronik xәstәliklәri, tәnәffüs orqanlarının parazitar patologiyaları, ağciyәrlәrin peşә-toz xәstәliklәri, tәnәffüs orqanlarının irsi patologiyaları, ağciyәrlәrin interstisial xәstәliklәri, plevra patologiyaları, ağciyәr damar (qan dövranı) patologiyaları, pulmonologiyada tәcili yardım halları vә yuxuda tәnәffüs pozulmaları haqqında nəzəri və təcrübi biliklərə yiyələnmələri üçün mövzular tədris olunur. 

Artıq ötən ildən etibarən ölkəmizdə yüksək ixtisaslı həkim-pulmonoloqların yetişdirilməsi məqsədilə ATU-da rezidentura təhsili mərhələsində pulmonologiya ixtisası üzrə kadr hazırlığına başlanılıb. Pulmonologiya ixtisası üzrə rezidentura təhsilinin əsas məqsədi pulmonologiya sahəsində müasir sübutlara əsaslanan tibbi təcrübəni peşəkar səviyyədə müstəqil həyata keçirməyi bacaran səriştəli həkim-mütəxəssislərin hazırlanmasıdır. Pulmonologiya ixtisası üzrə təhsilini davam etdirən həkim-rezidentlər 4 il ərzində pulmonoloji patologiyaların profilaktikası, diaqnostikası, müalicəsi və reabilitasiyasının sübutlu təbabətə əsaslanan standartlar əsasında həyata keçirilməsi, pulmonologiya sahəsində tez-tez rast gələn ağırlaşmaların profilaktikası və bu fəsadlardan sonra reabilitasiya tədbirlərinin həyata keçirilməsi, müvafiq pulmonoloji prosedurların və əməliyyatların icra edilməsi, elmi-tədqiqat işinin aparılması sahəsində təməl bacarıqların öyrənilməsi və s. haqqında nəzəri və təcrübi biliklərə yiyələnir. 

Ölkəmizdə hal-hazırda peşəkar həkim-pulmonoloqlara tələbat çox yüksəkdir. Çünki bronx-ağciyər patologiyaları çox olmaqla yanaşı, ilbəil də artmaqda davam etdiyi halda ölkəmizdə bu ixtisas sahəsi üzrə mütəxəssislərin sayı azdır. Həkim-pulmonoloqlar ambulator və stasionar tibbi xidmət göstərən bütün dövlət və özəl tibb müəssisələrində, ali və orta ixtisas tibb təhsili müəssisələrində, müvafiq elmi-tədqiqat institutlarında, tibbi xidmətin təşkili və idarə olunması kimi rəhbər vəzifələrdə çalışa bilərlər. 

Pulmonologiya – insanların normal və sağlam tənəffüsünə nail olmaq üçün yüksək məsuliyyət və peşəkarlıq tələb edən bir ixtisasdır. 

Nuray Babayeva

Xəbər Lenti

Peşə seçimində tərəddüd edənlər nə etməlidir?12.08.2026 - 10:05
IV qrup üzrə müəllimlik ixtisaslarında plan yerləri dəyişdi – MÜQAYİSƏ12.08.2026 - 10:00
Saatlıda müəllim dünyasını dəyişib12.08.2026 - 09:55
Bu məktəblərdə vakansiyalar var – SİYAHI12.08.2026 - 09:50
Məktəbəqədər təhsil müəssisələri üçün 20 milyon manat vəsait ayrıldı12.08.2026 - 09:45
Abituriyentlərin DİQQƏTİNƏ: İxtisas qrupları üzrə plan yerləri açıqlanıb12.08.2026 - 09:40
Sabaha olan hava proqnozu12.08.2026 - 09:35
Fərqlənmə ilə məktəbi bitirənlərin sayı açıqlandı - RƏSMİ12.08.2026 - 09:30
Universitetdə tələbələr üçün 1000 yerlik yataqxana tikiləcək12.08.2026 - 09:25
DİM-dən abituriyentlərə VACİB MÜRACİƏT12.08.2026 - 09:20
Ali təhsildə rekord: Dünyada tələbələrin sayı 269 milyona çatıb12.08.2026 - 09:15
BMU-da müasir laboratoriyalar tələbələrin təhsil imkanlarını genişləndirir12.08.2026 - 09:10
II qrupda plan yerləri çox olan ixtisaslar – ABİTURİYENTLƏRİN DİQQƏTİNƏ12.08.2026 - 09:05
Rezidentura üzrə ixtisas seçiminə start verilib12.08.2026 - 09:00
“Səyyar Gənclər Xidməti” fəaliyyətini Xızıda davam etdirir12.08.2026 - 06:36
Anar Eminov: “Universitetin gələcəyi onun yaratdığı dəyər, yetişdirdiyi insan və cəmiyyətə verdiyi töhfə ilə ölçülür”12.08.2026 - 06:26
"Xüsusilə narahatlıq və təşviş halları gənclərdə daha çox nəzərə çarpır"-Psixoloq Mətanət Əliyeva12.08.2026 - 05:58
Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq uğur qazandı12.08.2026 - 05:45
Nazirlik 17 nəfəri xaricə oxumağa göndərir12.08.2026 - 05:35
Bu gün ali məktəblərə ixtisas seçimi BAŞLAYIR12.08.2026 - 05:24
ADNSU-da Məzun–Tələbə Mentorluq Proqramı çərçivəsində görüşlər davam edir12.08.2026 - 05:15
“Abituriyent Məsləhət Mərkəzləri”nin fəaliyyət dairəsi daha da genişləndirilib12.08.2026 - 04:58
“Abituriyent” jurnalının 2026-cı il 4-cü nömrəsinə düzəliş12.08.2026 - 04:50
Avqustun 12-si Beynəlxalq Gənclər Günüdür12.08.2026 - 04:42
UNEC TƏLƏBƏSİ ROBOTOTEXNİKA ÜZRƏ DÜNYA ÇEMPİONU OLDU12.08.2026 - 04:34
“İnformasiya təhlükəsizliyi” ixtisasını seçmək istəyənlər üçün UNEC-də möhtəşəm imkanlar!12.08.2026 - 04:26
BDU-nun Tarix fakültəsində təhsil almaq istəyənlərin diqqətinə!12.08.2026 - 04:19
BDU-nun Ekologiya və torpaqşünaslıq fakültəsini seçmək istəyən abituriyentlərin diqqətinə!12.08.2026 - 04:11
BDU-da bakalavriat səviyyəsi üzrə məzunların elektron diplomlarının “mygov” platformasına inteqrasiya prosesi tam başa çatıb12.08.2026 - 04:02
Daha bir rektordan ixtisas seçimi edəcək abituriyentlərə MESAJ11.08.2026 - 16:53
Türkiyə-Azərbaycan Universiteti – iki ölkə, bir universitet, sonsuz imkanlar11.08.2026 - 16:27
İmtahan stresi ilə mübarizə: Məktəblərdə yeni layihə11.08.2026 - 16:24
Tarixçilər Səfəvi İmperiyasının xəritəsini yaydılar11.08.2026 - 15:42
Türkiyədə onlayn təhsilə üstünlük verənlərin sayı artır11.08.2026 - 15:41
BDU-nun Filologiya fakültəsində yeddi ixtisas üzrə kadrlar hazırlanır11.08.2026 - 15:37
TC altqrupunda plan yerləri dəyişdi11.08.2026 - 15:34
ADNSU tələbəsi və məzunu robot yarışında qızıl medal qazanıb11.08.2026 - 15:28
BMU rektoru: Tələbələrimizin IWISE innovasiya yarışmasında qazandıqları uğurlar qürurvericidir11.08.2026 - 15:19
Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq uğur qazandı11.08.2026 - 15:18
Abituriyentlər üçün məsləhət mərkəzləri fəaliyyətə başladı11.08.2026 - 15:12
Tibbə qəbulda 3 universitetin MÜQAYİSƏSİ - Hansı ali məktəbdə neçə yer var?11.08.2026 - 15:09
Peşə təhsili müəssisələrinə işə qəbul üzrə imtahan keçirilib11.08.2026 - 15:05
Nazirlik 17 nəfəri xaricə oxumağa göndərir11.08.2026 - 15:03
IV ixtisas qrupunda ən çox yer ayrılan dövlət sifarişli ixtisas11.08.2026 - 11:00
Azərbaycanda ən bahalı ixtisaslar - SİYAHI11.08.2026 - 10:55
Marneulidə “Soydaşlarımız və Qarabağ” kitabının təqdimatı keçirilib11.08.2026 - 10:50
Azərbaycanda ilk: “AVAZ” Gənclərin Xor Düşərgəsi11.08.2026 - 10:45