Təhsil 365 - Logo Mobile

Nazirlik 17 nəfəri xaricə oxumağa göndərir

14312.08.2026 - 05:35
Nazirlik 17 nəfəri xaricə oxumağa göndərir

Mədəniyyət Nazirliyinin "Mədəni və yaradıcı sənayelər üzrə xüsusi Təqaüd Proqramı" çərçivəsində 2026-cı il üzrə keçirdiyi müsabiqənin seçim mərhələsi başa çatıb.

“Tehsil365” azedu.az-a istinadən xəbər verir ki, proqram üzrə cari il iyunun 2-dən 16-dək audiovizual sənətlər, dizayn, memarlıq, mədəni və yaradıcı sahələr üzrə menecment və digər ixtisas istiqamətlərində bakalavriat və magistratura səviyyələrində xaricdə təhsilin maliyyələşdirilməsi üçün sənəd qəbulu həyata keçirilib.

Sənəd qəbulundan ümumilikdə 51 nəfər qeydiyyatdan keçib. Onlardan 18 nəfər bakalavriat, 33 nəfər isə magistratura səviyyəsi üzrə müraciət edib.

Təqaüd Proqramının Qaydalarına uyğun olaraq, namizədlərin seçimi iki mərhələdə aparılıb. Birinci mərhələdə namizədlərin təqdim etdikləri sənədlər qiymətləndirilib, növbəti mərhələdə isə tələblərə uyğun namizədlərlə müsahibələr keçirilib, onların nəzəri bilikləri, praktiki bacarıqları və yaradıcı potensialı dəyərləndirilib. Ümumilikdə 34 namizəd müsahibə mərhələsində iştirak edib.

Mədəniyyət Nazirliyi yanında müvafiq sahələr üzrə mütəxəssislərdən ibarət "Mədəni və yaradıcı sənayelər üzrə xüsusi Təqaüd Proqramının Komissiyası"nın qiymətləndirməsinin nəticələrinə əsasən, 17 namizəd Təqaüd Proqramından yararlanmaq hüququ qazanıb.

Təqaüd Proqramı çərçivəsində təhsil xərcləri namizədlərin yekun qiymətləndirmə nəticələri nəzərə alınmaqla tam və ya qismən maliyyələşdiriləcək.

Təqaüdçülərdən 7 nəfər bakalavriat, 10 nəfər isə magistratura səviyyəsi üzrə ABŞ, Birləşmiş Krallıq, İtaliya, Kanada, Çin, Türkiyə və digər ölkələrin ali təhsil müəssisələrində təhsilini davam etdirəcək.

Qeyd edək ki, Təqaüd Proqramı "Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın Tədbirlər Planında nəzərdə tutulan "Mədəni və yaradıcı sənayelərin dinamik inkişafının təmin edilməsi və bu sahədə ixrac potensialının gücləndirilməsi" fəaliyyət istiqaməti üzrə həyata keçirilir.

Eyni zamanda, "Azərbaycan Mədəniyyəti – 2040" Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyasının 2026–2030-cu illər üzrə Tədbirlər Planında xaricdə təhsil proqramları vasitəsilə mədəniyyət sahələri üzrə peşəkar kadrların hazırlanması, əmək bazarının tələblərinə cavab verən, yaradıcı və innovativ düşüncəyə malik kadr ehtiyatının formalaşdırılması nəzərdə tutulur.

Nuray Babayeva

Xəbər Lenti

BSU-da xüsusi təqaüd proqramı12.08.2026 - 10:10
Peşə seçimində tərəddüd edənlər nə etməlidir?12.08.2026 - 10:05
IV qrup üzrə müəllimlik ixtisaslarında plan yerləri dəyişdi – MÜQAYİSƏ12.08.2026 - 10:00
Saatlıda müəllim dünyasını dəyişib12.08.2026 - 09:55
Bu məktəblərdə vakansiyalar var – SİYAHI12.08.2026 - 09:50
Məktəbəqədər təhsil müəssisələri üçün 20 milyon manat vəsait ayrıldı12.08.2026 - 09:45
Abituriyentlərin DİQQƏTİNƏ: İxtisas qrupları üzrə plan yerləri açıqlanıb12.08.2026 - 09:40
Sabaha olan hava proqnozu12.08.2026 - 09:35
Fərqlənmə ilə məktəbi bitirənlərin sayı açıqlandı - RƏSMİ12.08.2026 - 09:30
Universitetdə tələbələr üçün 1000 yerlik yataqxana tikiləcək12.08.2026 - 09:25
DİM-dən abituriyentlərə VACİB MÜRACİƏT12.08.2026 - 09:20
Ali təhsildə rekord: Dünyada tələbələrin sayı 269 milyona çatıb12.08.2026 - 09:15
BMU-da müasir laboratoriyalar tələbələrin təhsil imkanlarını genişləndirir12.08.2026 - 09:10
II qrupda plan yerləri çox olan ixtisaslar – ABİTURİYENTLƏRİN DİQQƏTİNƏ12.08.2026 - 09:05
Rezidentura üzrə ixtisas seçiminə start verilib12.08.2026 - 09:00
“Səyyar Gənclər Xidməti” fəaliyyətini Xızıda davam etdirir12.08.2026 - 06:36
Anar Eminov: “Universitetin gələcəyi onun yaratdığı dəyər, yetişdirdiyi insan və cəmiyyətə verdiyi töhfə ilə ölçülür”12.08.2026 - 06:26
"Xüsusilə narahatlıq və təşviş halları gənclərdə daha çox nəzərə çarpır"-Psixoloq Mətanət Əliyeva12.08.2026 - 05:58
Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq uğur qazandı12.08.2026 - 05:45
Bu gün ali məktəblərə ixtisas seçimi BAŞLAYIR12.08.2026 - 05:24
ADNSU-da Məzun–Tələbə Mentorluq Proqramı çərçivəsində görüşlər davam edir12.08.2026 - 05:15
Pulmonologiya üzrə ixtisaslaşma müasir səhiyyənin prioritet istiqamətlərindən biridir12.08.2026 - 05:06
“Abituriyent Məsləhət Mərkəzləri”nin fəaliyyət dairəsi daha da genişləndirilib12.08.2026 - 04:58
“Abituriyent” jurnalının 2026-cı il 4-cü nömrəsinə düzəliş12.08.2026 - 04:50
Avqustun 12-si Beynəlxalq Gənclər Günüdür12.08.2026 - 04:42
UNEC TƏLƏBƏSİ ROBOTOTEXNİKA ÜZRƏ DÜNYA ÇEMPİONU OLDU12.08.2026 - 04:34
“İnformasiya təhlükəsizliyi” ixtisasını seçmək istəyənlər üçün UNEC-də möhtəşəm imkanlar!12.08.2026 - 04:26
BDU-nun Tarix fakültəsində təhsil almaq istəyənlərin diqqətinə!12.08.2026 - 04:19
BDU-nun Ekologiya və torpaqşünaslıq fakültəsini seçmək istəyən abituriyentlərin diqqətinə!12.08.2026 - 04:11
BDU-da bakalavriat səviyyəsi üzrə məzunların elektron diplomlarının “mygov” platformasına inteqrasiya prosesi tam başa çatıb12.08.2026 - 04:02
Daha bir rektordan ixtisas seçimi edəcək abituriyentlərə MESAJ11.08.2026 - 16:53
Türkiyə-Azərbaycan Universiteti – iki ölkə, bir universitet, sonsuz imkanlar11.08.2026 - 16:27
İmtahan stresi ilə mübarizə: Məktəblərdə yeni layihə11.08.2026 - 16:24
Tarixçilər Səfəvi İmperiyasının xəritəsini yaydılar11.08.2026 - 15:42
Türkiyədə onlayn təhsilə üstünlük verənlərin sayı artır11.08.2026 - 15:41
BDU-nun Filologiya fakültəsində yeddi ixtisas üzrə kadrlar hazırlanır11.08.2026 - 15:37
TC altqrupunda plan yerləri dəyişdi11.08.2026 - 15:34
ADNSU tələbəsi və məzunu robot yarışında qızıl medal qazanıb11.08.2026 - 15:28
BMU rektoru: Tələbələrimizin IWISE innovasiya yarışmasında qazandıqları uğurlar qürurvericidir11.08.2026 - 15:19
Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq uğur qazandı11.08.2026 - 15:18
Abituriyentlər üçün məsləhət mərkəzləri fəaliyyətə başladı11.08.2026 - 15:12
Tibbə qəbulda 3 universitetin MÜQAYİSƏSİ - Hansı ali məktəbdə neçə yer var?11.08.2026 - 15:09
Peşə təhsili müəssisələrinə işə qəbul üzrə imtahan keçirilib11.08.2026 - 15:05
Nazirlik 17 nəfəri xaricə oxumağa göndərir11.08.2026 - 15:03
IV ixtisas qrupunda ən çox yer ayrılan dövlət sifarişli ixtisas11.08.2026 - 11:00
Azərbaycanda ən bahalı ixtisaslar - SİYAHI11.08.2026 - 10:55
Marneulidə “Soydaşlarımız və Qarabağ” kitabının təqdimatı keçirilib11.08.2026 - 10:50