Təhsil 365 - Logo Mobile

“Səyyar Gənclər Xidməti” fəaliyyətini Xızıda davam etdirir

16712.08.2026 - 06:36
“Səyyar Gənclər Xidməti” fəaliyyətini Xızıda davam etdirir

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “Gənclərin İnkişaf və Karyera Mərkəzi” və “Gənc Könüllülər” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Səyyar Gənclər Xidməti” layihəsi 10-14 avqust tarixlərində Xızı gəncləri üçün xidmət göstərəcək.

“Tehsil365” xəbər verir ki, “Gənclərlə, gənclər üçün” devizi altında keçirilən layihənin əsas məqsədi ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasətinin prioritetistiqamətlərinə uyğun olaraq gənclərin cəmiyyətin müxtəlif sahələrində iştirakçılığının artırılması, yaradıcı potensialının üzə çıxarılması və gənclər üçün mövcud dövlət dəstəyi mexanizmlərinin regionlarda yaşayan gənclərə daha əlçatan olmasını təmin etməkdir.

Layihənin Xızıda baş tutan açılış mərasimi Dövlət Himnimizinsəsləndirilməsi və torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Rəsmi hissədə Xızı Rayon İcra Hakimiyyətinin şöbə müdiri Ceyhun İsgəndərov və Gənclərin İnkişaf və Karyera Mərkəzinin şöbə müdiri Jalə Həsənova çıxış edərək layihənin region gəncləri üçün əhəmiyyətini vurğulayıb, bu təşəbbüsün onların intellektual və sosial potensiallarının üzə çıxarılmasında oynadığı rolu xüsusi qeyd ediblər.

Tədbir zamanı iştirakçılar üçün Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası, 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndələri tərəfindən maarifləndirici görüşlər və Xızı Peşə Məktəbi tərəfindən sərgi təşkil edilib. Gənclərin şəxsi və peşəkar inkişafına dəstək məqsədilə müxtəlif istiqamətləri əhatə edən təlimlər təşkil olunub. Peşəkar mütəxəssislərin iştirakı ilə keçirilən təlimlərdə gənclərə ixtisas və peşə seçimi, karyera hədəflərinin müəyyənləşdirilməsi, müasir əmək bazarının tələbləri, süni intellekt texnologiyalarının yaratdığı yeni imkanlar və bu imkanlardan səmərəli istifadə yolları ilə bağlı faydalı məlumatlar təqdim edilib. Gənclər mövzular üzrə interaktiv sessiyalarda fəal iştirak edərək mütəxəssislərlə fikir mübadiləsi aparıb, onları maraqlandıran suallara cavablar alıblar. Günün sonunda proqram çərçivəsində keçirilən fəaliyyətlərdə yüksək fəallıq nümayiş etdirən gənclər mükafatlandırılıblar.

Layihənin beş günlük proqramı müddətində Xızı rayonunun gəncləri "Vətənpərvərlik", "Təhsil və karyera", "Rəqəmsal düşüncə", "Fiziki aktivlik və sağlamlıq", "Yaradıcı gənclik" və "Əyləncə" zonalarında onlar üçün təşkil olunmuş vörkşoplarda, ustad dərslərində, viktorinalarda və intellektual yarışlarda fəal iştirak edərək həm yeni biliklər əldə edəcək, həm də praktiki bacarıqlarını inkişaf etdirmək imkanı qazanacaqlar.

Xatırladaq ki, bu il üzrə artıq səkkizinci dayanacağındakı fəaliyyətini uğurla davam etdirən “Səyyar Gənclər Xidməti” layihəsi noyabr ayınadək ümumilikdə 20 şəhər və rayonu əhatə edəcək.

 

Ayşən Cəlilova

Xəbər Lenti

Peşə seçimində tərəddüd edənlər nə etməlidir?12.08.2026 - 10:05
IV qrup üzrə müəllimlik ixtisaslarında plan yerləri dəyişdi – MÜQAYİSƏ12.08.2026 - 10:00
Saatlıda müəllim dünyasını dəyişib12.08.2026 - 09:55
Bu məktəblərdə vakansiyalar var – SİYAHI12.08.2026 - 09:50
Məktəbəqədər təhsil müəssisələri üçün 20 milyon manat vəsait ayrıldı12.08.2026 - 09:45
Abituriyentlərin DİQQƏTİNƏ: İxtisas qrupları üzrə plan yerləri açıqlanıb12.08.2026 - 09:40
Sabaha olan hava proqnozu12.08.2026 - 09:35
Fərqlənmə ilə məktəbi bitirənlərin sayı açıqlandı - RƏSMİ12.08.2026 - 09:30
Universitetdə tələbələr üçün 1000 yerlik yataqxana tikiləcək12.08.2026 - 09:25
DİM-dən abituriyentlərə VACİB MÜRACİƏT12.08.2026 - 09:20
Ali təhsildə rekord: Dünyada tələbələrin sayı 269 milyona çatıb12.08.2026 - 09:15
BMU-da müasir laboratoriyalar tələbələrin təhsil imkanlarını genişləndirir12.08.2026 - 09:10
II qrupda plan yerləri çox olan ixtisaslar – ABİTURİYENTLƏRİN DİQQƏTİNƏ12.08.2026 - 09:05
Rezidentura üzrə ixtisas seçiminə start verilib12.08.2026 - 09:00
Anar Eminov: “Universitetin gələcəyi onun yaratdığı dəyər, yetişdirdiyi insan və cəmiyyətə verdiyi töhfə ilə ölçülür”12.08.2026 - 06:26
"Xüsusilə narahatlıq və təşviş halları gənclərdə daha çox nəzərə çarpır"-Psixoloq Mətanət Əliyeva12.08.2026 - 05:58
Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq uğur qazandı12.08.2026 - 05:45
Nazirlik 17 nəfəri xaricə oxumağa göndərir12.08.2026 - 05:35
Bu gün ali məktəblərə ixtisas seçimi BAŞLAYIR12.08.2026 - 05:24
ADNSU-da Məzun–Tələbə Mentorluq Proqramı çərçivəsində görüşlər davam edir12.08.2026 - 05:15
Pulmonologiya üzrə ixtisaslaşma müasir səhiyyənin prioritet istiqamətlərindən biridir12.08.2026 - 05:06
“Abituriyent Məsləhət Mərkəzləri”nin fəaliyyət dairəsi daha da genişləndirilib12.08.2026 - 04:58
“Abituriyent” jurnalının 2026-cı il 4-cü nömrəsinə düzəliş12.08.2026 - 04:50
Avqustun 12-si Beynəlxalq Gənclər Günüdür12.08.2026 - 04:42
UNEC TƏLƏBƏSİ ROBOTOTEXNİKA ÜZRƏ DÜNYA ÇEMPİONU OLDU12.08.2026 - 04:34
“İnformasiya təhlükəsizliyi” ixtisasını seçmək istəyənlər üçün UNEC-də möhtəşəm imkanlar!12.08.2026 - 04:26
BDU-nun Tarix fakültəsində təhsil almaq istəyənlərin diqqətinə!12.08.2026 - 04:19
BDU-nun Ekologiya və torpaqşünaslıq fakültəsini seçmək istəyən abituriyentlərin diqqətinə!12.08.2026 - 04:11
BDU-da bakalavriat səviyyəsi üzrə məzunların elektron diplomlarının “mygov” platformasına inteqrasiya prosesi tam başa çatıb12.08.2026 - 04:02
Daha bir rektordan ixtisas seçimi edəcək abituriyentlərə MESAJ11.08.2026 - 16:53
Türkiyə-Azərbaycan Universiteti – iki ölkə, bir universitet, sonsuz imkanlar11.08.2026 - 16:27
İmtahan stresi ilə mübarizə: Məktəblərdə yeni layihə11.08.2026 - 16:24
Tarixçilər Səfəvi İmperiyasının xəritəsini yaydılar11.08.2026 - 15:42
Türkiyədə onlayn təhsilə üstünlük verənlərin sayı artır11.08.2026 - 15:41
BDU-nun Filologiya fakültəsində yeddi ixtisas üzrə kadrlar hazırlanır11.08.2026 - 15:37
TC altqrupunda plan yerləri dəyişdi11.08.2026 - 15:34
ADNSU tələbəsi və məzunu robot yarışında qızıl medal qazanıb11.08.2026 - 15:28
BMU rektoru: Tələbələrimizin IWISE innovasiya yarışmasında qazandıqları uğurlar qürurvericidir11.08.2026 - 15:19
Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq uğur qazandı11.08.2026 - 15:18
Abituriyentlər üçün məsləhət mərkəzləri fəaliyyətə başladı11.08.2026 - 15:12
Tibbə qəbulda 3 universitetin MÜQAYİSƏSİ - Hansı ali məktəbdə neçə yer var?11.08.2026 - 15:09
Peşə təhsili müəssisələrinə işə qəbul üzrə imtahan keçirilib11.08.2026 - 15:05
Nazirlik 17 nəfəri xaricə oxumağa göndərir11.08.2026 - 15:03
IV ixtisas qrupunda ən çox yer ayrılan dövlət sifarişli ixtisas11.08.2026 - 11:00
Azərbaycanda ən bahalı ixtisaslar - SİYAHI11.08.2026 - 10:55
Marneulidə “Soydaşlarımız və Qarabağ” kitabının təqdimatı keçirilib11.08.2026 - 10:50
Azərbaycanda ilk: “AVAZ” Gənclərin Xor Düşərgəsi11.08.2026 - 10:45