Məlum olduğu kimi, Azərbaycan İdman Akademiyasının tədrisi ingilis dilində olan “İdman menecmenti və kommunikasiya” ixtisasının müsabiqəsinə qəbul imtahanının birinci mərhələsində ingilis dili fənni üzrə nisbi balı 70-dən az olmayan və bu təhsil müəssisəsində yaradılan komissiya tərəfindən aparılan müsahibədən müvəffəqiyyətlə keçən abituriyentlər buraxılırlar.
“Tehsil365” xəbər verir ki, həmçinin tədrisi ingilis dilində olan “Məşqçilik” ixtisasının müsabiqəsinə qəbul imtahanının birinci mərhələsində ingilis dili fənni üzrə nisbi balı 40-dan az olmayan və bu təhsil müəssisəsində yaradılan komissiya tərəfindən aparılan müsahibədən müvəffəqiyyətlə keçən abituriyentlər buraxılırlar.
Müsahibələr 12 – 17 avqust tarixlərində saat 09:00-dan 17:00-dək Akademiyanın konfrans zalında keçirilir (Ünvan: Fətəli Xan Xoyski, 98).

