Abituriyentlər “Hansı ixtisası seçim?” sualına cavab axtararkən ilk növbədə gələcəkdə hansı sahədə çalışmaq istədiyini düşünür.
Universitetə qəbul üçün toplanılan bal vacibdir, lakin o yalnız qapını açır, hansı yolla gedəcəyini isə peşə seçimi müəyyən edir. Çox vaxt bu seçim tələsik, başqalarının təsiri ilə və ya yalnız peşənin nüfuzu və gəlir imkanları nəzərə alınaraq edilir. Halbuki peşə seçimi təsadüfi qərar olmamalıdır. Bu seçimin öz məntiqi, mərhələləri və yanaşmaları var.
“Tehsil365” xəbər verir ki, Dövlət İmtahan Mərkəzi abituriyentlərin peşə seçimi ilə bağlı maarifləndirilməsi məqsədilə hazırlanan və “Abituriyent” 4 jurnalında verilən Hansı peşəni seçəcəyimi hələ də bilmirəm – Bu, normaldırmı? məqaləsini təqdim edir.
Bu məqalədə psixoloji tədqiqatlara əsaslanaraq dörd suala cavab axtarılır:
– Bu yaşda qərarsızlıq normaldırmı?
– Özünə uyğun peşəni necə tapmaq olar?
– Peşəni hansı meyarlarla seçmək lazımdır?
– Peşə seçiminə daha hazırlıqlı olmaq üçün bacarıqlarını necə inkişaf etdirə bilərsən?
İxtisas seçimindən əvvəl bütün abituriyentlərə bu məqalə ilə tanış olmağı tövsiyə edirik:

