Bakı Slavyan Universitetindən bölgələrdən olan qız abituriyentlərə xüsusi fürsət!
“Tehsil365” xəbər verir ki, Bölgələrdə yaşayan və yüksək nəticə göstərərək müəllimlik peşəsini seçən qızların ali təhsil arzularına dəstək olmaq məqsədilə “Regionlardan qəbul olan qızlar üçün” daxili təqaüd proqramı elan edilir.
Proqram çərçivəsində təqaüd proqramında qeyd olunan bölgələrdən olan, Bakı Slavyan Universitetinin müəllimlik ixtisaslarına qəbul olan, 500-dən yuxarı bal toplayan abituriyentlər arasından 5 qız tələbəyə təqaüd veriləcək.
Bu proqram yalnız təhsil dəstəyi deyil, regionlardan olan istedadlı gənclərin gələcəyinə və müəllimlik peşəsinin inkişafına verilən dəyərin göstəricisidir.

