ABŞ-də məktəbəqədər təhsil müəllimlərinin maliyyə yükünü azaltmağa hədəflənən vacib addım atılıb və ölkə Senatı erkən uşaqlıq dövrü təhsil işçilərinə dəstək məqsədi daşıyan ikiqanadlı SEED Aktını qəbul edib.
“Tehsil365” xəbər verir ki, senatorlar Syuzan Kollins və Maykl Bennetin rəhbərliyi ilə irəli sürülən qanun layihəsi Senatda geniş səs çoxluğu ilə dəstəklənib. Qəbul edilən yeni qanuna əsasən, əvvəllər yalnız orta məktəb (K-12) müəllimlərinə şamil edilən federal vergi çıxılması hüququ artıq məktəbəqədər təhsil və pre-K müəllimlərinə də şamil olunacaq. Araşdırmalar göstərir ki, erkən təhsil müəllimləri hər il sinif otaqları üçün kitablar, dərs ləvazimatları və digər zəruri materiallara orta hesabla yüzlərlə dollar şəxsi vəsait xərcləyirlər və SEED Aktı onlara bu xərclərin müəyyən hissəsini vergidən çıxmaq imkanı yaradacaq.
Xatırladaq ki, qanun layihəsi daha əvvəl Nümayəndələr Palatasında təqdim olunmuşdu və Senatın təsdiqindən sonra sentyabr ayında yekun qərar üçün yenidən Nümayəndələr Palatasına göndəriləcək.

