Magistraturaya qəbul olunanlar üçün qeydiyyat prosesi uzadılıb.
Bu barədə “Tehsil365”-ə Elm və Təhsil NAzirliyindən məlumat verilib.
Bildirilib ki, qeydiyyat 13 avqust saat 18:00-dək davam edəcək.
Qeyd edilib ki, magistratura səviyyəsinə qəbul olan bakalavrlar təhsil alacaqları ali təhsil müəssisələri üzrə qeydiyyatlarını yalnız my.gov.az portalı üzərindən həyata keçirirlər.
Xatırladaq ki, qeydiyyat prosesinin 12 avqust saat 18:00-da bitməsi nəzərdə tutulmuşdu.

