Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsi ölkədə peşəkar jurnalistlər hazırlayan əsas bazadır.
BDU-dan “Tehsil365”-ə bildirilib ki, universiteti jurnalistika ixtisası üzrə bitirən məzunlar müxtəlif media qurumları, müəssisə və təşkilatların mətbuat xidmətləri, ictimaiyyətlə əlaqələr şöbələri, informasiya agentlikləri və reklam sahələrində çalışa bilərlər.
Jurnalistika fakültəsində 4 kafedra (Yeni media və kommunikasiya nəzəriyyəsi, Milli mətbuat tarixi, Multimedia və elektron kommunikasiya və Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedraları), bir elmi-tədqiqat laboratoriyası, həmçinin Tədris teleradio studiyası, “Füyuzat” Media Mərkəzi, “ARB 24” televiziyasının “NewsLab” otağı, Azərbaycan Mətbuat Şurasının otağı, Medianın İnkişafı Agentliyinin BDU-da xüsusi auditoriyaları, “Xalq qəzeti”nin “Debat otağı” və “Milli mətbuat tarixi” auditoriyası fəaliyyət göstərir.

