Məlum olduğu kimi, Azərbaycan İdman Akademiyasının tədrisi ingilis dilində olan “İdman menecmenti və kommunikasiya” ixtisasının müsabiqəsinə qəbul imtahanının birinci mərhələsində ingilis dili fənni üzrə nisbi balı 70-dən az olmayan və bu təhsil müəssisəsində yaradılan komissiya tərəfindən aparılan müsahibədən müvəffəqiyyətlə keçən abituriyentlər buraxılırlar.
“Tehsil365” DİM-ə istinadən xəbər verir ki, həmçinin tədrisi ingilis dilində olan “Məşqçilik” ixtisasının müsabiqəsinə qəbul imtahanının birinci mərhələsində ingilis dili fənni üzrə nisbi balı 40-dan az olmayan və bu təhsil müəssisəsində yaradılan komissiya tərəfindən aparılan müsahibədən müvəffəqiyyətlə keçən abituriyentlər buraxılırlar.
Müsahibələr 12 – 17 avqust tarixlərində saat 09:00-dan 17:00-dək Akademiyanın konfrans zalında keçirilir (Ünvan: Fətəli Xan Xoyski, 98).

