I-IV ixtisas qrupları üzrə tələbə qəbulu planı və dövlət sifarişi üzrə yerlərin sayı açıqlanıb.
“Tehsil365” “AzEdu.az”a istinadən xəbər verir ki, I ixtisas qrupu üzrə ümumi plan yerlərinin sayı ötən illə müqayisədə 20 385-dən 20 150-yəenib. Beləliklə, bu qrup üzrə 235 plan yeri azaldılıb. Dövlət sifarişi üzrə yerlərin sayı isə 14 878-dən 15 200-ə yüksəlib və 322 yer artıb.
RK altqrupu üzrə plan yerləri 12 955-dən 12 710-a düşüb. Bu altqrup üzrə 245 yer azaldılıb. Dövlət sifarişi üzrə yerlərin sayı isə 8 938-dən 8 905-ə enərək 33 yer azalıb.
Rİ altqrupu üzrə plan yerlərinin sayı 7 430-dan 7 440-a yüksələrək 10 yer artıb. Dövlət sifarişi üzrə yerlərin sayı isə 5 940-dan 6 295-ə çatdırılaraq 355 yer artıb.
II ixtisas qrupu üzrə ümumi plan yerləri 14 935-dən 16 030-a yüksəlib. Bu, 1 095 yer artım deməkdir. Dövlət sifarişi üzrə yerlərin sayı isə 4 119-dan 4 185-ə yüksələrək 66 yer artıb.
III ixtisas qrupu üzrə ümumi plan yerlərinin sayı 15 583-dən 15 553-ə enib və 30 yer azaldılıb. Dövlət sifarişi üzrə yerlərin sayı isə 4 112-dən 4 140-a yüksələrək 28 yer artıb.
DT altqrupu üzrə plan yerləri 13 558-dən 13 373-ə azalaraq 185 yer aşağı düşüb, dövlət sifarişi üzrə yerlər isə 3 927-dən 3 920-yə enib və 7 yer azaldılıb.
TC altqrupu üzrə isə plan yerlərinin sayı 2 025-dən 2 180-ə yüksələrək 155 yer artıb. Dövlət sifarişi üzrə yerlərin sayı isə 185-dən 220-yə çatdırılaraq 35 yer artıb.
IV ixtisas qrupu üzrə ümumi plan yerlərinin sayı 4 732-dən 5 048-ə yüksəlib. Beləliklə, bu qrup üzrə 316 əlavə plan yeri ayrılıb. Dövlət sifarişi üzrə yerlərin sayı isə 3 439-dan 3 551-ə yüksələrək112 yer artıb.
Qeyd edək ki, I-IV ixtisas qrupları üzrə ümumilikdə 56 781 plan yeri ayrılıb. Ötən tədris ilində isə bu göstərici 55 635 olub və beləliklə, ümumi plan yerlərinin sayı 1 146 yer artıb. Dövlət sifarişi üzrə yerlərin sayı isə 26 548-dən 27 076-yayüksələrək 528 yer artıb.

