Təhsil 365 - Logo Mobile

BMU məzunundan beynəlxalq akademik uğur

15113.08.2026 - 10:35
BMU məzunundan beynəlxalq akademik uğur

Bakı Mühəndislik Universitetinin (BMU) elektrik və elektronika mühəndisliyi ixtisasının məzunu Riad Əlizadə minlərlə namizəd arasından seçilərək dünyanın ən rəqabətli beynəlxalq təhsil proqramlarından biri olan “Erasmus Mundus” təqaüd proqramının TOP 25-liyinə daxil olub.

“Tehsil365” xəbər verir ki, “Erasmus Mundus” proqramı çərçivəsində Riad Əlizadə ümumilikdə 51 min 600 avro məbləğində təqaüd qazanıb. Proqram ona Avropanın müxtəlif ölkələrində yerləşən nüfuzlu ali təhsil müəssisələrində akademik fəaliyyət göstərmək və tanınmış şirkətlərdə beynəlxalq təcrübə qazanmaq imkanı yaradacaq.

Riad Əlizadə proqram çərçivəsində Fransa, Finlandiya və Litvada yerləşən aşağıdakı nüfuzlu universitetlərdə akademik fəaliyyət imkanları əldə edib:

• Jan-Monnet Universiteti

• Şərqi Finlandiya Universiteti

• Paris-Est Kretey Universiteti

• Vilnüs Universiteti

BMU məzununun beynəlxalq akademik uğurları bununla məhdudlaşmır. O, dünyanın nüfuzlu ali təhsil müəssisələrindən bir sıra qəbul təklifləri alıb və “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı”nın qalibi olub.

Riad Əlizadənin ABŞ və Niderlandın digər nüfuzlu universitetlərindən aldığı qəbul və ixtisaslar bunlardır:

• Cons Hopkins Universiteti (THE reytinqində 16-cı yer) - elektrik və kompüter mühəndisliyi

• Miçiqan Universiteti- Enn Arbor (THE reytinqində 23-cü yer) - robototexnika

• Karnegi Mellon Universiteti (THE reytinqində 24-cü yer) - elektrik və kompüter mühəndisliyi

• Dyuk Universiteti (THE reytinqində 28-ci yer) - elektrik və kompüter mühəndisliyi

• Maastrixt Universiteti (THE reytinqində 131-ci yer) - təsvirləmə mühəndisliyi

Qeyd edək ki, Riad Əlizadə BMU-nun İNHA Universiteti ilə birgə həyata keçirdiyi ikili diplom proqramını uğurla başa vuraraq hər iki ali məktəbin diplomunu əldə edib. Onun “Erasmus Mundus” təqaüd proqramında TOP 25-liyə daxil olması, Dövlət Proqramının qalibi olması və dünyanın aparıcı universitetlərindən qəbul alması yüksək akademik göstəricilərini, o cümlədən beynəlxalq rəqabətə davamlılığını nümayiş etdirir. Bu uğurlar, eyni zamanda, onun mühəndislik sahəsində qazandığı bilik və bacarıqların nüfuzlu beynəlxalq təhsil proqramlarında yüksək qiymətləndirildiyini göstərir.

Riad Əlizadənin əldə etdiyi nəticə BMU məzunlarının dünyanın nüfuzlu ali təhsil müəssisələrində təhsil imkanları qazanaraq beynəlxalq akademik mühitdə uğurla təmsil olunmasının növbəti nümunəsidir.

Amin Cavayev

Xəbər Lenti

Həkimsiz dərman qəbul etmək hansı təhlükələr yaradır? - Ekspertdən açıqlama13.08.2026 - 11:00
Məleykə Abbaszadə: İxtisas seçimində universitetlərin təqdim etdiyi imkanlara diqqət yetirin13.08.2026 - 10:55
Kənd təsərrüfatı ixtisaslarında plan yerlərinin əksəriyyəti dövlət sifarişlidir – DİM13.08.2026 - 10:50
I qrup abituriyentlərinə ŞAD XƏBƏR: 200 baldan yuxarı nəticə göstərənlərin qəbul şansı var13.08.2026 - 10:45
Rəssamlıq Akademiyasının yaxın illər üzrə inkişaf istiqamətləri AÇIQLANDI13.08.2026 - 10:40
Azyaşlıların sosial media hesabları bağlanır13.08.2026 - 10:30
Abituriyentlərin DİQQƏTİNƏ: DSX Akademiyasına əlavə sənəd qəbulu13.08.2026 - 10:25
150 bal toplayan abituriyentlərə ŞAD XƏBƏR - Bu ixtisaslarda plan yerləri var13.08.2026 - 10:20
Qardaş ölkədə beynəlxalq tələbələrə 2 illik yaşayış icazəsi verilə biləcək13.08.2026 - 10:15
Tibbə qəbul olmaq istəyənlərə XƏBƏRDARLIQ: Keçid balı arta bilər13.08.2026 - 10:10
Elektron attestatla xaricdə təhsil: Sənəd necə təsdiqlənəcək?13.08.2026 - 10:05
Gənclərin gələcək işləri təhlükədədir? – Süni intellektlə bağlı HESABAT13.08.2026 - 10:00
Yüksək qiymət təzyiqi tələbələrə necə təsir edir?13.08.2026 - 09:55
ABŞ universitetlərinə yeni tələblər13.08.2026 - 09:50
Bu günə olan hava proqnozu13.08.2026 - 09:45
Məktəbi fərqlənmə attestatı ilə bitirənlərin sayı açıqlandı13.08.2026 - 09:40
Abituriyentlərin DİQQƏTİNƏ: 10 minə yaxın şəxs ixtisas seçimini təsdiqləyib13.08.2026 - 09:35
Bağça müəllimi vəzifəsi üzrə imtahan nəticələrinin açıqlanacağı TARİX13.08.2026 - 09:30
Plan yerləri artan və azalan qruplar - SİYAHI13.08.2026 - 09:25
7 mindən çox şagird yeni təmayül tədris modelini seçib13.08.2026 - 09:20
Peşə biliklərinin qiymətləndirilməsi üzrə imtahan təşkil olunub13.08.2026 - 09:15
Məleykə Abbaszadə: “İstədiyi ixtisas uğrunda 7 il imtahan verənlər var”13.08.2026 - 09:10
150 bal toplayan I qrup abituriyentləri qəbul ola biləcək? – AÇIQLAMA13.08.2026 - 09:05
Sabaha olan hava proqnozu13.08.2026 - 09:00
Coğrafiya və tarix müəllimliyində plan yerləri azaldıldı - SİYAHI13.08.2026 - 05:58
Qarabağ Universiteti böyüyür: 49 ixtisasqar, yeni fakültələr və böyük hədəflər13.08.2026 - 05:44
MİQ-in ümumi vakansiya seçimi başlayıb13.08.2026 - 05:37
“İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?” kitabçası təqdim edilib13.08.2026 - 05:22
"Elmlərə və tələbələrin daha çox getdiyi istiqamətlərə üstünlük verəcəyik"- Nəqliyyat Eksperti Raqif Raufoğlu13.08.2026 - 05:07
AİA-nın tədrisi ingilis dilində olan “İdman menecmenti və kommunikasiya” və “Məşqçilik” ixtisasları üzrə müsabiqədə iştirak etmək istəyən abituriyentlərin nəzərinə!13.08.2026 - 04:57
ADA Universitetində uyğun kənd təsərrüfatı yönümlü ixtisasları bitirən subbakalavrların “Heyvandarlıq” ixtisasına qəbul imkanı13.08.2026 - 04:45
Magistraturaya qəbul olunanlar üçün qeydiyyat prosesi uzadılıb13.08.2026 - 04:35
500 bal toplayan qız abituriyentlərə şad xəbər13.08.2026 - 04:27
Perseid meteor yağışı müşahidə olunacaq13.08.2026 - 04:16
NDU-da 1000 yerlik yataqxana kompleksi tikiləcək13.08.2026 - 04:09
Beynəlxalq uğur qazanan BMU tələbələri nazirin gənclərlə görüşündə iştirak ediblər13.08.2026 - 04:02
Respublika Gənclər Kitabxanasında Beynəlxalq Gənclər Gününə həsr olunmuş material hazırlanıb12.08.2026 - 17:17
Qarabağ Universiteti: müasir təhsil və gələcəyə yönəlmiş inkişaf12.08.2026 - 17:07
Xaricdə təhsil üzrə Dövlət Proqramının qalibi olan BDU məzunlarının bir qrupu ilə görüş12.08.2026 - 16:50
V ixtisas qrupu üzrə abituriyentlər üçün kitabça təqdim edilib12.08.2026 - 16:46
BDU-nun Jurnalistika fakültəsinə qəbul olmaq istəyənlərin diqqətinə12.08.2026 - 15:38
“Nar” ən yüksək nəticə göstərən abituriyentləri mükafatlandıracaq12.08.2026 - 15:18
Magistraturaya qəbul olunanlar üçün qeydiyyat prosesi uzadılıb12.08.2026 - 15:04
“Dezinformasiyanın arxasında cəmiyyəti aldatmaq niyyəti dayanır” - Media eksperti Azər Həsrət12.08.2026 - 11:00
Tamgünlük təhsilə keçid: Məktəblərdə maliyyə problemi yaranıb12.08.2026 - 10:55
Ali təhsildə süni intellektin rolu getdikcə artır12.08.2026 - 10:50
Abituriyentlərin nəticələri açıqlandı: 700 və 150 bal aralığında neçə nəfər var?12.08.2026 - 10:45