Avqustun 25-30-da Bakı Dövlət Universitetinin (BDU) Quba Tədris-Təcrübə və İstirahət Mərkəzində “GeoCamp” tələbə yay düşərgəsi təşkil olunacaq.
Universitetdən “Tehsil365”-ə bildirilib ki, düşərgə BDU və “Azerbaijan International Mining Company Limited” şirkətinin birgə təşkilatçılığı, universitetin Geologiya fakültəsi, “BDU könüllüləri” təşkilatı, “CM Tech” MMC, “CQA International Ltd” MMC, AT-Geotech MMC, “A-A” MMC, “Atlas” MMC və “AzGeo” MMC-nin dəstəyi ilə keçiriləcək.
Düşərgə çərçivəsində iştirakçılar süxur və mineral nümunələrini yaxından öyrənmək, geologiyanın müxtəlif istiqamətləri üzrə müşahidə və tədqiqatlar aparmaq, praktiki geoloji fəaliyyətlərə qoşulmaq, həmçinin təlim və seminarlarda iştirak etmək imkanı qazanacaqlar.

