İstanbul Texniki Universitetinin (İTÜ) rektoru professor Hasan Mandal Qarabağ Universiteti ilə İTÜ arasında birgə həyata keçiriləcək beynəlxalq ikili diplom proqramı ilə bağlı abituriyentlərə videomüraciət ünvanlayıb.
Bu barədə “Tehsil365” xəbər verir ki,Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, 2026/2027-ci tədris ilindən etibarən icrasına başlanılacaq proqram çərçivəsində inşaat mühəndisliyi, elektrik və elektronika mühəndisliyi, mexanika mühəndisliyi və kimya mühəndisliyi ixtisasları üzrə tədris ingilis dilində aparılacaq.
Proqrama qəbul olunan tələbələr təhsillərinin ilk üç ilini Qarabağ Universitetində, sonuncu ilini isə İstanbul Texniki Universitetində davam etdirəcəklər. Təhsilini uğurla başa vuran məzunlara hər iki ali təhsil müəssisəsinin diplomu təqdim olunacaq.

