Xəzər Universitetinin Humanitar, təhsil və sosial elmlər fakültəsinin dekanı fil.ü.f.d. Milana Abbasova və universitetin doktorantı Elcan Səlimli “Khazar Journal of Humanities and Social Sciences” (“Web of Science”in “Emerging Sources Citation Index” - ESCI indeksli) jurnalında “Exploring ChatGPT’s Role in Developing Productive Language Skills: A Systematic Review” (Məhsuldar dil bacarıqlarının inkişafında ChatGPT-nin rolunun tədqiqi: Sistematik icmal) adlı yeni məqalə dərc etdiriblər.
“Tehsil365” xəbər verir ki, Tədqiqatda süni intellektin dil öyrənənlərin danışıq və yazı bacarıqlarına necə təsir etdiyini qiymətləndirmək üçün əvvəlki araşdırmalar ümumiləşdirilir. Nəticələr ChatGPT-nin yazı stresini azaltmaq, qrammatik dəqiqliyi artırmaq və danışıq özünəinamını yüksəltmək üçün dəyərli bir vasitə olduğunu göstərsə də, müəlliflər süni intellekt “hallüsinasiyaları” və tələbələrin həddindən artıq asılılığı kimi riskləri də vurğulayırlar.
Nəticə etibarilə, tədqiqatda tənqidi süni intellekt savadlılığının müasir təhsil proqramlarına inteqrasiya olunması təklif edilir.
Məqalənin tam mətni ilə aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz:

